Aqrofobiya

Aqrofobiya bir çox insanlarda rast gəlinən bir fobiyadır. Bu ən çox özünü hündür yerə və yüksəkliyə çıxan zamanlarda biruzə verir. Bu zaman aqrofobiyası olan adamın ürək döyüntülərinin sayı artır, təngnəfəslik, həyəcan meydana çıxır və panika əlamətləri baş verir. Aqrofobiyası olan adamlarda sadalanan əlamətlər insanı adi vaxtlarda narahar etmir.

Əksər hallarda hündürlük qorxusu olan adamlar qapalı məkanlarda qaldıqları zamanda da bu əlamətlər meydana çıxır. Belə adamlar bankda, metroda, qapısı örtülü evdə qaldıqda belə onlarda aqrofobiya əlamətləri meydana çıxa bilir.

Bəzən belə adamlar hətta teatrda sıranın orta hissəsində, avtobusda, təyyarədə rahat otura bilmir, bəzən isə ağır hallarda yataq otağının belə qapısını örtülü saxlaya bilmir.
Davamı →

Panik atak və aqrofobiya nədir?

Ani başlayan və hərdənbir təkrarlanan, sıx çətinlik və ya qorxulardır. Bəziləri bunu 'kriz" deyə də adlandırırlar. Panik atak, ani başlayır, get gedə şiddətlənir və şiddəti 10 dəqiqə içində, ən pik səviyyəyə çıxır, və hətta çox vaxt 10-30 dəqiqə, nadir hallarda 1 saata qədər davam etdikdən sonra özbaşına keçir.

Panik atakın əlamətləri:

 •Sinə ağrısı ya da sinədə sıxılma;   
•  Ürəyin qüvvətli vurması;
• Tərləmə;
• Nəfəs darlığı ya da boğular kimi olma;
• Nəfəsin kəsilməsi;
• Baş gicəllənməsi, çaşqınlıq hissi, huşunu itirəcək kimi olma;
• Üşümə, ürpmə ya da isti basması ;
•  bulanma ya da qarın ağrısı;
• Ürək titrəmə ya da sarsılma;
• Özünü ya da ətrafındakıları dəyişmiş, qəribə və fərqli hiss etmə;


Ardı →