Analıq və iş

Hamiləliyə və doğuşa görə məzuniyyət
Hamiləliyə və doğuşa görə məzuniyyət əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi əsasında verilir. Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təşkil edir (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 56 təqvim günü). Ağır doğuş, iki və daha artıq uşağın doğulması zamanı doğuşdan sonrakı məzuniyyətin müddəti 70 təqvim gününə qədər uzadılır. 

Davamı →

Oğul anası olmağın gözəl tərəfləri

1. Kiçik də olsa bir kişinin ilk məhəbbəti olacaqsınız.

2. Qalstuk, pencək geyinən kiçik bir adam yaradacaq, həyat yoldaşınıza geyindirə bilmədiyiniz zövqlü geyimləri ona geyindirə biləcəksiniz.

3. Ən sevdiyiniz kişinin miniatür bir kopyası hər an yanınızda olacaq.

4. Onun arxasınca qaçıb, tökdüklərini yığmaq onsuz da uzun çəkəcəyi üçün əlavə diet və idmana ehtiyac qalmayacaq.

5.
Həyat yoldaşınızdan daha çox sevə biləcəyiniz başqa bir kişinin olmadığını düşündüyünüz halda, əksini isbat edəcək kiçik bir şahzadəyə vurulacaqsınız.
Davamı →

Ana südü “ideal qida” deyil!

Dünyada elə bir ana yoxdur ki, ana südünün övladı üçün necə mühüm bir nemət olduğunu bilməsin. Bəs hər bir ananın bunu bilməsinə, illər boyunca ana südünün təbliğ olunmasına baxmayaraq, niyə analar hələ də övladlarına süni qida verirlər? Doğum evlərinin divarlarından asılan təbliğat posterlərində ana südünün necə əvəzsiz qida olduğu yazılır, ginekoloqlar, pediatrlar analara balalarını əmizdirməyi tövsiyyə edir, ana südünün mühümlüyü haqqında kitablar yazılır, təşkilatlar təsis edilir.

Hətta süni uşaq qidası istehsal edən şirkətlər belə öz məhsullarını reklam edərkən ana südünün uşaqlar üçün ən sağlam qida olduğunu vurğulayırlar. Niyə bütün bunlar anaları ana südü ilə qidalandırmağa inandırmaq və ruhlandırmaq üçün kifayət etmir?
Davamı →

Uşağı ana südündən ayırmaq üçün məsləhətlər

Məlumdur ki, ana südü ilk 6 ay körpənin ehtiyaclarını 100 faiz qarşılayır. Altıncı aydan sonra ana südü sürətlə böyüyən körpənin fizioloji ehtiyaclarını qarşılamır, buna görə artıq əlavə qidalara başlamaq lazımdır. Bu dövrdən sonra əmizdirməyə davam etmək ana və körpə arasındakı bağı davamlı qüvvətləndirir və körpənin psixoloji inkişafına müsbət təsir göstərir.

Uzun müddət ana südü qəbul edən körpələrin daha az xəstələndikləri, xəstəlikləri daha yüngül keçirdikləri sübut olunub. Əmizdirmə dövrünün uzanması tək uşaqların sağlamlığı deyil, ananın da ruh sağlamlığına müsbət təsirləri var. Ancaq uşağı lazım olandan daha çox əmizdirmək isə əlavə qidalara keçiddə çətinlik yaradır, yeməkləri udma və çeynəmə bacarığının inkişafına mənfi təsir edir. Əmizdirmənin nə zaman və doğru formada dayandırılması ilə bağlı mütəxəssislərlə birlikdə qərara vermək məsləhətdir. Belə olduqda yaranan səhvlərin minimuma endirilməsini təmin edərsiniz. Əhəmiyyətli olan uşaqların ruhən və cismən sağlam fərdlər olaraq cəmiyyətə qazandırılmasıdır.
Davamı →

Uşağınızın saçlarını sıx yığmayın!

Hər bir ana qızının gözəl görünməyini istəyir. Bunun üçün analar qızlarına gözəl donlar geyindirir, müxtəlif qeyri-adi saç düzümləri edirlər. Lakin «gözəllik qurban tələb edir» şüarını uşaqlara şamil etmək düzgün deyil.

Belə ki, bəzi analar kiçik yaşlı qızlarının başında quyruqcuqlardan və xörükcüklərdən ibarət olan qəribə «konstruksiyalar» düzəldir. Uşağın nazik ipək kimi olan saçları, baş dərisi dartılır, çox sıx vəziyyətdə qalır. Bu isə müxtəlif pozulmalara səbəb olur.

Dünya trixoloqları (saç xəstəlikləri ilə məşğul olan mütəxəssislər) məhz «quyruq» və hörük tipli saç düzümləri saçlar üçün ən ziyanlı hesab edir. Fikir verin ki, burada söhbət böyüklərdən gedir. Hətta böyüklərin saçları belə gərginliyə tab gətirə bilmir, korlanır, tökülməyə başlayır. Uşaqların saçları isə qat-qat nazik və zəifdir ki, onların saçları üçün bu tip saç düzümləri daha da ziyanlıdır.
Davamı →

“Kenquru qayğısı” üsulu

Küvezə salınacaq olan ağır xəstə və ya vaxtından əvvəl doğulmuş körpələrə istilik vermək üçün bədən-bədənə təmas “kenquru qayğısı” üsulu adlanır. Artıq dünyanın bir çox ölkələrində, neonatal ölümlərin faizini azaltmaq məqsədilə xəstəxanaların neonatal şöbələrində bu üsuldan istifadə olunur. Bu üsul, körpələr və onların ailələrinə güclü və müsbət təsir göstərir.

