Arı südü ilə müalicə

Bəzi alimlər arı südünü bütün xəstəliklərin əlacı kimi görür, bəziləri isə bu maddənin hələ çox araşdırılmasının vacibliyini bildirirlər.

Bəs görəsən, arıçılığın bu məhsuluna olan maraq haradan qaynaqlanır? Ana arı işçi arılardan yalnız öz böyük bədən ölçüsünə görə deyil, həm də gün ərzində 2500-300 ədəd yumurta qoymaq qabiliyyəti ilə seçilir.
Davamı →

Arı çörəyi (Güləm)


Allah biz insanlara verdiyi nemətlərdən biridə arı məhsullarıdır, arı məhsulları deyəndə bal, arı südü, çiçək tozu, mum və propolis daha çox xatırlanılır amma arı çörəyi olan bu əvəzsiz nemətdə demək olar bunların hamısı var.

Zəngin tərkibi olduğu qədər də 1001 dərdin dərmanı kimi bizlər bu neməti tanımalıyıq. Arı çörəyi (Güləm) yeni süfrədən çıxmış arı balalarının 5 günlük yeməyidir, olduqca az tapıldığından qiyməti də başqa məhsullara baxdıqda bahalıdır amma baha olduğu qədər də faydaları vardır.
Davamı →

Ölü arılardan sağlamlıq cövhəri

Arı məhsullarının şəfaverici gücü hamıya məlumdur. Bal, arı mumu, propolis, arı südü kimi məhsullar bizi bir çox xəstəliklərdən qoruyur, sağlamlığımızı möhkəmləndirir. Maraqlıdır ki, hətta öldükdən sonra bu möcüzəli kiçik zəhmətkeşlər insana şəfa gətirməyə davam edir.

Yazda arı pətəkləri qış vaxtı ölən arılardan təmizlənir. Xalq təbabətində bu ölü arılardan müxtəlif xəstəlikləri və pozulmaları müalicə edən çox faydalı dəmləmələr, məlhəmlər və cövhərlər hazırlanır. Ölü arılardan hazırlanmış dəmləmələr damarların elastikliyini artırır, damarları təmizləyir, xolesterolun səviyyəsini və arterial təzyiqi aşağı salır. Bu vasitələr qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, varikozun inkişafından qoruyur.
Davamı →

İnsanlara şəfa verən beş heyvan

Bioloqlar müəyyən ediblər ki, bəzi heyvanlar həqiqətən də insanları müalicə etməyə qadirdir. Şəfa verən beş heyvan sırasına at, pişik, it, ilan və arı daxildir. Tədqiqatçılar heyvanat aləminin bu nümayəndələrinin hansı sahədə daha bacarıqlı olduğunu aydınlaşdıra biliblər.

Məsələn, atlar dayaq-hərəkət aparatı xəstəliklərini müalicə edir, travma və yaralanmadan sonra bərpa prosesinə yardımçı olur. Atlar alkoqol və narkotik asılılığına qarşı mübarizə aparanlar üçün də ideal seçimdir.
Davamı →

Arılar haqqında bilmədiyimiz 15 maraqlı fakt

 arı
  1. Dünyada 16,000-dən çox arı növü mövcuddur. Bunların çoxu sürü halında yaşamayan arılardır. Yalnız yüzdə beş arı növü qrup halıda yaşayır. Ən geniş yayılmış arı növü bal arısıdır.
  2. 80,000 qədər arı bir qovanda koloniya halında yaşaya bilir.
  3. Erkək bal arıları yalnız kraliça arı ilə cütləşmək üçün yaşayır. Əgər qovanda yemək çatışmamazlığı varsa işçi arılar tərəfindən qovandan qovulurlar. Xortumları çiçəkdən nektar toplamaq üçün kifayyət qədər uzun olmayan bu arılar qidalana bilmədikləri üçün tələf olurlar.
  4. Erkək bal arıları çoxalma zamanı gövdələrinin alt hissəsi zədələndiyi üçün ölərlər.
  5. Kraliça bal arısı bir deyil bir neçə erkək bal arısı ilə çütləşər. Bir çox fərqli arıdan 70 milyon sperma yığana qədər bu proses davam edər.

Ardı →

ARILARIN ELM ADAMLARINA QƏLƏBƏSİ

ARILARIN ELM ADAMLARINA QƏLƏBƏSİ

Arılar pətəklərini ikitərəfli tikirlər. Altıbucaqlı prizma formasındakı pətək yuvaları dibdə digər tərəfin yuvaları ilə birləşir. Arıların inşa etdiyi pətəklər hər cəhətdən qüsursuz dizayna malikdir. Ancaq pətək yuvalarının birləşmə hissələrində başqa bir dizayn möcüzəsi var.

Arı pətəyinin quruluşunu tədqiq edən elm adamları ağlasığmaz riyazi hesablamalara heyran qalırlar. Çünki bu həddindən artıq mürəkkəb riyazi əməliyyatlar tələb edən bir dizayndır. Koniqin apardığı hesablamaya əsasən ən qüsursuz pətək üçün dibdəki bucaqlar 109 dərəcə 26 dəqiqə və 70 dərəcə 34 dəqiqəlik olmalıdır.

Bəs arılar pətəklərini hansı bucaq altında hörürlər? 
Ardı →