Genlərimiz bizə nələri ötürür?
Bu məqalədə genlərin hansı xüsusiyyətlərə müəyyən mənada təsir etməsi barədə danışacağıq. Hərçənd bu təsir ehtimal ki, biz düşünməyə öyrəşdiyimiz qədər güclü deyil.
İİV (HIV) infeksiyasına dözümlülük
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
İstinad-hərəkət aparatına skeleti təşkil edən sümüklər, onların birləşmələri və əzələlər aiddir. Skelet istinad-hərəkət aparatının passiv, əzələlər isə aktiv hissəsini təşkil edir. Skelet 200-dən artıq sümükdən ibarət olub, orqanizmdə istinad funksiyasını daşımaqla bərabər, qanın mineral tərkibinin sabit saxlanılmasına zəmin yaradır, eyni zamanda sümük iliyini, mərkəzi sinir sistemini, ürəyi və bəzi digər orqanları mühafizə edir. Funksiyası ilə əlaqədar olaraq, sümüklər müxtəlif formalarda olur. Formasına görə sümüklər 4 qrupa bölünür:
Toxumalar orqanların quruluş əsasıdır. Toxumalardan bəhs edən elm histologiya adlanır. Mürəkkəb orqanizmlərdə hüceyrə və qeyri-hüceyrəvi strukturlar toxuma adlanan xüsusi sistemlərin tərkibinə daxildir.
Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr qrupuna toxuma deyilir. Toxumalar bütün orqanların quruluş əsasını təşkil edir. Toxumalar orqanizmdə müəyyən funksiyanın icrası üçün ixtisaslaşmışdır.
Morfoloji, fizioloji xüsusiyyətlərinə görə toxumalar aşağıdakı qruplara bölünür: 1) epitel toxuması; 2) birləşdirici toxuma; 3) əzələ toxuması; 4) sinir toxuması.
İnsanın biologiyası iki bölməyə ayrılır: morfologiya və fiziologiya.
Morfologiya orqanizmin formasından, daxili quruluşundan — strukturasından bəhs edən elmə deyilir. Fiziologiya üzvlərin vəzifələrindən bəhs edən elmdir. Forma və vəzifə bir-birilə sıx rabitədədir, bir-birini tamamlayır. Forma vəzifəyə təsir etdiyi kimi vəzifə də formaya təsir edir ki, onlar daim bir-biri ilə qarşılıqlı əlaqədə olur.
Anatomiya morfoloji elmdir və tədqiqetmə metoduna görə iki şöbəyə ayrılmışdır: makroskopik və mikroskopik anatomiya. Makroskopik anatomiya orqanizmi cihazsız, göz ilə yaxud bəzən az dərəcədə böyüdücü optik alətlərlə öyrənir. Mikroskopik anatomiya mikroskop vasitəsi ilə orqanizmin incə quruluşunu tədqiq edir. Bu elm öz növbəsində bir neçə şöbəyə ayrılır: 1) sitologiya — hüceyrələrdən, 2) histologiya — toxumalardan, 3) orqanologiya — üzvlərin mikroskopik quruluşundan bəhs edən elm.
Insanın anatomiyası insan orqanizminin zahiri şəklindən, daxili quruluşundan, inkişaf və mənşəyindən bəhs edən elmdir. «Anatomiya» sözü yunanca «anatemno» — yarıram, şərh edirəm sözündən alınmışdır. Yarma üsulu orqanizmin quruluşunu öyrənmək məqsədi ilə istifadə edilən əsas üsullardan biridir. Beləliklə, anatomiya elmi tədqiq metodlarından birinin adını daşıyır.
Anatomiya elminin inkişaf tarixi çox qədim zamanlardan başlayır. Hələ tarixdən əvvəl, yazı olmayan dövrlərdə ehtimal ki, insanın quruluşu haqqında səthi məlumata rast gəlinir. Bizim eradan bir neçə min il qabaq çinlilərdə və hindlilərdə heyvan orqanizminin quruluşu haqqında bəzi məlumat olmuşdur. Hindlilərin kitablarında insanın bədənində 7 qişa, 90 vətər, 900 bağ, 300 sümük, 3 maye olması haqda məlumata təsadüf edilir.