Kenquru üsulu ilk dəfə 1980-ci illərin əvvəllərində Kolumbiyanın paytaxtı Boqotada tətbiq edilmişdir. Çünki, vaxtından əvvəl doğulmuş körpələrin əksəriyyəti infeksiyalar və respirator problemlərdən dünyasını dəyişirdi.

Vaxtından əvvəl doğulmuş körpələri sutkada 24 saat analarının qucağına qoyurdular. Analar körpələri ilə yatır və onları, sanki kenquru öz balasını kisəsinə salırmış kimi paltarlarının içinə salırdılar. Körpəyə oksigen lazım olduqda, ananın sinəsinə oksigen başlığı qoyulurdu. Bu gün, Boqotada vaxtından 10 həftə əvvəl doğulmuş körpələr 24 saat ərzində evlərinə buraxılır.
Davamı →

Tandem əmizdirmə

Tandem əmizdirmə – ananın eyni zamanda 2 körpəni əmizdirməsidir. Əksər hallarda, uşaqlardan biri o birindən bir yaş böyük olur, bəzən isə uşaqlar arasında yaş fərqi 2 və daha çox olur. Kimsə bir qadının tandemlə süd əmizdirdiyini eşidəndə deyə bilər ki, “Sənə medal düşür!” və ya “Doğurdan!? Bu nəyə lazımdır ki!?”.

Bu məsələdə hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Tandem əmizdirməyə qərar vermiş ana başa düşməlidir ki, bu, ilk baxışda göründüyündən daha asandır. Lakin, bir neçə mühüm məqamı nəzərə almaq lazımdır:

♦ Yaxşı olar ki, hələ hamiləlik zamanı böyük uşağı tandemə hazırlayasınız. Tezliklə evə yeni körpənin gələcəyini və ananın südünü yeyəcəyini ona izah etmək lazımdır (çünki o hələ şorba və sıyıq yeyəcək qədər kiçikdir). 
Davamı →

Ana və qız arasında konflikt: necə davranmalı?

Təəssüf ki, çox ailələrdə ana və qız arasında münasibətlər düzgün qurulmur. Mənim fikrimcə, bunun ən əsas səbəblərindən biri hər iki tərəfin bir-birinin mövqeyini başa düşməməsidir.

Ana düşünür ki, onun çox böyuk həyat təcrübəsi vardır və qızına nə lazım olduğunu o, daha yaxşı bilir. Qız isə kifayət qədər boyüdüyünü və necə hərəkət edəcəyini hamıdan yaxşı bildiyini düşünür.

O ailələrdə ki, ana qızının hər atdığı addımı onunla məsləhətləşmək məcburiyyətində olmadığını başa düşür, qız isə ananın narahatçılıq keçirdiyini və onun üçün hər şeyin ən yaxşısını istədiyini anlayır.

Ananın məsləhətlərinə qulaq asmaq lazım olduğuna inanır, bu ailədə qarşılıqlı anlaşmanın olduğunu iddia etmək mümkündür. Elə çalışmaq lazımdır ki, münasibətlərin bu cür qurulması təmin edilsin.

Ailədə ana və qız arasında baş verən münaqişələrin ən geniş yayılmış səbəbləri aşağıdakılardır:


Ardı →

Yeni doğulan körpənin çimizdirilməsi

Gənc anaların ən çətinlik çəkdiyi məsələ yeni doğulmuş körpələrini çimizdirməkdir. 

Yeni doğulmuş körpələrin çimizdirilməsi zamanı diqqət edilməli olan məsələlər:

Uşağın ilk dəfə çimizdirilməsi üçün onun göbək bağının qırılıb düşməsini gözləyin.

Yeni doğulmuş körpənin dərisi vermiks adlı ağ rəngli qoruyucu sürüşkən maddəylə örtülüdür və bunun uşaq doğulan kimi təmizlənməsi vacib deyil. Körpəni çimizdirmək üçün göbək bağının düşməsini gözləmək lazımdır. Bu müddət ərzində körpənin bədəni və üzü silinərək təmizlənir, geyimləri tez-tez dəyişdirilir.


Ardı →

İlkin ana südü ("ağuz südü")

İlkin ana südü («ağuz südü», «molozivo») ananın süd vəzilərindən uşaq dünyaya gəldikdən dərhal sonra bir neçə gün ərzində ifraz olunan süddür.

İlkin ana südü uşaq doğulduqdan 3-5 gündən sonra yetkin ana südü ilə əvəz olunur.

İlkin süd adi südə məxsus olan rəngdə olmur. Onun rəngi daha çox parlaq-sarı, hətta narıncı olur (yetkin ana südü göyümtül rəngdədir). İlkin süd yetkin ana südü ilə müqayisədə daha qatı olur və onun tərkibindəki qida və digər faydalı maddələrinin miqdarı daha çox olur.

Ardı →