İnsanların bir çox hissəsi arterial təzyiqin artmasını ciddi simptom kimi hesab etmirlər və bu səbəbdən özündə təziyiqin artmasını müşahidə etdikdə həkimlərə müraciət etməyə tələsmirlər.
Lakin bu çox səhv yanaşmadır. Məhz arterial təzyiqin artması insult və infarkt kimi ağır pozulmaların ilk səbəbidir. Statistikaya əsasən, 100 infarktdan 68-i, 100 insultdan isə 75-i məhz təzyiqin yüksəlməsi fonunda inkişaf edir.
İnsanlar arasında arterial təzyiq ilə bağlı bir çox həqiqətə uyğun olmayan əfsanələr yayılmaqdadır. Məsələn,
— Arterial təzyiqi olan insan özünü qorumalı, uzanmalı, yatmalı, az hərəkət etməlidir ki, təzyiq qalxmasın. Bu tam yanlış fikirdir. Bəli, həddən artıq fiziki yükləmələr hipertoniyadan (tibbi dildə — «arterial hipertenziya») əziyyət çəkən insanlar üçün ziyanlıdır. Lakin belə yükləmələr hətta tam sağlam insana da ziyan gətirə bilər.
Sağlamlığını qorumaq istəyən insan mütləq fiziki aktiv olmalıdır. Hətta infarkt keçirmiş insanlara reabilitasiya (bərpa) dövründə həkimlər xüsusi fiziki məşğələlər təyin edir.
Ardı →