Bel çevrəsi üçün hərəkətlər

Alınan kilolar ya heç verilmir, ya da uzun məşqlərdən sonra nəticə verir. Xüsusilə bel bölgəsi ən çox şikayət edilən yağlanma bölgəsidir. Məşq və pəhriz, bu yağlardan xilas olmaq üçün müraciət edilən bir yoldur.

Bel və ətrafında yığılan yağları əritmək üçün hansı hərəkətlər edilməlidir?
Yerə üzü yuxarı uzanın. Əllərinizi 45 dərəcə bucaq altında qulaqlarınızın yanından irəliyə doğru uzadın. Düz uzatdığınız ayaqlarınızı yüngülcə əyin. Çiyinlərinizi başınıza doğru qaldırın. Hərəkəti dalba-dal təkrar edin. Stulda dik oturun və kürəyinizi stulun söykənmə yerinə tamamilə söykədin. Dizlərinizi növbə ilə çənənizə doğru qaldırıb, endirin. Dik oturma mövqeyini hərəkətə davam etdiyiniz müddət boyunca pozmayın. Bu hərəkətə yorulana qədər davam edin.
Davamı →

Sürətli arıqlamağın zərərləri

Səhər-səhər kibrit qutusu ölçüsündə pendir, kilometrlərlə qaçış, günorta yağsız salat, saatlarla idman, axşam heç bir şey yemədən yenidən qaçış…

Bu cür proqram çox qısa zamanda sizi arıqlada bilər. Bəs sonra? Nəzərə alın ki, arıqlayan zaman ruh və bədən sağlamlığına diqqət etmək lazımdır.

Sağlam arıqlamağın sirri maddələr mübadiləsini sürətləndirən balanslı qidalanma və bunu dəstəkləyən idman proqramı olmalıdır. Əks təqdirdə bədən mənfi təsirlərə məruz qalır, hətta sağlamlıq əldən gedir.
Davamı →

Makaron kökəltmir

Arıqlamağa başlayan insanlar adətən makarondan imtina edirlər. Uzun illər ərzində belə hesab olunurdu ki, makaron yeyən insanlar kökəlir.

Tech Times xəbər verir ki, İtaliya alimlərinin son araşdırmaları göstərib ki, makaron kökəlməyə səbəb olmur. Lakin makaronlara əlavə olunan yağlı souslar həqiqədən artıq çəkiyə səbəb ola bilər.

Alimlər 23 min insanın qidalanmasını analiz etdikdən sonra belə qərara gəliblər ki, bərk buğda növlərindən hazırlanan makaronları nəinki kökəlməyə səbəb olmur, əksinə belə makaronları tez-tez yeyən insanların bədən kütləsi indeksi daha aşağı olub.

Alimlərin fikirinə görə, bərk buğda növlərindən hazırlanmış makaronlar insanda tez toxluq hissi yaradır və onları yeyən insan daha gec acır ki, bu da normal çəkinin saxlanılmasına kömək edir.
Davamı →

Yeyərək arıqlayın

Monopəhrizlər (yalnız 1 və 1-2 məhsulla qidalanma) dietoloqlar tərəfindən ziyanlı və effektsiz sayılır.
Hər gün insan lazım olan miqdarlarda zülalları, karbohidratları, yağları, vitamin və mikroelementləri və s. onun həyatı və sağlamlığı üçün vacib olan maddələri almalıdır. Bunabalanslaşdırılmış qidalanmadeyilir. Əgər insanın orqanizmi uzun müddət ərzində hər hansı vacib maddəni almazsa, bu onun sağlamlığına mənfi təsir edəcək.
Digər tərəfdən tez arıqlama insanın orqanizmi üçün ziyanlıdır. Bu zaman orqanizmdə gedən bir çox proseslər pozulur.
Azkalorili pəhrizlər dietologiyada daha məqsədəuyğun və sağlam hesab olunur. Bu pəhrizlər insanı bütün lazım olan maddələrlə təmin edir. İnsan ac qalmır, öz sağlamlığına ziyan vurmur və bununla yanaşı çəki tədricən azalır. Əgər siz bu pəhrizlə yanaşı idmanla məşğul olsanız, arıqlama prosesi daha tez gedəcək.
Davamı →

Oturaq həyat tərzi keçirənlərə məsləhətlər

Müasir dövrün əsas problemlərindən biri də ofis şəraitində, oturaq işdə, kompüter önündə çalışan insanların həyat tərzidir. Zehni fəallıq tələb edən ağır iş günündən sonra insanların çoxu tez evə gedib yatmağı düşünür. Bu isə onların kökəlməsi, bel, boyun sümüyünün passivləşməsinə gətirib çıxarır. Mütəxəssislər bu cür insanların tezliklə həyat tərzlərini dəyişmələrini məsləhət görürlər. Xüsusən də evdə oturaq həyat tərzi keçirən xanımların kökəlmək riski daha çoxdur.
Davamı →

Payızda necə arıqlamaq olar?

