Dietik içkilər

Artıq yay gəlib. Bütün qadınlar arıqlamağın müxtəlif yollarını axtarır. Gecə-gündüz idmanla məşğul olur. Təbii ki, idmanın faydalarını danmaq olmaz. Lakin bir neçə qidalar var ki, onlar istənilən nəticəni daha tez əldə etməyə kömək edir. 

Limonlu su — Arıqlamaq istəyirsinizsə, kifayət qədər su qəbul etməlisiniz. Kifayət qədər su qəbul edilən halda bədəndəki zəhərli maddələr təmizlənir və toxluq hissini artırır. Adi su içməkdən sıxılırsınıza, içinə bir-iki damcı limon suyu əlavə edin.

Buzlu qarpız püresi — İçinə şəkər əlavə etmədiyiniz müddətdə meyvə püreləri və təbii meyvə suları zərərsizdir. Qarpız təkcə bədəni sərinləşdirmir, eyni zamanda tərkibindəki vitaminlər sağlamlığa və dəriyə müsbət təsir göstərir.

Buzlu və nanəli çay — İsti yay günlərində buzlu, nanəli çay içə bilərsiniz. Nanə mədə sisteminin daha yaxşı işləməsinə səbəb olur və metabolizmanı gücləndirir. Mədədəki yağlı qidaların tez həzm olunmasına təsir göstərir. Həmçinin şişliyi aradan qaldırır.

Ananas Frappe — Bu içki ananas və kətən toxumunudan əldə edilir. Blender yardımı ilə qarışdıraraq bu içkini əldə edə bilərsiniz. Bu içki həm yağları əridir, həm də həzmi asanlaşdırır.

Yaşıl çay — Xərçəng  və ürək xəstəlikləri riskini azaltmaqla yanaşı, yağları da əridir. İdmandan əvvəl içmək məsləhətdir.

Tünd şokoladlı süd  — Tünd şokoladın bir çox faydaları var. Südlə qarışdırılan tünd şokoladı səhər yeməyi kimi içə bilərsiniz. 400 kalorilik südlü şokolad uzun müddət tox saxlayır.


Davamı →

Arıqlamanın cərrahi üsulları

Çəkinin azaldılması üçün bütün digər üsullar tükəndiyi halda cərrahi üsuldan istifadə edirlər. Əgər digər yolla çəkinin azaldılmasına ümid varsa, onda cərrahiyyə əməliyyatına getmək lazım deyil.

Çəkinin cərrahi yolla azaldılmasının bir neçə üsulu vardır. Məsələn, mədənin bir hissəsinin tikilməsi, mədənin bir hissəsinin kəsilməsi, mədənin daxilinə silikon balonun yerləşdirilməsi və s. Bütün bu əməliyyatların nəticəsində mədənin həcmi xeyli kiçilir, insan az miqdarda qida qəbul edəndən sonra toxluq hiss edir. Nəticədə insan arıqlayır.

Çəkinin cərrahi yolla azaldılmasının ən yayılmış üsulu — liposaksiyadır. Amma həkimlər liposaksiyaya çəkini azaldan əməliyyat kimi yox, bədən formasını yaxşılaşdıran əməliyyat kimi baxırlar. Məhz liposaksiya əməliyyatı, fiziki hərəkətlər və pəhrizlər üçün “çətin” hesab edilən yerlərdən — “qalife” nahiyəsi (budların xarici səthi), yanlardan (sağrı nahiyələri), gövdədən, baldır, diz oynaqları nahiyələrindən piyin təmizlənməsinə imkan verir.
Ardı →

Qarnı düzləşdirən pəhriz

Hər səhər paltar geyinəndə qarnınıza baxıb «Bunu necə düzləşdirə bilərəm?» sualı ilə qarşılaşırsınızsa, elə indidən pəhrizə başlayın. Narahat olmayın, bu pəhriz sizi acından öldürməyəcək. Əksinə, menyuda doyumlu və dadlı yeməklər var. Bu pəhrizlə qarnınızı daha tez düzləşdirəcəksiniz.

Səhər yeməyi — Qoz və dağ meyvələri ilə yulaf 
5 yemək qaşığı yulafı (1 stəkan yağsız süddə bişirdikdən sonra) 2 yemək qaşığı doğranmış Pekan qozu yarım stəkan qarağat yarım stəkan moruqla qarışdır. Yulafın tərkibindəki liflər həll olunur və sizi uzun müddət tox saxlayır, günorta yeməyinin vaxtı çatana qədər aclıqdan əsər-əlamət hiss etməyəcəksiniz. 
Ümumi 351 kalori
Ardı →

İştahla mübarizə

Arıqlamaq istəyən insanların əsas problemi iştahadır. İştaha ilə neçə mübarizə aparmaq olar? Aşağıda verilən sadə məsləhətlər sizə bu işdə kömək edə bilər.

1. Ac qalmayın. Aclıq insan orqanizmində müəyyən qoruyucu mexanizmləri işə salır ki, nəticədə aclıqdan çıxan insan daha çox qida qəbul etməyə başlayır.

