Dağ-ana


Günlərin bir günüydü, günün ən adisindən,
Bezmişdi şəhər yenə insanların səsindən.
Bezmişdi hay-həşirdən, bezmişdi bu vüsatdan:
Bir sözlə adi bir gün — axıb gedir həyatdan.

Günlərin bir günüydü, ağrı duydu bir qadın,
Hansı ki xəyalında bəsləyirdi övladın.
O qadın ki, özü də hələ bir az uşaqdır,
O qadın ki, dərd olsa, dağdan böyük dayaqdır.

Günlərin bir günüydü, uşaq olan dağ-qadın
Təzə müjdə almışdır həkimdən ana adın.
Özündən söz uydurub, danışır ürəyində
Doğulmamış uşaqla yaranmamış dillərdə.

Günlərin bir günüydü həyat dolu bir ana,
Həkimə tələsirdi bir az ağrı canında.
«Qalsa xəstə olacaq, döl hələ lap körpədi» - 
Həkim təsəlli verdi, həyat hələ öndədir.

Günlərin bir günüydü, qadın xəstəxanada,
Doğulmamış uşaq da qaldı elə orada.
Susdu ana bir anlıq, heç çatmadı qaşıyla.
Lap kiçik döl ağladı ananın göz yaşıyla.

Günlərin bir günüydü, ana rəssamlıq etdi
Çəkdi heç doğulmamış bir körpənin həsrətin.
Bəzən yuxuda görüb, darıxır balasına
Bir vaxtlar uşaq olan dağ ismətli dağ-ana.


Cavidan Hacıyev
Davamı →

CANIM ANA | Gözəl Ana şeiri

CANIM ANA ŞEİRİ

Sənə yazdım bu şeiri, qəzəli,
Sənsən mənim duyğularımın, əzəli.
İlk gördüyüm, ilk sevdiyim sən oldun,
Canım ana, dünyaların gözəli.

Səndən aldım ürəyimi, canımı,
Damarımda dövr eyləyən qanımı,
Sən ucaltdın şərəfimi, adımı,
Canım ana, dünyaların gözəli.


Davamı →

Analar | Ana haqqında gözəl şeir

 

 “Analar”şeiri

Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.

Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.


Davamı →

Hansı anaları uğurlu adlandırmaq olar?

Ana – anadır. Ancaq hər ana, ana ola bilmir. O, kəs ana adını əldə edə bilir ki, saleh övladlar yetişdirə bilsin. İslam dini anaya xüsusi məqam bəxş etmiş və onu əziz tutmuşdur. Həzrət Peyğəmbər (s) buyurur: “Behişt anaların ayaqları altındadır”.
Əgər ana ruhi və cismi cəhətdən sağlam olarsa, cəmiyyətə ruhu və cismi sağlam olan övladlar verə bilər.
Çox təəssüf ki, müasir dövrdə bəzi analar öz vəzifələrini unudublar. Onun əvəzinə peşələrində müvəffəq olmağı üstün tuturlar. Evdən xaricdə xidmət etmək istəyirlər. Nəticədə valideyni olan uşaqlar yetim kimi böyüyər. Nə sevgi görər və nə də məhəbbət göstərə bilər.
Davamı →

Anadan övlada ötürülən xəstəliklər

  • Qadın
Uşaqlar valideynlərində nəinki xarici görünüş, göz, saç rəngi, təəssüf ki, bir çox xəstəlikləri də «hədiyyə» alır.

Genetiklər bildirir ki, xüsusən anadan uşağa keçən tipik qadın xəstəlikləri, eləcə də sırf atadan övlada keçən kişi xəstəlikləri vardır. Burda nə ananın, nə uşağın rolu, günahı yoxdur. Eləcə də qız-oğlan fərq etmir, oğlan uşaqlarına da anadan bir sıra xəstəliklər ötürülür.

Miqren — tipik qadın xəstəliyidir. Kişilərdə də varsa deməli anasından ötürülüb.
Davamı →

Anasız qalmaq uşağın beyin funksiyalarını necə dəyişir?

Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir. İndiana və Purdue Universiteti alimləri bununla bağlı araşdırma aparıb.

Alimlərin siçanlar üzərində tətbiq etdiyi araşdırma zamanı bəlli olub ki, həyatlarının ilk vaxtlarından analarından uzaq qalmaları onlarda travma yaradır. Heyvanların sonrakı dövrlərdə isə beyin funksiyalarının dəyişdiyi müşahidə edilib.
Davamı →

Ana

Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara qözlü, anam.
Hara getsəm gözün mənə baxar.

Ana, gəlbim bu laylarla gəzər
Doğma səsin ömrü gülbəzər
Laylay dedin ana, laylay dedin mənə,
Həyat verdin mənə, əziz ana.

Laylan hələ yaşar, laylan ellər aşar,
Günəş kimi yana yana, ana.
Ana, səsin aydın səhər ola,
Ana, qəlbin geşik çəkər bizə.

Yolum üstə uzağ səfər ola,
İşığ dolar nurdan düşən gözə.
Mənim görək gözüm sənsən, ana,
Ömrüm gürüm özüm sənsən, ana. 
Davamı →

Ananı bağışla, oğlum!

ana və ogulGözlərini açmayıb hələ, yuxuda sayıqlayırmış kimi qırıq-qırıq, amma təlaşla soruşur: 
— Ana, sabah məktəbdi, ana? 
— Hə. 
— Iııı, ahəng qanununu öyrənməliyəm, ahəng… qanun...-və mışıldamağa davam edir. 

Səkkiz yaşlı uşağı bayram tətilində, sabahın şirin yuxusunun içində “ahəng qanun”u haqda düşündürən insafsız həyat. ...Eh, oğlum, kaş sənə “Ahəng qanunu da başqa qanunlar kimi mənasızdı, öyrənmə onu, rahat yat, uşaqlığını yaşa”-deyə bilsəydim...

Deyə bilmərəm, lənət olsun! Deyə bilmərəm, çünki mən təkcə sənin anan deyiləm, həm də başqa uşaqların müəllimiyəm, neçə illərdi, bu ahəng qanununu xalqın uşaqlarına tədris eləyən adamam. Və çox gözəl anlayıram ki, bu dünyada ahəng qanuna tabe olmayan o qədər dillər var ki, o qanundan xəbərsizdi, heç bir problemləri də olmur. Mən bu həqiqəti xalqın uşaqlarına deyə bilmirəmsə, sənə heç deyə bilmərəm, yavrum.
Davamı →

Əmizdirən ana qəhvə içə bilərmi?

Körpə əmizdirərkən qəhvə içmək olarmı? Kaffeinin südverən anaya və körpəyə hansı zərərləri ola bilər?
Hamilə olarkən bəzi qidaların qəbulunda məhrumiyyətlər normaldır, deyilmi? Bəs körpə doğulduqdan sonra necə olmalı? 9 aylıq qida qəbulundakı qadağalardan sonra köhnə yemək vərdişlərinə birbaşa qayıtmaq mümkündürmü?
 
Hamilə qadınlar əlbəttə ki, daha təmiz və faydalı ərzaqlar yeməyə çalışırlar. Hətta hamilə olduqlarını bilənə qədər yedikləri yumşaq pendir və suşi onların körpəsinə necə zərər verə bilər deyə təlaşa düşürlər. Amma südverən anaların narahatlığı körpə dünyaya gəldikdən sonra da davam edir.
Davamı →