Tarzanın sahibi kimdir?

Biz Ankaranın Maltəpə məhəlləsində oluruq. Əslimiz ankaralı olmasa da, paytaxtın köhnə sakinlərindənik. Maltəpədə bizim dalandakı üçüncü ev bibimin mülküdür. Bibim ömrünü sizə bağışlayandan sonra, evə biz köçmüşük. Məhəlləmizdə Tarzan adlı bir köpək var. Buraya haradan, nə vaxt gəldiyini bilmirik. Bəlkə də, lap küçük vaxtından burada qalıb. Yaşını da heç kəs bilmir. Bu barədə məhəllədə kimdən soruşsanız, cavabında: — Mən bu məhəlləyə gələndə Tarzan artıq qoca köpək idi, — deyir.
Ardı →