Ananın səssizliyi

Axşam anamla atam televizora baxırdılar. Anam “Artıq gecdir, mən yatmağa gedirəm,” — dedi. Qalxdı, mətbəxə getdi. Meyvə boşqablarını yudu. Sabaha hazır olsun deyə, çaydanı doldurdu, dəmliyə çay atdı. Şəkər qabına baxdı. Dibində az qalmışdı, doldurdu. Səhər yemək üçün soyuducundan çörək çıxardı. Axşama buzu açılsın deyə, əti buz yerindən aşağı qoydu. Stolun üstündəkiləri yığışdırdı. Telefon dəftərini örtüb, yerinə qoydu.


Ardı →

Qızıma məktub (Esse)

Salam, qızım.
Adətən, məktubu uzaqdan uzağa yazırlar. Sən mənim yanımdasan, mənimlə bir evdə, bir tavanın altında, bir döşəmənin üstündə, amma Sənə məktub yazıram. Sən ananı yaxşı tanıyırsan, ona görə yəqin  bu jestim sənə qəribə gəlməz. Çünki bilirsən ki, bir qədər, hətta çox qəribə adamam. Buna ən çox şahid olan da Sənsən.

Bütün qızların içində ilahidən bir hiss, bir duyğu, bir arzu var. Analıq duyğusu, ana olmaq arzusu. Körpə ikən qızlar gəlinciklərini bağırlarına basıb yatırar, lay-lay deyərlər, sənin kimi. Mən də beləydim. Böyüdükcə bu hiss də, arzu da böyüyər, özün boyda, özündən də böyük olar. Ana olmaq istəyərsən, istəyərsən bir qızın olsun, saçlarını hörəsən, cürbəcür, rəngbərəng donlar alıb geyindirəsən əyninə. Çox gözəl olsun, hamının qızından gözəl, sən də qürrələnəsən, gözəl qızın anası kimi.


Ardı →

Həqiqətənmi cənnət anaların ayaqları altındadır?

Bəli,həyatda bizə hamıdan çox dayaq olan,hamıdan çox yaxın olan və hamıdan çox güvənə biləcəyimiz yeganə insan anamızdı.Bizi 9 ay bətnində əziyyətli bir halda gəzdirib,əziyyətli bir halda dünyaya gətirən anamız bizim üçün çox dəyərli bir məxluqdu.Belə bir halda cənnət analar üçün bəlkə də açıq ola bilər.Amma gəlin  fikirləşək.Hansı analar üçün?
Ardı →

Cəfər Cabbarlı

Azərbaycan ədəbiyyatının,mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin «Dağlı məhəlləsi» adlanan yuxarı hissəsində yaşamışdır.


Ardı →

Məhrumlar.

Bir kanalda veriliş var, hansı ki, orda uşaq evindən olan uşaqlar yarışırlar. Onlar mahnı oxuyurlar, səs verilir və sonda ən çox səs toplayan uşağa ev veriləcək, digərlərinə isə başqa hədiyyələr. Məncə o uşaqlara sms yollamağa dəyər. Bunun üçün heç hayıfım gəlmir, əksinə sevə-sevə edirəm.

Dünən həmin verlişin təkrar fraqmentlərinə baxanda qaçırdığım bəzi hissələri göstərdilər və o qədər kövrəldim ki… Bir uşaq ana haqqında mahnını o qədər içdən oxudu ki, o qədər ürəkdən oxudu ki, özü də ağlaya-ağlaya. Ürəyim parçalandı. Həmin uşaq qardaşı ilə birlikdə uşaq evinə atılıb. Atası səhv etmirəmsə həbs olunub (və ya anası ilə ayrılmışdılar), anası isə başqa birinə ərə gedib. Düşünürsən ki, bunlar kimi o qədər uşaq var ki.


Ardı →