Əlil arabasında ömrünü başa vuran “Kefcil”

  • Kino
İlk dəfə onu uşaq vaxtı sevərək baxdığım “Gələcəkdən gəlmiş qonaq” filmində görmüşdüm. Bu filmdə o, zalım kosmik pirat Veselçak (“Kefcil”) rolunu oynayırdı. Sonralar digər filmlərdə məşhur rollarını görsəm də, nədənsə yaddaşımda elə Veselçak kimi qaldı...

SSRİ-nin Xalq artisti Vyaçeslav Nevinnı 1934-cü il noyabrın 30-da Tula şəhərində anadan olub. Atası silah zavodunda, anası isə dəmir yol vağzalında katibə işləyib. Teatra uşaq yaşlarından həvəs göstərib. Məktəbdə oxuyarkən teatr dərnəyinə yazılıb və tamaşalarda oynamağa başlayıb. 1954-cü ildə orta məktəbi bitirən Vyaçeslav sənədlərini Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına verir.
Davamı →

Riçard Girlə müsahibə

  • Kino
Daha dərinə, qaranlıq məkanlara, soyuq suya baş vurmalısınız. Məhz bu zaman məhəbbət yaşayacaq...

– Riçard, siz bir neçə nəsil üçün seks-simvol olmusunuz, bunu dərk edirsiniz?
– İcazə verin, sizə bir şey danışım. Bir neçə il bundan qabaq “Hantın ovu” filmini çəkirdik. Çəkiliş qrupunu təqdim etmək üçün kiçik mətbuat konfransı təşkil etdik. Arxa oturacaqlarda çox cavan və utancaq qız əyləşmişdi. O, əlini qaldırıb dedi: “Ailəmizin üç nəsli adından sizə təşəkkür edirəm. Sağ olun ki, kinoda işləməyə davam edirsiniz. Biz sizi sevirik. Bunu öz adımdan, anamın və nənəmin adından söyləyirəm”. Öz –özümə düşündüm, necə də xoşdur, ancaq eyni zamanda, tanrım, mən necə də qocayam! Doğrudan da, bu işlə nə vaxtdır ki, məşğulam…

– Bu gün həyatınıza və karyeranıza nəzər saldıqda özünüzün ən böyük nailiyyəti nəyi hesab edirsiniz?
Davamı →

Məşhurların sevgi tarixçəsi

Mətbuatın nəfəs dərmədən izlədiyi sevgi romanı                

Ancelina Coli və Bred Pitt 2004-cü ilin axırında “Mister və Missis Smit” filminin çəkilişlərindətanışoldular. O zaman Bredd Pitt komediya aktrisası Cenifer Enistonla evli idi. Cütlüyün evlilikdən uşağı yox idi. Coli isə iki dəfə evlənib ayrılmışdı. İki uşağı vardı: daha doğrusu üç yaşlı kambodcalı oğlan Meddoksu və ondan daha balaca efiopiyalı qız Zaharanı övladlığa götürmüşdü 

Aktyorlar sevgi macəralarının filmin çəkilişində başladığını heç vaxt rəsmən təsdiqləməsələr də 2005-ci ilin əvvəllərində paparatsilər tərəfindən çəkilmiş şəkildə onlar artıq çəkiliş meydançasında idilər. Bu şəkil mətbuatda onların arasında nələrinsə baş verməsi haqda şübhələrin yaranmasına əsas verirdi. Pitt və Coli bu barədə inadla susurdular. 2005-ci ilin yanvarında Bredin həyat yoldaşı Cenifer ərindən boşandı. Mətbuat o saat boşanmanın səbəbini Colidə gördü. Publikanın simpatiyası zərərçəkən tərəfə-Einstona idi.


Ardı →

Çak Norris haqda maraqlı faktlar

  • Kino
1. Onun əsl adı Çak deyil, heç Çarlz da deyil, əsl adı Karlos Rey Norrisdir.

2. 1968-ci ildə Çak Norris heç bir döyüşü uduzmayıb. Onun 10 məğlubiyyətinin hamısı əvvəl baş verib. Ümumi hesabında Norrisin 168 qalibiyyət və 2 heç-heçə var.

3. Çak Norris özünün karate döyüş növünü yaradıb.

Peşəkarlar arasında orta çəki üzrə 6 qat dünya çempionu olan Çakın yaratdığı karate döyüş növü “Çun-Kuk-Do” adlanır.

4. Çak Norris rejissor və aktyor Stiv Makkuinə karate dərsi keçib.

Əvəzində isə Makkuin ona filmində rol almağı təklif edib. Onlar həmçinin Brus Li ilə də dostluq ediblər. Birlikdə onu son mənzilə yola salıblar.

