Feldmarşal Paulyus

Düz 60 il əvvəl — 1943-cü ilin yanvarında sovet qoşunları Stalinqrad (indiki Volqoqrad) şəhəri ətrafında alman faşistlərinin 6-cı səhra ordusunu mühasirəyə almışdılar. Orduya general-polkovnik Fridrix Paulyus komandanlıq edirdi.
Yanvarın 30-da Hitler mühasirəyə düşmüş komandanın əhvalını yüksəltmək üçün ona feldmarşal rütbəsi vermişdi. Çünki hələ dekabrın əvvəllərində köməyə göndərilən xüsusi birləşmələr mühasirəni yarıb ordunu və onun komandanını xilas etməyə cəhd göstərsələr də, bu cəhdlər nəticəsiz qalmışdı.
Davamı →

Ervin Rommel (1891-1944)

Almaniyanın Ulma yaxınlığındakı Hendenheym şəhərində müəllim ailəsində anadan olmuş, 1910-cu ildə 124-cü piyada diviziyasına kadet kimi daxil olmuşdur. Sonra hərbi məktəbi bitirib leytenant rütbəsində qulluğa başlamışdır. 24-25 yaşında ikən Birinci Dünya müharibəsində göstərdiyi hünərə görə bu kiçik zabit I dərəcəli dəmir xaç ordeni ilə təltif olunmuş, iki yüz nəfərlik bir dəstə ilə italyan şəhərlərindən birinə hücum edib, doqquz min düşmən əsgərini əsir almışdı. Müharibədən sonra bir sıra hərbi vəzifələr daşıyıb, 1937ci ildə Hitlerin şəxsi qoruyucularının komandiri olmuşdur. Bu dövrdə artıq briqada generalı olan Rommel Hitler hərbi ştabının üzvü kimi alman dövlətinin «Blitskriq» hərbi doktrinası ilə tanış olandan sonra ona valeh oldu.
Ardı →

Müharibənin ilk mərhələsi

Sözügedən mərhələ 1939-cu il sentyabrın birindən 1942-ci ilin iyununadək olan dövrü əhatə edir. Bu mərhələdə Almaniya sentyabrın 17-də Molotov-Ribbentrop paktına gizli protokolda müəyyən edilmiş sərhəddə (Lvov, Vladimir-Volınski, Brest-Litovski) çatmaqla Polşanın qərb hissəsini zəbt etdi. Polşanın hökumət üzvləri, hərbi komandanlıq ölkəni tərk etdilər. Mühasirəyə alınmış Varşava sentyabrın 28-ə kimi müqavimət göstərdi. Oktyabrın 2-də Polşa ordularının mühasirə olunan hissələri təslim oldular. 1939-cu il sentyabrın 30-da general V.Sikorski başda olmaqla Anjeredə (Fransa) mühacir Polşa hökuməti yaradıldı. 1940-cı ilin iyunundan hökumət Londonda sakinləşdi.


1939-cu il sentyabrın 17-də sovet qoşunları da Polşa sərhədlərini keçərək qərbi Ukraynanı və qərbi Belarusiyanı SSRİ-nin tərkibinə qatdılar.
Ardı →

Böyük Vətən müharibəsində dönüş olmaya da bilərdi

Sovet sərkərdələrinin yüksək bacarıq və duyma qabiliyyəti Moskva döyüşlərində müvəffəqiyyətləri şərtləndirdi.
Hesab edirlər ki, müharibələrdə ancaq onların başlanma və son tarixləri dəqiqliklə müəyyən edilə bilər. Düzünü desək, İkinci Dünya müharibəsi barədə hələ də mübahisələr gedir — başlanma tarixi, ənənəvi olan 1939-cu il sentyabrın 1-dən, yoxsa daha əvvəllər olan Uzaq Şərqdəki müharibələrin tarixindən hesablanılmalı olması hələ dəqiqləşdirilməyib. Lakin müharibələrin sonunun olması şübhəsizdir: kapitulyasiyalar buradakı mübahisələrə son qoyur. Keytelin Karlsxorstdakı imzasına və «Missuri» gəmisindəki mərasimə şübhə edilməməlidir.
Ardı →

Birinci dünya müharibəsində hərbi əməliyyatlar

Almaniya 1914-cü il avqustun 2-də Lüksemburqa hücum etdi. İki günə Belçika ərazisinə daxil oldu. 1914-cü il hərbi kampaniyasında alman komandanlığının başlıca məqsədi Fransanı diz çökdürmək idi. "Şliffen planına" (general Şliffenin adı ilə bağlı idi) əsasən alman orduları sözügedən bitərəf ölkələrin müdafiə olunmayan sərhədlərindən keçərək Paris istiqamətində irəliləməli, Fransa ordusunun çox hissəsini mühasirəyə almalı və onu təslim olmağa məcbur etməli idilər. Avqustun 3-də bu plan həyata keçirilməyə başladı. Alman hərbi hissələri Belçikanı işğal edib Fransa ərazisinə daxil oldular. Bir aydan sonra onlar Paris ətrafına çatdılar. Fransızların Elzas və Lotaringiyada cavab hücumları uğursuzluğa düçar oldu.


Ardı →