2. Rasionunuzda sellülozla zəngin olan məhsulların həcmini artırın. Bu məhsullar insanda toxluq hissini uzadır və nəticədə iştahanı azaldır. Sellülozun əsas mənbələri: meyvə (alma, armud, şaftalı, gavalı və s.) və tərəvəzlərdir.

3. Yüksək qlikemik indeksi olan qidaların qəbulu (mayalı və qat-qat xəmirdən olan un məmulatları, tortlar, pirojnalar, kola, limonad, kartof, konfet və südlü şokolad, uzun düyü, çipsi və s.) qanda qlyükozanın səviyyəsinin kəskin yüksəlməsinə və daha sonra kəskin enməsinə səbəb olur. Qlyükozanın səviyyəsi aşağı düşməsi insanın iştahasının artmasına gətirib çıxarır.

Aşağı qlikemik indeksi olan məhsullar isə (alma, armud, şaftalı, göbələk, yaşıl tərəvəzlər, yağsız ət, balıq, yumurta, acı şokolad və s.) əksinə iştahanı azaldır.

4. Tez-tez və az miqdarlarda qida qəbul edin. Bu iştahanın azalmasına gətirib çıxarır.

5. Qida qəbul etdikdə tələsməyin, hər tikəni yavaş-yavaş çeynəyin. Bu halda toxluq hissin yaranması üçün sizə daha az miqdarda qida lazım olacaq.
Ardı →

Arıqlamaq istəyənlər üçün faydalı məsləhətlər

1. Artıq çəkinin olmasını necə təyin etmək olar? Ən asan üsul: qadınların belinin çevrəsi (göbək nahiyyəsində) 80 sm-dən çox, kişilərin — 92-94 sm-dən çox olmamalıdır.

Əks halda hesab olunur ki, insanın artıq çəkisi var. Təbii ki 1-2 santimetr ciddi problem sayılmır, lakin 10 və daha artıq santimetr olduqda, bu artıq ciddi pozulma sayılır.

2. Bəzi hallarda artıq çəkisi olan insanlara axşam 6-dan sonra qida qəbul etməməsini məsləhət edirlər. Bu səhv məsləhətdir. Bunun nəticəsində insan orqanizmi stress vəziyyətinə düşür və özünü «aclıqdan» xilas etmək üçün daha artıq miqdarlarda piy yığmağa başlayır.

Təbii ki, axşam saatlarında insanın fiziki aktivliyi kəskin azalır, qəbul etdiyi kalorilər yanmır və bel və qarın nahiyəsində «yığılmağa» başlayır. Bu səbəbdən axşam saatlarında qızarmış, yağlı, şirin qidalardan, təbii ki, imtina etmək lazımdır.

Beləliklə, nahar mütləqdir. Lakin nahar azkalorili qidalardan ibarət olmalıdır — bir qədər bitki yağı əlavə olunmuş tərəvəz salatı, meyvələr, yoqurt və s.
Ardı →

Diqqətli ye, artıq çəkidən uzaq ol

diqqətlə yeyəkİnsanların fikri dağınıq olduqda və ya onlar yemək zamanı digər işlərlə məşğul olduqda daha çox yeyirlər. Amma əgər yemək kiçik tikələrlə yeyilsə artıq dərəcədə yeməyin qarşısını almaq olar.

Hollandiya tədqiqatçıları təcrübə keçiriblər: 19-35 yaş arası 53 sağlam insana cizgi filminə baxaraq şorba yemək tapşırılıb.

Təcrübədə iştirak edən şəxslərə əgər doyduqlarını hiss edərlərsə, dayanmaq tapşırılıb. Sonra həmin şəxslərə yalnız şorbanın dadına diqqət yetirərək yemək tapşırılıb. Qeyd edək ki, təcrübə bir neçə gün keçirilib və insanlar bir gün şorbanı böyük qaşıqla, başqa gün isə yalnız kiçik qaşıqla yeməli olublar.

Orta hesabla, insanlar filmə baxarkən daha çox yeyiblər. Lakin onlar kiçik qaşıqla yedikləri zaman fikirlərinin dağınıq olub olmamasından asılı olmayaraq, 30% daha az şorba yeyiblər.

İnsanlar yeməyi böyük qaşıqla və ya böyük tikələrlə yedikdə yeməyin qədərini ölçə bilmirlər. Lakin, əksinə, kiçik porsiyalarla yedikdə isə yeməyin qədərini dəyərləndirə bilirlər.

Əgər yemək həmişə kiçik tikələrlə yeyilərsə, həddindən çox yemənin qarşısını almaq olar və nəticədə artıq çəkidən azad olmaq olar. Çünki bu zaman insan daha tez doyur.


Davamı →

Hamiləlikdən sonra kiloların atılması

Qidalanmağınıza diqqət edərkən həm südünüzü artıra bilər, həm də hamiləlik kilolarınızdan xilas ola bilərsiniz!

9 ay həyəcanla gözlədiyiniz körpənizi qucağınıza götürdünüz. Ancaq bir tərəfdən də körpəmi südümlə bəsləyə biləcəyəmmi və hamiləlik dövrü boyunca aldığım kilolardan xilas ola biləcəyəmmi narahatlığı da başlayır. 

