Allergiyanı tətikləyən qidalar

Bizim üçün adi olan yeməklər allergiyası olanlar üçün ölümcül ola bilər. İmmun sistemi ziyansız bir maddədən təhlükə hiss etdikdə allergik reaksiya meydana gəlir.
Allergiyaya səbəb olan qidaları öyrənərək evinizə gələn qonaqların həyatını qurtara bilərsiniz.

Bu 10 qida allergiya yaradır:

  • Buğda
    Allergiyası olanlar buğda ununu yesə, ciddi problemlə qarşılaşar. Buğda allergiyası uşaqlıqda, ya da daha irəli yaşlarda yarana bilər. Buğda üçün allergik reaksiyalar arasında astma, atapik dermatit, allergik rinit (burun axıntısı) və anafilaktik şok iştirak edir. Buna görə də buğda allergiyası olanların çox diqqətli olması lazımdır.

Davamı →

Uşaqlarda allergiyaya ən çox səbəb olan qidalar

Uşaqlıqdakı qida allergiyası bəzən inkişaf prosesində yox olur, bəzən yetkinlik dövründə də davam edir. Bəs, hansı qidalar allergiyaya daha çox səbəb olur? Qida allergiyası hansı şikayətlərə yol açır? Qida allergiyası  diaqnozu necə qoyulur? Qida allergiyası necə müalicə olunur?
Qida allergiyasında şikayətlər, immunitet sistemimiz qidalardakı zülalları “təhlükə” kimi qəbul etdikdə və anormal reaksiya verdikdə ortaya çıxır. Qida allergiyasının  tez-tez körpəlikdə və uşaqlıqda görülməsinə baxmayaraq, yetkinlik dövründə də ortaya çıxa bilər.

Davamı →

Öldürən allergiya

Ətrafında heç bir narahatlıq olmadığı halda, birdən ard-arda dəfələrlə asqırmağa başlayan, gözləri qızarıb-sulanan, təngnəfəs olan və ya dərisində qızartılar, səpki yaranan insanları görmüsünüz. Bəzən ən sadə qidalardan, arılardan, hətta çiçəklərdən də uzaq duran bu şəxslərin narahatlığının adı allergiyadır.

Allergiya orqanizmin bəzi maddələrə qarşı qabarıq cavab reaksiyası kimi təyin oluna bilər. Bu maddələr allergen adlanır.
Allergiya bədənə xarici maddənin girməsi və immun sisteminin hərəkətə keçməsilə başlayır. Bitki mənşəli tozcuqlar allergiyasını (pollinoz) nümunə götürək: irsi olaraq allergiyaya meyilli insan tozcuqlardan təsirləndiyi zaman immun sistemində tozcuqlarda olan zülallara, yəni allergenə qarşı immunoqlobulin E (İgE) deyilən antitel istehsal edilir. Bu antitellərin quruluşu allergenə görə dəyişir. Ev tozundan ev heyvanlarının tükünə, meyvə-tərəvəz növlərindən arıya qədər allergen maddələri çox müxtəlifdir. 

 Allergiya necə meydana gəlir? 

Hər insanın bədənində İgE adlanan antitel istehsal edilir. Antitelin vəzifəsi orqanizmə soxulan yad cisimləri neytrallaşdırmaqdır. Allergik insanların bədənində daha çox İgE istehsal edilir. Bu zaman immun sistemi tam zərərsiz cisimlərə potensial təhlükəli kimi reaksiya verir. Yəni allergik insan bədəninə zərər verəcək heç bir şey olmadığı halda, birdən narahatlıq keçirir.


Ardı →

Allergiya

allergiyaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına görə, XXI əsr allergiyanın artması ilə müşayiət olunaraq, onun ən çox yayılmış xəstəliklər arasında ilk yeri tutması ilə nəticələnəcəkdir.

Allergiya” terminini Avstriyalı həkim Klemens Pirke irəli sürmüşdür. Sonralar allergiyanı törədə bilən antigeni isə «allergen» adlandırmağa başladılar. Allergen rolunu nəinki mikrob və ya yad bir zülal, hətta, sadəcə olaraq orqanizm üçün yad olan istənilən bir molekul da oynaya bilər.

Allergen rolunu müxtəlif qida maddələri (çiyələk, yumurta, şokolad, balıq və s.), kosmetik vasitələr, məişət tozu, çiçəklərin tozcuğu, parfümeriya, kimyəvi boyalar, dərmanlar və digər adi maddələr də oynaya bilər. Əlbətdə ki, sadalan bu maddələr heç də insanların hamısında allergik reaksiyaya səbəb olmurlar.


Ardı →

Allergik dəri xəstəliklərinin müalicəsi və profilaktikası

Dərinin açıq hissələrini (üz, əllər) qorumaq üçün peşə geyimlərindən başqa, bir sıra mühafizəedici məlhəmlərdən, pasta və yuyucu maddələrdən də istifadə edilir. Bu maddələr iki yerə bölünür:
1) mineral yağlardan, neftdən və neft məhsullarından (lak, qatran və s.) qoruyan;
2) turşulardan, duzlardan, qələvilərdən qoruyan dərmanlar.
Birinci qrup məlhəmlərə «bioloji əlcək», «mikolan», «selikon məlhəmi» və s. aiddir. Bunlar dərinin səthində üzvi maddələri buraxmayan təbəqə əmələ gətirir.
İkinci qrup məlhəmlər zərərli su məhlullarını keçirmir.
Davamı →

Allergiya və autoallergiya

Allergiya (yun. «allos» — başqa, özgə; «erqon» — iş, fəaliyyət, təsir) — orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona qarşı antitellər (əks-cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen deyilir. Allergiya törədən antigenlər allergen adlanır.
Allergik xəstəliklər lap qədimdən mövcud olmuşdur. Keçmişdə bədənin səpməsini, şişdiyini gördükdə, «toxluq edib» deyirdilər.
Qida maddələrinin törətdiyi allergik xəstəliklər hələ məşhur Hippokratın, Qalenin vaxtından məlumdur. 1819-cu ildə ilk dəfə ingilis alimi Con Boston otun təsirindən törənən allergiyanı təsvir etmişdir. Fransız alimi Şarl Rişe, rus alimi Q.P.Saxarov, ingilis pediatrı Smit, iyirminci əsrin əvvəllərində allergiya xəstəliklərini müşahidə etmiş, müəyyən təcrübələr aparmış və faydalı fikirlər söyləmişlər. Sonralar İ.İ.Meçnikov bu fikirləri daha da genişləndirmişdir.
Hazırda allergiya orqanizmə daxil olan hər hansı yad cismə, yad zülala qarşı həssaslığın artması kimi təsəvvür olunur. Müəyyən edilmişdir ki, immunokompetent sistem orqanizmə daxil olan hər hansı cismin, yaxud maddənin onun özününmü, ya ona yadmı olduğunu yaxşı bilir. Ona görə də orqanizmə daxil olan hər hansı yad cismə qarşı mühafizə xarakterli əks-cisimlər hasil olur.


Ardı →