Motosikletli eşşək

Bərdə ətrafında məskunlaşmış köçkünlərdən bəzi ailələrin uşaqları Yuxarı Qarabağ kanalından balıq tutub satıb azuqə eləyirdilər.
Bir dəfə bir neçə uşaq Qarabağ kanalından balıq tutmaq istəyirmişlər. Sözləşiblər ki, tilovla tutmaqdan bir şey çıxmaz, tor qursunlar ki, əməlli-başlı qənimət olsun.
-Nə tor?!, — uşaqlardan biri etiraz eləyir, — ayrı şey fikirləşmək lazımdı. Toru gözləmək lazımdı. Gəlib iş üstündə tütarlar, qanımız gedər.
— Ayə, mən yaxşı bir üsul bilirəm, — o biri uşaq deyir, — suya tok (cərəyan) buraxırsan, balıqlar keyləşib qarnıüstə qalırlar – yığ ki yığasan!
Təklifi hamı bəyənir...

Bəs toku nəylə buraxsınlar? Generatorla. Generatoru hardan alsınlar? Bir saatlıq kirəyə götürsünlər. Bəs kanala nəylə aparsınlar? Əllərində ağır olar, taksi tutmaq da xatalıdı — polis duyuq düşər. Evrika!!! Generatoru qoyaq eşşəyin belinə, aparaq! Əla fikirdi! Özü də qara eşşəklə ki, gecə qara, cücə qara, — görən olmasın…
Ardı →

Ən ağlamalı hadisə

Bu hadisə Türkiyənin bir mahalında 1996 cı ildə bir qızın başına gəlmişdir. Bir gün qız universitetdən çıxıb avtobus dayanacağında avtobusunu gözləyirmiş. Bərk yağış yağırdı. Qızın qarşısında bir maşın dayandı. Çox səliqəli geyimdə gözəl bir oğlan maşından düşüb qıza yaxınlaşdı:

-Xanım qız… Bərk yağış yağır. Gəlin oturun maşına sizi evinizə qədər aparım… Məndə tələbə olmuşam, yağışın altında o qədər avtobus gözləmişəm ki…
Qız bir az düşündükdın sonra oğlanın səmimi sözlərinə inanıb maşına oturur… Yolda ordan-burdan söhbət edirlər… Bir birilərindən xoşları gəlir… Hətta telefon nömrələrini belə bir birinə verirlər. Qızı evə düşürdən oğlan sağollaşıb gedir… Qızın oğlandan o qədər xoşu gəlmişdi ki hər dəqiqə onun zəngini gözləməyə başlayır. Hər zəngdə ümüdlə telefon nömrəsinə baxır… Lakin hər dəfə də məyus olur…
Davamı →