Vələmum və ya arı mumumun inanılmaz möcüzəsi

Arı mumu – propolis orqanizmin özünümüdafiə, özünü sağaltma funksiyalarını işə salır, maddələr mübadiləsini yaxşılaşdırır, toxumaların bərpasını, yaraların sağalmasını tezləşdirir, qandan xolesterini qovur.
Medicina.az xəbər verir ki, onun ən unikal xüsusiyyəti isə xərçəng hüceyrələrinə qarşı mübarizəsidir. Vələmum şiş hüceyrələrini azaldır, məhv edir. Müntəzəm olaraq müvafiq qaydalarla vələmum qəbul etsəz siz orqanizminizi virus və bakteriyalardan qorumuş olacaqsız.
Vələmum hansı formada olur:
Arı məhsulları satanlarda elə təbii formasında – yumru kürə formasında, ya da qırıntı formasında. Dadı acı, yandırıcıdır. Vələmuma başqa nəsə qatılmamalıdır. Əgər çirklidirsə, onu 4-5 dəfə qaynatmaqla təmizləyirlər.
Həmçinin apteklərdə vələmum cövhəri və spirtdə cövhəri satlır.
Eləcə də tablet formasında preparatlar olur.
Davamı →

Arı südü ilə müalicə

Bəzi alimlər arı südünü bütün xəstəliklərin əlacı kimi görür, bəziləri isə bu maddənin hələ çox araşdırılmasının vacibliyini bildirirlər.

Bəs görəsən, arıçılığın bu məhsuluna olan maraq haradan qaynaqlanır? Ana arı işçi arılardan yalnız öz böyük bədən ölçüsünə görə deyil, həm də gün ərzində 2500-300 ədəd yumurta qoymaq qabiliyyəti ilə seçilir.
Davamı →

Arı çörəyi (Güləm)


Allah biz insanlara verdiyi nemətlərdən biridə arı məhsullarıdır, arı məhsulları deyəndə bal, arı südü, çiçək tozu, mum və propolis daha çox xatırlanılır amma arı çörəyi olan bu əvəzsiz nemətdə demək olar bunların hamısı var.

Zəngin tərkibi olduğu qədər də 1001 dərdin dərmanı kimi bizlər bu neməti tanımalıyıq. Arı çörəyi (Güləm) yeni süfrədən çıxmış arı balalarının 5 günlük yeməyidir, olduqca az tapıldığından qiyməti də başqa məhsullara baxdıqda bahalıdır amma baha olduğu qədər də faydaları vardır.
Davamı →

Propolisin (arı yapışqanı) nadir xüsusiyyətləri

Bütün digər arı məhsulları kimi, bu maddə də çox nadir xüsusiyyətlərinə malikdir.
Propolisi istehsal etmək üçün arılar ağacların tumurcuqlarından damcılarla şirə yığır və bu şirəni öz fermentləri ilə zənginləşdirirlər.
Arı pətəyində bu maddə çox vacib funksiyaları yerinə yetirir. Məhz propolisə görə arı pətəyində olan mühit tam sterildir — orada mikroorqanizmlər (bakteriyalar, viruslar, göbələklər, birhüceyrəlilər və s.), praktik olaraq, yoxdur. Bu alimlərin çoxsaylı tədqiqatları zamanı dəqiq sübut olunub. Arılar propolislə pətəyin çatlarını və şanıları qapayır  ki, ora xarici mühitdən zərərli mikroorqanizmlər düşməsin.
Propolis insan orqanizminin bir çox orqan və sistemlərinə müsbət təsir edir. Propolis çox yüksək bakterisid (bakteriyaları öldürən) və iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Propolis bir çox ziyanlı bakteriyaları və virusları öldürür və ya onların çoxalmasını dayandırır. Bu virus və bakteriyaların arasında — kokklar (streptokokklar, stafilokokklar və s.), qrip və herpes virusları, vərəm çöpü, kandida göbələyi və s.
Davamı →

Arı məhsulları ilə müalicə

Bilməyib danışmaq,bilirkən susmaq qədər pis əməl hesab edilir.Buna görə də mən öz bildiklərimi sizinlə bölüşməyi özümə borc bildim.
Arı məhsullarının müalicəvi əhəmiyyətinin böyük olduğunu artıq hamı bilir,lakin,hansı xəstəliyə görə nəyin necə qəbul etmək lazım olduğunu çox az adam bilir.Biz həkimə gedərkən sağlamlığımızı kimə gəldi etibar etmirik,mütəxəssis axtarırıq,alınan dərmanların da keyfiyyətinə əmin olmaq istəyirik.Hər şeydən öncə isə dəqiq diaqnoz lazımdır.Bütün bunları deməkdə məqsədim,belə bir insanı tanımağımdır.
Ardı →