Lütfəli Abdullayev

Azərbaycanın xalq artisti Lütfəli Abdullayevi müasirləri «Gülüş kralı» adlandırmışlar. O, Azərbaycan Komediya Teatırının yaradıcılarından bir olub. O hazırcavablığı, gülüş estetikasına malik olaması, mimika-jest hərəkətləri ilə obrazının komik xarakterini canlandırmaq bacarığı, savadı olmasa da müdrik və zəngin daxili aləmə malik bir insan olduğuna görə böyükdən-kiçiyə hamının yaddaşında dərin iz buraxa bilmişdir. 
Lütfəli Əmir oğlu Abdullayev 1914-cü ilin 22 mart tarixində Nuxada — indiki Şəki şəhərində xalça tacirinin ailəsində dünyaya göz açıb. Sovet İttifaqının yaranması ailədə çətinlikləri artırdı, atası represiya qurbanı oldu. Kiçik yaşlarından işləyərək anasına kömək etməyə başlayan Lütfəli Abdullayev çətin uşaqlıq illəri keçirib. Teatra, səhnəyə gənc yaşlarından maraq göstərən Lütfəli Abdullayev bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışır. Onun teatra həvəsini ilk kəşv edən sənət fədaisi

Davamı →

Adil İsgəndərov

Adil Rza oğlu İsgəndərov 1910-cu ildə Gəncə (o dövrdə Azərbaycan Rusiyanın tərkibində olduğundan şəhər Yelizavetpol adlanırdı) şəhərində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra o, Bakıya gəlmiş və 1931-ci ildə burada Teatr Texnikumunu bitirmişdir. Lakin seçdiyi sənət yolunda irəliləmək üçün orta təhsilin az olduğunu hiss edincə o, Moskvaya yollanmışdır. Adil İsgəndərov A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olmuş və 1936-cı ildə oranı rejissor diplomu ilə bitirmişdir. Qeyd etmək lazımdır ki, Moskvada təhsil aldığı illərdə o, Moskva Bədaye Teatrında və Vaxtanqov adına teatrda rejissorluq təcrübəsi keçmişdir.


Davamı →

Həsən Məmmədov haqqında

1. Həsən Ağaməmməd oğlu Məmmədov (əsl adı Əbülhəsən) Salyan rayonunda doğulub. Valideynlərinin istəyi ilə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O, isə 2-ci kursda təhsilini yarımçıq qoyub Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə — Mehdi Məmmədovun kursuna daxil olur. Təyinatla Akademik Milli Dram Teatrına işə düzəlir.

Davamı →

Əhli-kef

Tariximizin, mədəniyyətimizin hər qarışında bir istedad var.
Fazil gözünü dünyaya 1931-ci ildə Bakıda açdı. İdris kişinin evində. Sentyabr ayının ilk günü idi. Dərslər yenicə başlamışdı. Fazilsə bütün bunlardan xəbərsiz-xəbərsiz qayğısız böyüyürdü. Amma yeddi yaşını, məktəbə gedəcəyi günü gözləməyə səbri çatmadı. Ağlı kəsər-kəsməz yazmağa başladı. 1935-ci ildə çəkilmiş fotoşəkli əlimə keçib. Arxasında Fazil latın qrafikasıyla öz adını, soyadını yazıb...Uşaqlığının dörd ilini müharibə ilə qoşa addımladı. Fazil rəssam olmaq qərarına gəlmişdi. Əli qələm-karandaş tutandan şəkil çəkirdi. Ona görə də orta məktəbi bitirən kimi sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə verdi. Qəbul oldu, təhsil aldı, «Azərnəşr»də tərtibatçı-rəssam kimi işlədi də. Amma özü demişkən, axıracan rəssam olmağa fürsət yoxmuş… .

Davamı →

Ramiz Əzizbəylinin həyat hekayəti

Ramiz Hacı Ağa oğlu 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. Ulu babası Əziz bəy çox dövlətli adam olub, gəmiçiliklə məşğul imiş. Abşeronun böyük bir ərazisində meyvə bağları, Bakıda xeyli mülkləri, dəyirmanları olub. Ramiz Əzizbəylinin atası Təzə Pir məscidindəki ruhani məktəbinin əsasını qoyanlardan olub. Bəy nəslinin, böyük var-dövlətin yeganə varisi olan atası Hacıağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini Yasin oxumaqla dolandırıb.

Davamı →

Tamaşaçılar tərəfindən söyülən Xalq artisti

Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib.
Uşaq yaşlarından musiqiyə gedib, kontrabasda ifa edirmiş. Orta məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna verib. Qəbul olunub, amma elə birinci kursdan universiteti yarımçıq qoyub səhnəyə istiqamətlənir.

Davamı →

Atatürkün dostunun qızı ilə evlənən azərbaycanlı aktyor - Muəmmər Qaraca

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyə teatr və kinosunun ən məşhur simalarından biri olub.
Muəmmər Qaraca – türkiyəli teatr və kino aktyoru. Türk teatrının unudulmaz tamaşalarından biri olan «Cibali Polis Bölməsi”nin müəllifi və „Muəmmər Qaraca” Teatrının qurucusudur.
Muəmmər Qaraca 1906-cı il noyabrın 8-də İstanbulda anadan olub. Əsl adı Muəmmər Rövşəndir. Aktyorun azərbaycanlı kökənli ailədə doğulduğu deyilir.
Muəmmər Qaracanın qohumluq bağları olmasa da, başqa bir Azərbaycan əsilli həmkarı Məhmət Qaraca ilə yaxın dostluq münasibətləri saxlayıb. Məhmət Qaraca məşhur rokçu Cem Qaracanın atasıdır.

Davamı →

Azərbaycan teatr tarixində iz qoyan böyük sənətkar

Milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlar, elə bil onun "əyninə biçilmişdi”, onun üçün yazılmışdı. Başqa biri heç vaxt onun kimi bu obrazları yarada bilməzdi və ya yaratsaydı belə bu qədər böyük tamaşaçı alqışı qazanmazdı. O, təkcə rollarına görə deyil, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə də daim seçilib-fərqlənib. İllər, qərinələr ötsə də Azərbaycan sənət tarixinə adı böyük hərflərlə yazılan, cəmi 44 il ömür yaşamış Bəşir Səfəroğlu hər zaman hörmət və rəğbətlə yad ediləcək.
Davamı →

Səhnəmizin fəxri ad almayan əhli-kef məşhuru...

Gözləri qəm dəryası olan, yaddaşımızda insanlıq nümunəsi göstərən bir obraz -  “Qırçı Məhəmməd”  kimi qalan aktyor Fazil Salayev...
Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandır. Fazil evin vur-tut bircə uşağı olub.
Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil, sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Rəsssamlıq məktəbinin sonuncu kursunda aktyorun atası İdris Salayev oğlunu həmyerlisinin qızı Fəridə xanımla nişanlayır. Nişan gününədək xanımın üzünü görməyən Fazil evlənənədək cəmi bir dəfə onunla qarşılaşır. Valideynlərinin dəvəti ilə qız tərəfi teatra gələndə Fəridəni ilk dəfə orda görən Fazil Salayev gələcək qaynatasının xasiyyəti tünd olduğundan onunla danışa bilməyib. 

Davamı →