Hər gün alma yemək üçün 12 səbəb

Alma ən faydalı meyvələrdən biri sayılır. İngilislər deyir ki, hər gün 1 alma yeyən insanın həkimi işsiz qalacaq. Almanın orqanizmə olan faydasını tibb də təsdiq edir. Kardioloqlar israrla xəstələrinə hər gün bir neçə alma yeməyi tövsiyə edirlər.

Almanın sağlamlıq üçün faydaları:
1. Kalium və dəmirlə zəngin olan alma insanın ürək-damar sistemi üçün olduqca xeyirlidir. Ürək-damar sistemi xəstəliklərin profilaktikası üçün hər gün bir neçə alma yemək lazımdır.

2. Dünya onkoloqları sübut edir ki, almanın daim qəbulu insanı xərçəng xəstəliklərindən qoruya bilər.

3. Sellülozla (təbii liflər) zəngin olan alma bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün səhər tezdən alma yeməlidir. Bu bağırsaqları «oyadacaq» və gün ərzində daha yaxşı işləməyə kömək edəcək.

4. Almada olan sellüloz orqanizmi toksinlər, şlaklar və digər ziyanlı maddələrdən təmizləyir.

Davamı →