5. Əgər Çak Norris susursa, deməli düşünmək lazımdır.

Digər döyüş sənətlərdə olduğu kimi “Çun-Kuk-Do”nun da özünə görə etik kodeksi var. Onlar biri budur: “Əgər mən bir insan haqda yaxşı nəsə deyə bilmirəmsə, mən susuram...”
Ardı →

Səhnəmizin əfsanəvi Məcnunu

Huseynqulu Sarabski1908-cı ildə ilk operamız “Leyli və Məcnun” səhnəyə qoyulmuş, Məcnun rolunu da Hüseynqulu Sarabski oynamışdı.

Ömrünün sonuna qədər 400 dəfə Məcnun rolu oynamışdır. Sarabskini indiki aktyorlardan fərqləndirən böyük istedadı deyildi, eyni zamanda əsərlər yazması idi. İnqilabdan qabaq yazdığı dramlar səhnəyə qoyulmuşdu.

 1938-ci ildə yazdığı “Köhnə Bakı” kitabı xüsusilə seçilir. Bu kitabda yüz il əvvəlki Bakının məişəti, adətləri, küçə həyatı haqda qiymətli məlumatlar var. Bütün gücünü Azərbaycanda teatrın inkişafına həsr etmiş bu insanın həyat xatirələri «Köhnə Bakı» kitabında çox gözəl şəkildə əks olunub. Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı "şeytan əməli", aktyorluğu isə «kişiyə yaraşmaz peşə» hesab edənlərlə daim mübarizə aparırdı.

İlk dəfə 1902-ci ildə N.Nərimanovun «Dilin bəlası» pyesində Rəsul rolunda çıxan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır.
Ardı →

Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor

Gunduz AbbasovDağlı balası Gündüz
Tamaşaçılar onu istedadlı kinoaktyor, oxucular isə yazıçı və tərcüməçi kimi tanıyır. Üstəlik peşəkar jurnalist və rəssam kimi də özünü sınayıb. Amma tamaşaçıların sevimlisi Gündüz Abbasov çox nadir hallara mətbuatın, televiziyaların yadına düşür. Çünki onun heç bir fəxri adı, təltifi yoxdur. Sevilən kinoaktyorun, istedadlı yazıçının 65 illik həyatında yeganə qazancı tamaşaçı diqqəti və oxucu sevgisi olub.

Kinorejissor Əlisəttar Atakişiyevin 1959-cu ildə Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında çəkdiyi «Bir qalanın sirri» film-nağılındakı Elşən rolunu ifa etmiş kinoaktyoru yaşlı və orta nəsil tamaşaçılar daha yaxşı xatırlayırlar.

Yəqin ki, siz də Göygöz Kosaya qalib gəlib sevgilisi Mətanəti xilas edən, kitabların köməyi ilə heyvanların quşların dilini öyrənən, Həkim babanın qollarını açan, dağları yaran Elşəni tanıdınız.
Ardı →

Çarlz Çaplin

“Gülüşlərim – kədərimi örtməyə çalışan,  gecə-gündüz işləyən fəhlələrdir”. Ç.Çaplin
Yumru şlyapa, böyük ölçülü ayaqqabılar və şalvar, dar pencək, köhnə jilet, əzik köynək və qalstuklu, əlində əsası olan balaca adam arxasını tamaşaçıya çevirərək ördək yerişi ilə yeni macəralara doğru gedir. Tamaşaçı da bir az kədərlənərək, bir az da gülümsəyərək onun arxasınca baxır, yeni sərgüzəştlərlə geri dönməyini gözləyir. “Çarli” obrazı  28 fevral 1914-cü ildə Çarlz Spenser Çaplin tərəfindən yaradılıb. Çarliyə qədər də bir çox komik obrazlar mövcud idi. Adi camaatın sevimlisinə çevrilən isə  “balaca Çarli” oldu. Çünki digər komik obrazlardan fərqli olaraq, Çarli aşağı zümrədən çıxan biri idi. Onun yumorunda satira və yumor, ironiya və mərhəmət, qayğıkeşlik və qəddarlıq öz əksini tapırdı. Əslində, bu obraz Çarlzın elə özü idi.
Davamı →

Alen Delon

Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Amma çox çəkmədi ki, balaca oğlan valideynlərinə görə taleyin sərt üzü ilə qarşılaşmalı oldu. 5 yaşı tamam olar-olmaz valideynləri ayrıldılar,  Alen Delon isə pansiona verildi. Pansiondan sonra daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işlədi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı. Amma, yalnız bununla kifayətlənmədi. O, boş vaxtlarında idmanla – velosport və boksla məşğul oldu. Tez-tez filmlərə baxmaq üçün kinoteatrlara getməyə başladı. 17 yaşına çatanda Alen Delon Hind-Çinə müharibəyə yola düşdü. Və burada gördükləri, yaşadıqları bu yeniyetmənin həyatında dərin izlər buraxdı. O, orduda da özünü sərbəst apardığına görə, rütbəsini üç dəfə endirib, amma sonradan bərpa ediblər.


