Televiziya aparıcısı

XX əsrin möcüzəsi sayılan televiziya XXI-ci əsrə möhtəşəm inkişaf sürətilə qədəm qoydu. Etiraf edək ki,biz bu gün qlobal internet sisteminin kommunikasiya qüdrətindən nə qədər danışsaq da, hələlik televiziya öz təsir gücünü göstərməkdə davam edir.
Qəzet jurnalistindən fərqli olaraq telejurnalistin materialı kollektiv əməyin məhsuludur. Bu məhsulun meydana gəlməsində jurnalistin, rejissorun, operatorun və bir çox digər əməkdaşın birgə səyi var.Bu sırada teleaparıcının rolunu xüsusi qeyd etmək lazımdır.
Televiziyanın sürətli inkişaf prosesində diktor peşəsindən aparıcılığa keçid xeyli dərəcədə ləng baş verib.Xüsusilə kommunist ideoloji maşını rolunu oynayan və dəmir senzura şəraitində fəaliyyət göstərən sovet televiziyasında hakimiyyət birmənalı olaraq jurnalist mətninə heç bir əlavə etmək ixtiyarı olmayan diktor institutuna etibar edib. Qərb teleməkanında çoxdan formalaşmış teleaparıcı peşəsi postsovet televiziya məkanına yalnız sovetlərin studiyasından sonra ayaq açıb. Deməli, aparıcı demokratik dövrün doğurduğu faktdır.
Davamı →

Səfeh aparıcılar və jurnalistlər

Azərbaycan dilini ən yaxşı Xəzər TV-nin aparıcıları və redaktorları bilir. Onların verilişlərində səhv tapmaq qeyri-mümkündür. Şopen əvəzinə Şapen deyib öz intellektlərini göstərən AzTv müxbirlərindən fərqli olaraq fərqli olaraq bu kanalın işçiləri qətiyyən səhv etmir.Onlar bilir ki, pensiya kartı və penisiya kartı eyni şeydir:
pensiya kartı yoxsa penisiya kartı


Ardı →

Aparıcının nitqi

Ara-sıra sizin də gördüyünüz kimi “Jurnalistikanın on qızıl qaydası” kitabından maraqlı saydığım yazılardan yerləşdirirdim. Bu dəfə isə isəyirəm Erik Fichteliusun sözlərindən, fikirlərindən yox, efirdə danışan aparıcılar haqqında öz fikrimi bildirmək istədim.

Bəzən aparıcılar efirə çıxdıqlarında mikrofon və ya kamera qarşısında danışdıqları zaman çox səhvlərə yol verirlər. Belə çıxır ki, özlərinə sadiq ola bilmirlər, halbuki olmalıdır. Fikir vermişəm ki, aparıcılar bəzən çox tez-tez kağıza baxır, elə olur ki, sən onun gözlərini düz-əməlli görə də bilmirəsən. Bu zaman düşünürsən ki, daha burda efirlik nə xəbər oldu ki? Axı dinləyici, yaxud tamaşaçı mətni kağızdan oxumaq yox, onun la danışmağa səy göstərmək lazımdır.


Ardı →