Uşaqlarda antibiotik istifadəsində bilməli olduqlarınız

Antibiotik hansı hallarda istifadə olunmalıdır?
İnfeksion xəstəliklər ümumiyyətlə ya bakteriya ya da viruslar səbəbindən yaranır. Qrip, soyuqdəymə, suçiçəyi, qulaq dibi kimi xəstəliklər virusların səbəb olduğu xəstəliklərdir. Bu cür xəstəliklərdə antibiotik istifadəsi lazımsızdır. Çünki bu zaman immun sistemi viruslarla mübarizə aparır və sizin yalnız müalicəyə dəstək olaraq bol su içmək, istirahət etmək, lazım olarsa, istilik salıcı və ağrıkəsici dərmanlar qəbul etmək kimi üsullardan istifadə etməyiniz kifayətdir. Uşaqlarda 6 ay- 2 yaş arasında ildə təxminən 5-8 dəfə rast gəlinən yuxarı tənəffüs yolu infeksiyası 80-90% virus mənşəlidir və buna görə də antibiotik istifadəsinə ehtiyac yoxdur. Ancaq bakterial xəstəliklər zamanı antibiotik istifadəsi lazım olur. Orta qulaq infeksiyası, boğazda bakteriyaların səbəb olduğu infeksiyalar, ağciyər iltihabı və idrar yolu infeksiyası kimi hallarda antibiotik istifadə olunmalıdır. Uşaqlarda olan xəstəliyin səbəbinin bakteriyalar olduğu müəyyənləşdikdən sonra mütləq həkim məsləhəti ilə antibiotik qəbuluna başlanılmalıdır.

Davamı →

Uşaqlarda antibiotik istifadəsi necə olmalıdır ?

Antibiotik müalicəsinin viral infeksiyalardan çox bakterial xəstəliklərdə tətbiq edilməsi tövsiyə olunur. Ehtiyac olmadığı halda antibiotik qəbulu uşaq orqanizmi üçün zərərli hesab olunur. Hansı hallarda uşağa antibiotiklərlə müalicə təyin olunmalıdır? Uşağa hansı antibiotiklər təyin oluna bilər? Bu məqalədə bilməli olduğunuz məsələlərdən danışacağıq.

Davamı →

Antibiotiklərin zərərləri və istifadə qaydaları

Antibiotiklər yalnız infeksion xəstəliklərin törədicisi olan bakteriyalara qarşı effektiv hesab olunur! Məhz buna görə antibiotikləri KRVİ, qrip, qızılca, məxmərək, epidemik parotit, A, B, C hepatitləri və s. xəstəliklər zamanı tətbiq etmək mənasız, xeyirsiz və hətta zərərlidir.
Antibiotiklər — mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir.

Davamı →

Antibiotiklər haqqında faydalı məlumatlar

Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti — “qarşı”, bios isə “həyat” deməkdir.

Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır.

Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün – bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər! Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan “penisillinaza” adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur.


Ardı →