Artikl işlənməyən hallar

Aşağıdakı hallarda coğrafi adların qarşısında the artiklı işlədilmir:                  
Körfəz adlarının qarşısında: Hudson Bay, Mexico Gulf...
İstisna:Lakin körfəz adlarının  “of” sözönü ilə düzəldilən birləşmələrində the artiklı işlədilir: the Gulf of Mexico və s.
Yarımada adlarının qarşısında (yalnız yarımadanın adını çəkdikdə): Kamchatka, Kola, Absheron...
Lakin Yarımada adları peninsula (yarımada) sözü ilə birlikdə işlədildikdə onların qarşısında the artiklı işlədilir: The Absheron Peninsula, The Kola Peninsula…
Davamı →

Artiklın işlənməsi

Sıra saylarının qarşısında the artiklı işlədilir: the first, the second...
Qeyd: “at + sıra sayı” kombinasiyasında the artiklı işlədilmir: • At first I did not like her, but in the end we became good friends. (İlkin olaraq mən onu xoşlamırdım, amma sonda biz dost olduq.)
in + the + morning/afternoon/evening  • Where do you go in the evening?   (Sən axşamlar hara gedirsən?)
Müəyyən sosial qrupu və ya sinifi ifadə edən isimlərin qarşısında: the aristocracy, the nobility, the bourgeoisie, the intelligentsia, the public, the proletariat, the peasantry, the common people…
Davamı →

Artikl

 Azərbaycan dilindən fərqli olaraq, ingilis dilində artikl adlı qrammatik forma mövcuddur. Artikl əsasən ismin əlamətidir. Artiklın iki növü vardır:
1. Qeyri-müəyyənlik artiklı → a/an
“a/an”
yalnız təkdə olan sayıla bilən və sifətlə təyin edilən mücərrəd isimlərlə işlədilir. Dilimizdə əsasən “bir/hər hansı bir” mənalarında fərz edilə bilər:  
a + samit → a book, a pen və s.  
an + sait → an apple, an egg və s.
2. Müəyyənlik artiklıthe
Davamı →