Aloe içkisinin faydaları

Aloe vera dəriyə olan faydaları ilə yanaşı, həm də sağlamlıq üçün faydalıdır. Qida ilə zəngin olan naringi suyu və aloe suyu evinizdə asanlıqla hazırlaya biləcəyiniz faydalı bir içkidir. Hər ikisi də qida maddələri baxımından olduqca zəngindir. Həmçinin Aloe vera anti-viral, anti-bakterial və anti-funqal xüsusiyyətlərə malikdir. Həmçinin həzm sistemi üçün də olduqca faydalıdır.

Aloe vera həzm sistemində yaranmış yara və iltihab üçün təsirlidir. Bununla yanaşı bədəndə olan artıq çəkiləri və toksinləri atmağa kömək edir. Aloe vera eyni zamanda artrit ağrılarını da azaldır.
Davamı →

Aloe kubikləri

Aloe şirəsi biostimullaşmaya görə çox səmərəlidir. Regenerasiya edir yeni hüceyrələrin yaranmasına kömək edir.

Aloe yarpağını götürürük. Qara kağıza büküb, soyuducunun aşağı rəfində 2 həftə saxlayırıq. Qaynanmış su ilə yuyuruq, ətçəkən maşınla çəkirik. Sonra tənziflə sıxırıq və təyinatı üzrə istifadə edirik.

Bu əməlliyatdan şirə alınır, əldə olunmuş şirəni dondurucu kamerada saxlamaq və dondurmaq olar. Zərurət olduqda və ya gözəllik üçün müalicəvi məqsədlərlə istifadə edə bilərsiniz.
Davamı →