İnsanın mənşəyi
İnsanın mənşəyi Darvin 1871-ci ildə nəşr olunan "İnsanın əmələ gəlməsi" (Descent of man) adlı kitabında insan və meymunların ortaq əcdaddan törədiyini irəli sürdü. O vaxtdan bəri Darvinin davamçıları bu iddianı dəstəkləməyə çalışmışlar. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, başda fosillər (daşlaşmış canlı qalıqları) olmaqla «insanın təkamülü» iddiası heç bir konkret elmi kəşf ilə dəstəklənməmişdir. Cəmiyyətdəki insanlar demək olar ki, bu həqiqətdən xəbərsizdir və təkamül nəzəriyyəsinin bir çox elmi faktlarla sübut olunmuş həqiqət olduğunu zənn edir. Səbəb isə bu mövzunun mediada daim müxtəlif yollarla gündəmdə tutulması və sübut olunmuş həqiqət kimi təqdim edilməsidir. Əslində isə «insanın təkamülü» ssenarisinin elmi əsası olmadığını təkamülçülər də bilir. Harvard Universitetinin paleoantropoloqlarından Deyvid Pilbim belə deyir: |
Ardı →