Ardı →

Pəhrizsiz arıqlamağın yolları

Bəzi insanlar üçün pəhriz saxlamaq çətin olur. Amma artıq bunun da çarəsi var. Buyurun pəhrizsiz arıqlamanın yolları ilə tanış olun.
— Əvvəlcədən özünüzə çox sevdiyiniz, amma sizə balaca olan bir paltar alın. Bu arıqlama istəyinizi artıracaq.
— Alış-verişə balaca çantalarla gedin. Əsasən təbii qidalar almağa çalışın.
— Aşağı kalorili qidalara üstünlük verin.
— Əti, yağı, pendiri tərəvəzlərlə əvəz edin.
— Mağazaya heç vaxt ac halda getməyin.
— Qəbul etdiyiniz qidaların yağ miqdarını azaldın. Salatlara və yeməklərə yağlı sous, ketçup, mayonez əlavə etmək yerinə quru meyvə, limon şirəsi əlavə edin.
— Az-az, amma tez-tez yeyin.
— Şirniyyatları quru meyvələrlə əvəz edin.
- Mətbəxdə uzun müddət qalmayın.
— Ac qalaraq bir dəfəyə çox yeməkdən çəkinin.
— Yemək zamanı bol-bol göyərti, salatlardan istifadə edin.
— Qaranlıqda, televizorun qarşısında yemək yeməyin.
— “Fast-food ”dan istifadəni azaldın. Istifadə etdiyinizdə isə mütləq göyərti, canlı qidalar əlavə edin.
Ardı →

Artıq çəkidən azad olmaq üçün

1. Gün ərzində fiziki fəallığınızı çoxaltmağa çalışın. İdmanla məşğul olun, evdə daha çox hərəkət edin. Sağlamlıq probleminiz yoxdursa, ev işlərində məişət cihazlarından nadir hallarda istifadə edin.

2. Kola, hazır meyvə şirələri, qazlı, turşu tərkibli içkilər əvəzinə mineral sular, təzə sıxılmış meyvə şirələri, ayran için.

3. Yeməyi siqnalverici qazanlarda bişirin. Bu qazanlar həm sağlamlıq üçün, həm də praktiki baxımdan yararlıdır.

4. Xörəklərə mümkün qədər az duz səpin, yağını azaldın. Duz əvəzinə nanə, kəklikotu kimi ədviyyatlardan istifadə edin.
Zeytun yağı ürək-damar üçün faydalı olsa da, unudulmamalıdır ki, bunun da, digər yağlar kimi 1 qramı 9 kalori enerji verir, həddən artıq istifadə etdikdə kökəlməyə səbəb olur. Ona görə 1 pay salata 1 desert qaşığından çox yağ tökməyin.

5. Balığı, kartofu qızartmaq əvəzinə sobada bişirin.

Həmçinin bax:  8 Qızıl qayda
Davamı →

Piylənmə

Texnologiyanın inkişafı və həyatımızdakı dəyişikliklər nəticəsində insanlar az hərəkət edir, amma çox qida qəbul edir. Getdikcə ağır çəkili, hətta şişman adamların sayı artmaqdadır. “Piylənmə”, mütəxəssislər tərəfindən vücudda yağlanmanın artması ilə inkişaf edən, mütləq müalicəyə ehtiyacı olan bir “xəstəlik”dir.piylənmə

Dünyanın bir çox ölkəsində qeyri-hökumət təşkilatları və dövlət qurumları bu xəstəliyə qarşı geniş kütlələri maarifləndirməyə çalışırlar. Çünki çağımızın ən qorxulu, ən gizli inkişaf edən və zərərsiz görünməsinə baxmayaraq ən təhlükəli xəstəliyi piylənmə sayılır. Piylənmə ya da xalq arasında köklük adıyla bilinən, bədəndə çox miqdarda piy yığılması nəticəsində ortaya çıxan və mütləq müalicə edilməsi lazım olan bir xəstəlikdir. Piylənmə, qidalarla alınan enerji miqdarının, maddələr mübadiləsi və fiziki fəaliyyət ilə istehlak edilən enerji miqdarını üstələdiyi zaman ortaya çıxar. Piylənmə, insan bədənində ürək və damar sistemi, tənəffüs sistemi, hormonal sistem, həzm sistemi kimi sistemlərə təsir edən və bir çox əhəmiyyətli narahatlığa zəmin hazırlayan bir xəstəlikdir. Ürək xəstəlikləri, yüksək təzyiq, şəkər xəstəliyi, yüksək xolesterin, tənəffüs narahatlıqları, oynaq xəstəlikləri, nevrozlar, sonsuzluq, iqtidarsızlıq, böyrək və öd kisəsində daş meydana gəlməsi, bəzi xərçəng növləri piylənmə nəticəsində yaranan xəstəliklərdən bir neçəsidir. Nəticə olaraq piylənmə, insan həyatını qısaldan və həyat keyfiyyətinə mənfi təsir edən bir xəstəlik sayıla bilər.


Ardı →