Dietik içki

Arıqlamaq üçün olduqca faydalı olan smoothie-ləri müxtəlif ərzaqlardan, müxtəlif dadlarda hazırlaya bilərsiniz. Xüsusilə meyvəli olanlar çox ləzzətlidir. Bu da zövq alaraq arıqlamağınıza kömək edəcək.

Keçək ərzaqlara:
— 1 stəkan portağal şirəsi,
— 4 ədəd təzə nanə yarpağı,
— İki dilim ananas,
— Bir çay qaşığı toz halına gətirilmiş zəncəfil,
— 3 qaşıq yağsız qatıq,
— Bir stəkan badam südü,
— İki dilim zəncəfil.
Davamı →

Ananas şirəsinin faydaları

Ananas şirəsi o zaman faydalı olar ki, təbii halda suyunu özünüz çıxartmış olasınız. Ananas şirəsinin faydaları çoxdur, onlarla tanış olaq:

1. Anti-oksidantdır
Ananas şirəsində anti-oksidantlar vardır ki, bədəninizi təhlükəli xəstəliklərdən qoruyar. Bu təhlükəli xəstəliklərin virusları toplara bənzəyir ki, insan bədəninə davamlı olaraq hücum etməkdədir. Sizin xarici hüceyrələrinizə hücum edərək, onları məhv etməyə çalışarlar. Ancaq ananas şirəsi qəbul edən zaman bədən anti-oksidantla zənginləşər və bu cür virusların və bakteriyaların qarşısını alar.

2. Vitaminlə zəngindir
Ananas şirəsinin tərkibində çox sayda vitamin mövcuddur. Bu şirənin tərkibində ən çox C vitamini vardır ki, immun sistemini gücləndirər və bədəni xərçəng riskindən qoruyar. Bundan başqa, ananas şirəsində B1 vitamini vardır. Bu vitamin şəkəri enerjiyə çevirər və ona görə də bu şirə bizə gün ərzində enerji verər. Ananas şirəsində maqnezium, kalsium vardır.
Davamı →