Yay, demək olar ki, arxada qalıb. Yəqin ki, çoxlarınız «payızda arıqlayacam» marafonuna start verməyə hazırlaşır. Bizim məsləhətlərimizə əməl etsəniz, heç bir çətinlik çəkmədən artıq çəkidən azad ola bilərsiniz. 

Pəhriz — gündəlik rasionun məhdudlaşdırılması vacibdir, lakin bunu diqqətlə seçmək lazımdır. Kimsə düşünür ki, boş qablarla arıqlamaq olar. Ancaq unudurlar ki, çəki yerinə qayıdır. Sadəcə zaman lazımdır. Biz balanslı qidalanmağı tövsiyə edirik. Pəhriz sizin əhvalınıza və sağlamlığınıza mənfi təsir göstərməməlidir. 
 
Düzgün seçilmiş səhər yeməyi
Əgər arıqlamaq istəyirsinizsə, düzgün səhər yeməyindən başlamalısınız. Bu isə o deməkdir ki, yuxudan oyanan kimi limon sıxılmış su içməli və ya bir çay qaşığı bal yeyərək duşa getməlisiniz. 

Səhər yeməyi karbohidratlarla zəngin olmalıdır ki, sizi bütün gün boyu enerji ilə təmin etsin. Bu o demək deyil ki, səhər tezdən şokolad və kökə yeməlisiniz. Belə etsəniz, çətin ki, arıqlayasınız. Sıyıqlara üstünlük verin. Yulaf, qarabaşaq və ya qarğıdalı sıyığı məsləhətlidir. 

Daha çox meyvə və tərəvəz
Bir necə aydan sonra sevimli meyvə və tərəvəzlər piştaxtalardan yoxa çıxacaq. Orqanizmi faydalı vitaminlər və mikroelementlərlə təmin etmək lazımdır. Günorta  və axşam yeməklərinizə salat və zeytun yağı əlavə edin. 
Ardı →

Arıqlama xəstəliyin əlaməti ola bilər

Bəzən insanlar istəmədən və bunun üçün heç bir cəhd etmədən (pəhriz, idman və s.) arıqlamağa başlayır.

Bəzən belə arıqlama çox tez gedir, insan sanki "əriyir". Bu çox təhlükəli haldır. Belə kəskin arıqlama bir çox ağır xəstəliklərin əlaməti ola bilər.

— Bədən çəkisinin kəskin azalması onkoloji (xərçəng) xəstəliyin əlaməti ola bilər. Xüsusilə belə kəskin arıqlama mədə-bağırsaq sistemi, mədəaltı vəzi və qaraciyərin onkoloji xəstəlikləri zamanı baş verir. Buna «kaxeksiya» deyilir. Arıqlama xərçəngin ilk görünən simptomu kimi meydana çıxa bilər.

— Vərəm xəstəliyi, virus hepatitlər, QİCS infeksiyası zamanı da bədən çəkisinin azalması xəstəliyin ilk simptomu kimi meydana çıxa bilər.

— Tireotoksikoz arıqlamanın növbəti səbəbi ola bilər. Tireotoksikoz zamanı qalxanvari vəzi artıq miqdarlarda öz hormonlarını ifraz edir ki, bunun nəticəsində insan orqanizmində gedən maddələr mübadiləsi prosesləri kəskin pozulur (sürətlənir). Tireotoksikoz zamanı iştaha normal olur və bəzən hətta artır, bədən çəkisi isə daim azalır. Bundan əlavə tireotoksikoz özünü zəiflik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi, tərləmə, əllərin əsməsi, ürək döyünməsinin tezləşməsi və s. kimi simptomlarla büruzə verir.
Ardı →

Arıqlamaq arzusunda olanlar: iki həftədə 5 kq çəki atmaq

Yay öncəsi artıq çəkilərdən xilas üçün kivi yardımçı olacaq. Rusiya mətbuatına istinadən bildirir ki, bu xeyirli dietik məhsulda kalori azdır, lakin vitaminlər və faydalı mikroelementlər çoxdur.

Kivi ilə pəhriz saxlayaraq, iki həftə ərzində 4-5 kq çəki ata bilərsiniz.

Pəhriz iki mərhələdən ibarətdir. İlk 7 gündə bir prinsip əsasında qidalanmaq, ikinci həftədə isə fərqli seçim lazımdır.

Həmçinin gün ərzində 10 ədəd kivi qəbul edilməsi tövsiyə edilir.

