Unutqanlığın qarşısını almağın əyləncəli yolu

Alzheimer (unutqanlıq) xəstəliyi xüsusilə 65-70 yaş arası insanlarda daha çox yaşanır. Alimlər araşdırma nəticəsində unutqanlıq probleminin ən əyləncəli yolunu ortaya çıxarıblar: musiqi.

 Araşdırmaçı alimlərin fikrincə, musiqi duyğuları, duyğular da xatirələri canlandırır. Alzheimer xəstələrinə bu yolla təkrar bəzi şeyləri qazandırmaq və öyrətmək üçün ən yaxşı yol musiqi ola bilər. Musiqi alətində çalmağı bacaran xəstələrdə xüsusilə bu alətləri istifadə etmək çox faydalı sayılır. Hətta musiqi ritmləri altında rəqs xəstədə toxunma duyğularını, bununla birlikdə güvən duyğusunun artması və xatirələrin canlanmasında gözəl bir yol ola bilər.

Musiqi yuxu problemlərini də həll edir
Musiqinin həm də rahatladıcı və sakitləşdirici təsiri var. Xəstələrdə narahatlıq, aqressiya, yuxu problemlərini həll edir. Unutqanlığın qarşısını almaq üçün tədbir görmədən əvvəl bunun hansı səbəbdən ortaya çıxdığını müəyyən etmək lazımdır.
Davamı →