Ardı →

Arnold Şvartsenegger

Hacan ki,  sizin BMW-niz var — pis getmir, amma əla da maşın deyil, — siz  yarışaraq getməyə və yolda qabağınıza cıxan hamını ötməyə çalışırsiniz. Yalnızca ona görə ki, sübut etmək üçün sizin maşın sürətlidir. Amma nə vaxt ki, siz «Ferrari və ya „Lambordjini“ kimi bahalı və güclü maşına sahibsiniz — onda siz bilirsiniz ki, yolda hər kəsi keçməyi bilərsiniz və daha artıq heç kimlə yarışmırsınız. Siz hətta şossedə sürət məhdudiyyəti olmadan saatda 55 mil sürətlə gedirsiniz. Hər kəs sizi ötə bilər, amma siz bilirsiniz ki, qazın pedalına təkcə bir təzyiq yeter və o sizdən  çox geridə qalacaq. Bilirsiniz ki, sizin imkanlarınız nə dərəcədə realdır və buna görə də bütün bunları sübut etməyə də ehtiyac yoxdur.

Arnold Şvartsenegger


Davamı →

Tom Hanks

  • Kino

Tom HanksTomas Ceffri “Tom” Henks – amerikalı aktyor, prodüser, yazıçı və rejissor. Fəaliyyətinə televiziyada başlayan Tom “Big” (Böyük) – 1988 filmi ilə uğurların başlanğıcını qoydu. “Philadelphia” (Filodelfiya) — (1993) filmi ilə “Oskar” alan aktyor növbəti il “Forrest Gump” (Forrest Qamp) ilə yenidən mükafata sahib çıxdı. Yüzlərlə mükafata namizəd olan Henks Hollivudun canlı əfsanələrindən sayılır. 
 İlk İllər: Tom Henks 9 iyul 1956-cı ildə Kaliforniyada, səyyar aşbaz Amos Mefford Henks və xəstəxana işçisi Canet Merilinin ailəsində dünyaya gəlib. Atası ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun uzaq qohumu idi. 1960-cı ildə valideynləri ayrıldı. Tom da daxil olmaqla ailənin üç uşağı atası ilə getdi, kiçik Cim Henks isə anası ilə qaldı. Sonradan onların hər ikisi evləndi. O, katolik kimi tərbiyə almışdı.

Tom “Chabot” kollecində teatr dərslərinə yazıldı və iki ildən sonra Kaliforniya Dövlət Universitetinə keçirildi. O, bu dövrü belə xatırlayırdı: “Səs-küyü sevən mənim kimi bir oğlan üçün aktyorluq dərsləri çox yaxşı yer idi. Vaxtımın çox hissəsini tamaşalarda keçirirdim. Sadəcə teatra gedir, bilet alır, auditoriyada oturur və tamaşanı izləyirdim. Bertold Brext, Tennessi Uilyams, Henrik İbsen kimi dramaturqların əsərlərinə çox baxmışam. Və aktyorluq mənim işimdir ”.

Karyera: 1979-cu ildə Henks Nyu-Yorka köçdü və növbəti il aşağı büdcəli “He Knows You're Alone” (O bilir sən təksən) filmi ilə kinoda debüt etdi. 1980-82-ci illərdə o “Bosom Buddies” (Yaxın Dostlar) serialında rol aldı. 1982-ci ildə “Happy Days” (Xoşbəxt Günlər) serialında qonaq aktyor kimi göründü. Bu serialda onu görən rejissor Ron Hovard Henksi 1984-cü ildə çəkdiyi və dəniz qızı və insanın sevgisindən bəhs edən “Splash” (Sıçrama) filminə dəvət etdi. Film kassa yığımında böyük uğur qazandı. Bir neçə serial və filmdən sonra 1988-ci ildə “Big” (Böyük) filmi ekranlara çıxdı. Film Henksi Hollivudun əsas aktyorları sırasına daxil etdi. O, “Ən Yaxşı Aktyor” kateqoriyasında ilk nominasiyasını aldı. Bu filmin ardınca Henksin bir neçə filmi kassada uğursuz oldu. Yalnız “Turner & Hooch” (Törner və Xuç)- (1989) filmi uğurlu alındı.
Ardı →