Dünyanın ən qədim xalçası

Dünyanın ən qədim xalçası hansı xalqa məxsusdur?
Sözügedən Pazırık xalçası sovet arxeoloqu Sergey İvanoviç Rudenko tərəfindən 1949-cu ildə kurqan qazıntısı zamanı aşkar edilib və onun 2500 il əvvəl toxunduğu üzə çıxıb. Alimlər Orta Asiya bölgəsində istifadə edilən və Sankt-Peterburq Ermitaj Muzeyində sərgilənən qoşa simmetrik düyünlərlə toxunmuş yun xalçanı Skanerli Elektron Mikroskopun köməyi ilə araşdırıblar. Ekspertizanın sonunda xalçanın yun liflərində fermentasiyanəticəsində əldə edilən xüsusi boyama texnikasından istifadə edildiyi qənaətinə gəlinib
Fridrix-Alexander Universitetinin Erlangen-Nürnberq Fiziologiya və Fiziopatologiya İnstitutundan həkim Karl Messlinqer 1991-ci ildə xalçanı tədqiq etmiş və bu tarixi əsərdən bəzi lif parçaları əldə etmişdir.

Davamı →

Möhtəşəm sivilizasiya: Qədim Misir

Qədim Misir insanın minilliklər əvvəl qurduğu incəsənət və elm cəhətdən ən heyranedici sivilizasiyalarından biridir. Qədim misirlilər ibtidai cəmiyyətin davamçısı olmayacaq qədər dərin təcrübə və biliyə malik idilər. Batil bütpərəst dinə mənsub olan misirlilər arasında hz. Nuh, hz. İbrahim dövründən qalan incəsənət biliyinə malik ustalar vardı. Bu yəhudi ustalar keçmiş peyğəmbərlərin dövründən öyrəndikləri bilikləri tətbiq edirdilər.

Dövrümüzdə dünyanın bir çox ölkəsi misirlilərin mədəniyyət səviyyəsinə çata bilməyib. Bu gün Afrikanın müxtəlif bölgələrində, Cənubi Amerikanın bəzi yerlərində, Asiya torpaqlarında, Misir də daxil olmaqla, bir çox ölkədə keçmişdəki sivilizasiya səviyyəsindən çox geri qalmış həyat tərzi hökm sürür. Tibb, anatomiya başda olmaqla, şəhər planlaşdırma, memarlıq, incəsənət, toxuculuq kimi sahələrdə çox irəliləmiş Misir sivilizasiyası bu gün böyük təqdir və heyrətlə elm adamları tərəfindən tədqiq olunur.

 Tibbin mənşəyi qədim Misirdə

Qədim Misirdə tibbin çatdığı inkişaf səviyyəsi çox təəccüblüdür. Qazıntılarda əldə edilmiş tapıntılar arxeoloqlarla yanaşı, bir çox tarixçini də heyrətə salmışdır. Çünki heç bir tarixçi e.ə. 3000-cü ildə yaşamış qədim sivilizasiyadan bu cür inkişaf etmiş texnologiya gözləmirdi. Bu gün rentgen şüaları vasitəsilə mumiyalar üzərində aparılan təhlillər nəticəsində qədim Misirdə beyin əməliyyatlarının aparıldığı üzə çıxmışdır. Üstəlik, bu əməliyyatlar olduqca peşəkar metodlarla həyata keçirilmişdir. Cərrahiyyə əməliyyatı aparılmış mumiyaların kəllə sümüyünü tədqiq etdikdə əməliyyat yerlərinin düzgün kəsildiyi görülüb. Hətta bu insanların əməliyyatdan sonra həyatda qaldıqlarını sübut edən bitişmiş kəllə sümüklərinə rast gəlinmişdir.


Ardı →

Nəmrud linzası

Arxeoloq Con Leyardın 1850-ci ildə əldə etdiyi bir tapıntı “Linzadan ilk dəfə kim istifadə edib?” sualını gündəmə gətirdi.
Con Leyard indiki İraq ərazisində apardığı arxeoloji qazıntılarda bundan 3000 il əvvələ aid linzaya bənzəyən əşya tapmışdır. Hələ də İngiltərə muzeyinin arxivində saxlanılan bu tapıntı elm dünyasına məlum olan ilk linzadan assuriyalıların dövründə istifadə edildiyini göstərmişdir.

Roma Universitetindən prof. Ciovanni Pettinatonun elm tarixinin müəyyən edilməsində mühüm kəşf kimi səciyyələndirdiyi bu tapıntının assuriyalıların hərtərəfli astronomiya biliyinin mənbəyini açıqladığını deyir. Assuriyalılar Saturn planetini və ətrafındakı halqaları müşahidə etmişdilər.

Bu linzanın hansı məqsədlə istifadə edildiyi, əlbəttə, mübahisəlidir, ancaq açıq-aşkar həqiqət var: qədim xalqların hamısı tarixçi elm adamlarının iddia etdiyi kimi ibtidai həyat tərzi yaşamayıblar. Qədim dövrlərdəki xalqlar da elm və texnologiyadan istifadə etmiş, köklü sivilizasiyalar qurmuş, qabaqcıl həyat tərzi keçirmişdilər. Necə yaşadıqlarına dair dövrümüzə çox məhdud məlumat gəlib çıxmışdır. Ancaq əldə edilən məlumatların demək olar ki, hamısı bu xalqların təkamül keçirmədiyini açıq-aydın göstərir.


Davamı →