Daha yaxşı nəticələr əldə etmək üçün pəhrizi məşqlərlə də əlaqələndirin.

1-ci mərhələ.

Səhər yeməyi: bir fincan şəkərsiz çay, 1 ədəd qaynadılmış yumurta, arasında pendir olan çörək və üç ədəd kivi

Nahar: 250 qram qaynamış toyuq əti, təzə tərəvəzlərdən ibarət salat, 5 ədəd kivi


Ardı →

Yayda formada olmaq üçün 5 məsləhət

Qısa zamanda arıqlamaq və daha incə görünə bilmək üçün tutduğunuz yanlış pəhrizlər çəkinin qısa zamanda geri alınmasına səbəb olur. Ancaq sağlam bir şəkildə ideal çəkiyə enməyin yolu mütəxəsis köməyi almaqdan keçir.

Nizamlı səhər yeməyi yeyin
Günə səhər yeməyi ilə başlamaq arıqlamaq istəyənlər üçün vacibdir. Çünki oyandıqdan sonra dərhal yemək yedikdə metabolizma sürətlənməyə başlayır. Nahar yeməyinə qədər ac qalsanız, iştahla daha çox yemək yeyəcəksiniz və nəticədə çəkiniz artacaq. Səhər saatlarında yeməyə vərdiş etmək insanın metobolizmasının sürətini təmin edir və daha rahat arıqlamasına köməkçi olur. Nə yediyinizdən asılı olmayaraq, mədə 4 saat ərzində boşalacağı üçün çox yeməmək üçün mütləq 2-2,5 saatdan bir qidalanmaqda fayda vardır.

Gündə 2-3 litr su için
Gündə 2-3 litr su içmək bədəndəki yağların atılmasını təmin edir. Suyu az içdikdə orqanizmin suya olan ehtiyacı ödənməyəcəyi üçün içilən 1 stəkan su belə orqanizmdə qalaraq şişkinlik yaradar. Bina görə də arıqlamaq çətinləşər.

Xırda-para yediklərimiz
Fındıq, fıstıq, günəbaxan tumu, kolbasa, sosiska,biskvit, tərkibində yağ olan yüksək kalorili qidalar arıqlamağa mane olur. Məsələn, 100 qram günəbaxan tumunda 600 kalori, 5 ədəd fındıqda 50 kalori vardır.
Ardı →

Soyuq duş arıqladır

İrlandiyalı alimlər soyuq duşla bağlı araşdırma aparıb. Belə ki, idmançılardan ibarət olan iki qrupdan biri yalnız idman, digəri isə idmanla birlikdə soyuq duş qəbul edib. Araşdırma nəticəsində alimlər bu qənaətə gəliblər ki, soyuq duş qəbulu çəkini aşağı salır. Soyuq ilə təmasda olarkən dərinin səthində dərialtı damarlarda qan dövranı güclənir və təzyiq qalxır. Bunun hesabına metabolizma prosesi güclənir və orqanizm əlavə kaloriləri yandırmağa başlayır.

Damarların bu cür məşqi fiziki təzyiq zamanı da kömək edir. Buna görə soyuq duşu idman məşqləri ilə uyğunlaşdırdıqda arıqlamaq istəyənlərə müsbət nəticə verir. Soyuq duşla arıqlamaq istəyənlər bilməldir ki, əvvəlcədən buna hazırlıqlı olmalıdır. Belə ki, hazırlıqsız olduqda pnevmaniya və ya bronxit xəstəliyinə tutulmaq mümkündür. Yeni başlayanlar 1-ci dəfələr üçün 1-2 dəqiqəlik soyuq suda yaxalanmaq kifayətdir. Gün keçdikcə soyuq duş prosedurunun müddətini uzatmaq lazımdır. Soyuq duş almazdan əvvəl bədən tərli və ya məşqlərdən qızışmış olmamalıdır.

Prosedurun əvvəlində yüngül diskomfort hissi yaşaya bilərsiniz, lakin getdikcə soyuq duşdan ləzzət alacaqsınız. Arıqlamaq effektini gücləndirmək üçün sellulite qarşı cod moçalka ilə sürtmək faydalıdır. Duşdan sonra isə antisellulit kremlərindən istifadə edin. Soyuq duş metodundan hər kəs istifadə edə bilməz. Belə ki, tromboflebit, onkoloji proseslərdə, qan xəstəlikləri, təziq və aybaşı olduğunuz zaman soyuq duş qəbulu qadağandır. Soyuq duşdan sonra iştah açılır, lakin qida qəbul etmək məsləhətli deyil. Duşdan sonra ən yaxşısı şirə, qatıq və ya meyvə yeməkdir.
Davamı →