Arı zəhəri döş xərçənginə faydaları

Avstraliya alimləri bildirib ki, bal arılarından alınan zəhərin laboratoriya şəraitində aqressiv döş xərçəngi hüceyrələrini məhv etdiyi aşkar edilib.
Zəhər — və tərkibindəki melittin adlı bir qarışıq — müalicəsi çətin olan iki xərçəng növü olan "üçqat mənfi və HER2 ilə zənginləşdirilmiş" növə qarşı istifadə edilib.
Kəşf «həyəcanverici» kimi xarakterizə edilsə də, alimlər əlavə sınaqların tələb olunduğunu söyləyirlər.
Döş xərçəngi xərçəngin dünyadakı qadınlara ən çox təsir edən növüdür.

Davamı →

Arı zəhərinin sehri

Alimlər tərəfindən arı zəhərinin kosmetik özəlliyi müəyyənləşdirilib. Cənubi Koreya Kənd Təsərrüfatı elmləri üzrə Milli Akademiyasının doktoru San Mi Xan arı zəhərində dərinin elastikləşldirmək funksiyasının olduğunu aşkar edib. Alim araşdırma nəticəsində arı zəhərinin kollagen maddəsinin aktivləşdirdiyini, kollagenin isə eyni zamanda dərini elastikləşdirdiyini müəyyənləşdirib.

Alimlər artıq arı zəhərindən hazırlanmış kosmetik vasitələrin botoksu bazardan sıxışdırıb çıxaracağını bildirirlər. San Mi Xan eyni zamanda arı zəhəri terapiyasının dəri hüceyrələrindəki keratinosit maddəsinin miqdarını artırmaq funksiyasının olduğunu iddia edir.

Alim araşdırma nəticəsində bu maddənin hüceyrələrdə konsentrasiyasının artması zamanı dəridə xüsusi ətraf mühitin təsirlərinə qarşı qoruyucu təbəqənin yaranmasına səbəb oldğunu aşkar edib.
Davamı →