Şiddət obyekti olmayaq!

İnsan yaradılanların ən alisidir deyirlər.Çünki insan iradəyə, mənəviyyata malikdir və düşünə bilir.Bəzən də insan düşünməyi unudur. Yaradılanların ən alisi olan insanı, Yaradanın ucaltmasına baxmayar, insan özünü ən adi səviyyəyə endirə bilir. Mən düşünürəm ki, insanın düşməni hər zaman insan olur. Çünki insanın insana və onun ruhuna verə biləcəyi qədər təsirli və qərəzli zərəri heç bir qüvvə verə bilmir. Müasir çağımızda dünyada xüsusi ilə bizim cəmiyyətimizdə bunu daha aydın və kütləvi şəkildə müşahidə edə bilirik. Bunu hal-hazırda televizya kanallarımızda yayınlanan xəbər və porqramlar da təsdiq edir. Hansı kanalı izləsəniz ,günün müxtəlif zaman dilimlərində ailə için problemlərdən ,ailə daxili fiziki eyni zamanda psixoloji şiddətədən bəhs edilir və bu hala məruz qalan insanların nə qədər zərər çəkdikləri görünür.
Davamı →

Qısqanclıq nədir və nə dərəcədə olmalıdır?

Qısqanclıq nə dərəcədə normaldır?
Doğuşdandır, yoxsa sonradan inkişaf edir? Zorakılıqla, hətta qətllə nəticələnə bilən qısqanclığın qarşısını necəsə almaq olarmı? Qarşı cinslə münasibətdə “sıfır” qısqanclıq mümkündürmü?

Qısqanclıq cütlüklər arasında ən çox müzakirə olunan və mübahisə yaradan problemlərdən biridir. Sevdiyiniz insanın sizə olan qısqanclığı sizi narahat edirsə, öncəliklə standart normal qısqanclıq necə və nə dərəcədə olur onu anlamaq lazımdır. 
Davamı →

Bullinq nədir?

UNICEF-ə görə bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.

Kiber — Statistika müasir dövrümüzdə bu növ zorakılığın daha çox artdığını göstərir. Sosial şəbəkələr və mesajlar vasitəsilə insanları alçaltmaq, qorxutmaq, hesablarının sındırılması kiber zorakılığa aid edilir.
Davamı →

AQRESSİVLİK BİZƏ XEYİR VERİRMİ?

                        
                 
Bir çoxlarımız, aqressiv və emossionalıq və ən xırda bir dolaşıqlıq olduğu zaman ya da xoşagəlməz bir vəziyyətlə qarşılaşdığımız vaxt dərhal özümüzdən çıxıb dağıdıcı bir mövqe sərgiləyirik. Tutaq ki kimsə bizə qarşı yanlış bir hərəkətə yol verdiyi zaman, əksər hallarda bizim bu duruma reaksiyamız, eyni cür ya da hətta daha qatı olur. Məsələn deyək ki facebook-da kimsə bizi öz statusunda yersiz olaraq tənqid edib və filan hərəkəti etməkdə suçlayıb, hansı ki biz o hərəkəti əslində etməmişik. Ya da lap elə bizi təhqir edibdir. İndi biz çox vaxt həmin anda, təhqir olunma hissinin təsiri ilə əsəbləşib dərhal ona ağır cavab vermək fikrinə düşürük. Çünki onun etdiyi hərəkəti, onun özü üçün üstünlük, özümüz üçün isə itki hesab edirik. Yəni düşünürük ki o bizi təhqir etməklə bizdən bir addım önə keçib ya da belə desək, bizə «qol vurub». Amma əslində isə heç də hər zaman belə deyildir. Yəni kiminsə bizi təhqir etməsi, heç də hələ onun bizə üstünlük sağlaması, bizə zərər vurması anlamına gəlmir. İzah edək.
Fərz edək ki biz, ciddi imicə sahib bir insanıq, bizi təhqir edən isə qeyri-ciddi bir insandır. O, məsələn bizi facebook-da yazdığı statusda hansısa bir heyvana bənzədib. İndi bu statusu oxuyanlar içində bizi tanıyanlar, zatən bizi ciddi bir şəxs kimi tanıyırlar, tanımayanlar da bizi maraq edəcəklər və kim olduğumuzla maraqlanacaqlar, beləliklə də ya profilimizlə ya da internetdə haqqımzdakı başqa məlumatlarla maraqlanıb bizim ciddi bir insan olduğumuzu görəcəklər.
Beləliklə bu olayın son nəticəsi nə olacaq? Yəni bizim təhqir olunmağımızla başlayan və bizim barədə daha çox maraqlanılmaqla bitən bu prosesin sonucu nə olacaq?
Təbii ki biz əvvəlkindən daha çox tanınacağıq və müsbət imicimiz daha da artacaqdır. Əvəzində isə bizi təhqir edən şəxs barəsindəki mənfi fikirlər daha da güclənəcək və onun qeyri-ciddi imici möhkəmlənəcəkdir. Dediyi sözün, həqiqətdən uzaq olma dərəcəsinə uyğun olaraq bu hadisənin ona verdiyi zərər və nüfuz itkisi də çox olacaqdır.
Bir sözlə, ilk baxışda bizə, itki ya da mənfi hadisə kimi görünən bir olayın səbəb olduğu nəticələr, əslində bizim xeyrimizə olacaqdır.
Amma indi biz əgər əsəbimizi boğmasaydıq, soyuqbaşla düşünmədən dərhal adekvat reaksiya versəydik, yəni biz də onu öz üslubunda və hətta daha ağır şəkildə təhqir etsəydik onda nə olacaqdı? Təbii ki bizim ciddi imicimizə xələl gəlmiş olacaqdı və onun dedikləri, nəticədə daha inandırıcı görünəcəkdi!...Yəni o, bizi qeyri-ciddi göstərməyə çalışarkən biz də qeyri-ciddi davranıb, onun dediklərinə əslində dəstək vermiş olacaqdıq! Üstəlik də həm psixoloji olaraq həm də bioloji olaraq nə qədər geri getmiş olacaqdıq(hüceyrə itkisi və s); belə ki, hər əsəbləşəndə insan həm fiziki olaraq qocalır həm də ruhi olaraq...
Odur ki necə deyərlər, hər şərdə, bir xeyir vardır. Həyatda bizə ilk baxışda mənfi və ziyanlı görünən nə qədər belə vəziyyət və məqamlar var ki, emosiya və əsəb, bizim gözümüzə və düşüncəmizə pərdə çəkib, real nəticələri görməmizi əngəlləyir…
Gərək, hisslərin bizi yönləndirməsinə imkan verməyək, hisslərə güvənməyək, onlar bizi aldadıb ziyana uğrada bilər, hisslər heç də hər zaman dostumuz deyil! Bütün hisslərimiz, ilk əvvəl ağlın kontrolundan keçməlidir. Adicə məsələn şəkər xəstəsi bir insanın hissləri, ona filan yeməyi təşviq edə bilər amma o, hisslərə deyil ağla güvənməlidir yoxsa vəziyyəti daha da ağırlaşa bilər. Ya da məsələn çox yatmaq, hisslərimizə xoş gələ bilər amma bu, ziyanlıdır və insanı süstləşdirən amildir. Və ya bir oğlanın şirin dilinə ya da xarici görünüşünün təsirinə qapılıb onun mənfi bir niyyətdə olmasına əsla ehtimal verməyən bir qız, son nəticədə ziyana uğraya və depressiyaya düşə bilər...

Bir sözlə: dostumuz, hisslər deyil, ağıl və düşüncə olmalıdır!...
Psixoloq Yunis Dürüst



Davamı →