Artıq çəkidən azad olmaq | 8 qızıl qayda

Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Artıq çəki zamanı onun daha çox “toplandığı ərazi” qarın nahiyyəsidir.Bioloji tərəfdən ciddi narahatlıqlar doğurmaqla yanaşı estetik olaraq da “gözəllik” düşmanı hesab olunur.İnsanlar qarını arıqlatmaq deməklə artıq çəkidən xilas olmaq üsullarını axtarırlar.
Çoxları artıq bədən çəkisi ilə mübarizənin əsasını az kalorili qidalardan ibarət pəhrizlə kifayətlənməkdə görürlər. Lakin həyat tərzini normallaşdırmadan və orqanizmin sutkalıq bioritmləri ilə uyğunlaşdırmadan heç bir ciddi pəhriz belə kömək etməz. Yığılmış və itirilmiş kiloqramlar – bunlar kalorilərin qəbulu və sərf edilib-edilməməsinin nəticəsidir. Artıq çəkini atmaq üçün isə az yeyib, çox hərəkət etmək lazımdır.
Lakin ABŞ alimləri hesab edirlər ki, bu da kifayət deyil. Onların fikrincə, vacib məqamlardan biri də məhz sutkanın hansı saatlarında qida qəbuludur. Alimlər gecə qida qəbulunun nəyə gətirib çıxardığını siçanlar üzərində təcrübədən keçirmişlər.
Arıqlamaq məqsədilə tətbiq edilən və müsbət nəticə ilə yekunlaşan bütün proqramlarda 2 əsas qanunauyğunluq mövcuddur: əlavə əziyyətlər olmadan həyat tərzinin və qidalanma xarakterinin dəyişilməsi. Lakin dəyişilmək üçün müəyyən vaxt tələb olunur ki, bu dövr ərzində tədricən köhnə vərdişlərdən yaxa qurtarmaq lazımdır. Bu zaman səbirli olmaq və tez bir zamanda inanılmaz dəyişikliklər gözləmək mənasızdır.Arıqlamaq üçün dieta və idman hərəkətləri əsas üsullardır.
Qadınların əksəriyyəti çəkilərinin artıq olmasına görə özlərini narahat hiss edirlər. Bəzi hallarda onlar qamətlərinin şux, xarici görkəmlərinin cəlbedici olması xatirinə öz sağlamlıqlarını qurban verməyə hazırdırlar. Təəssüf ki, çox vaxt qadın hər hansı bir üsulla çəkiyə qarşı mübarizəyə başlamazdan əvvəl müayinə olunmur və həkimlə məsləhətləşmir. Bu isə insan səhhətinə ciddi təsir göstərir.