Fədakar muzey təşkilatçısı və arxeoloq alim

Xalqımızın tarixi mirasının öyrənilməsi və təbliğinə töhfə verən ilk arxeoloqlarımızdan biri də tanınmış muzey təşkilatçısı, pedaqoq Davud Şərifov olub. O, sovet dövründə – milli tarixi yaddaşın qorunması və araşdırılmasına ciddi maneələrin olduğu bir zamanda bu sahədə mühüm uğurlara imza atıb.

Davud Mikayıl oğlu Şərifov 1885-ci ildə Tiflisdə hərbi topoqraf ailəsində anadan olub. Valideynləri onu səkkiz yaşında Tiflis I Oğlanlar gimnaziyasına qoyurlar.

O, gimnaziyada təhsilini başa vurduqdan sonra Kiyev Universitetinin Tarix-filologiya fakültəsinə qəbul olunur. Ancaq burada tələbə nümayişlərində (1905) iştirakına görə universitetdən kənarlaşdırılır. Sonra Odessa Universitetinə daxil olur. 1908-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub Bakıya dönür.
Davamı →

Nəmrud linzası

Arxeoloq Con Leyardın 1850-ci ildə əldə etdiyi bir tapıntı “Linzadan ilk dəfə kim istifadə edib?” sualını gündəmə gətirdi.
Con Leyard indiki İraq ərazisində apardığı arxeoloji qazıntılarda bundan 3000 il əvvələ aid linzaya bənzəyən əşya tapmışdır. Hələ də İngiltərə muzeyinin arxivində saxlanılan bu tapıntı elm dünyasına məlum olan ilk linzadan assuriyalıların dövründə istifadə edildiyini göstərmişdir.

Roma Universitetindən prof. Ciovanni Pettinatonun elm tarixinin müəyyən edilməsində mühüm kəşf kimi səciyyələndirdiyi bu tapıntının assuriyalıların hərtərəfli astronomiya biliyinin mənbəyini açıqladığını deyir. Assuriyalılar Saturn planetini və ətrafındakı halqaları müşahidə etmişdilər.

Bu linzanın hansı məqsədlə istifadə edildiyi, əlbəttə, mübahisəlidir, ancaq açıq-aşkar həqiqət var: qədim xalqların hamısı tarixçi elm adamlarının iddia etdiyi kimi ibtidai həyat tərzi yaşamayıblar. Qədim dövrlərdəki xalqlar da elm və texnologiyadan istifadə etmiş, köklü sivilizasiyalar qurmuş, qabaqcıl həyat tərzi keçirmişdilər. Necə yaşadıqlarına dair dövrümüzə çox məhdud məlumat gəlib çıxmışdır. Ancaq əldə edilən məlumatların demək olar ki, hamısı bu xalqların təkamül keçirmədiyini açıq-aydın göstərir.


Davamı →

Fransua Rable

Fransua Rable1494-cü ildə Şanonda əczaçı ailəsində doğulmuşdur. Hələ körpə ikən anasını itirən Rable monastıra verilir və 10 yaşınadək burada yaşamalı olur. Sonralar atasının təkidi ilə Fransiskan monastırına keçirilir və təhsilini orada davam etdirməli olur. Uşaqlıq və gənclik illəri Avropanın təzadlı və qaynar dövrünə təsadüf etdiyi üçün Rable bir çox elmi biliklər və sahələrdə özünü sınamalı olur.

Fransua Rable — böyük Avropa satiriki olmaqla bərabər pedaqoq, filoloq, arxeoloq və həm də təbib kimi özünü təsdiq edə bilmiş olur. Monastrda əsasən dini və fəlsəfi biliklərə yiyələnən Rable 25 yaşında Monpolye Universitetinin tibb fakültəsinə qəbul olunur. Burada o, Mişel de Nostradamusla tanış olur. Əsası 768-ci ildə qoyulmuş Dominikan monastırı nəzdində 1020-ci ildə yaranmış bu fakültə Avropanın ən prestijli tibb ocağı kimi tanınırdı. Artıq 1220-ci ildən bu tibb fakültəsi sərbəst Monpolye Universiteti kimi fəaliyyət göstərməyə başladı.

1530-1532-ci illər və 1537-39-cu illər Rablenin əvvəl tələbəlik, sonralar müəllim kimi çalışdığı illərə təsadüf edir. Belə ki, 1539-cu ildə tibb elmləri doktoru — professor dərəcəsi olan doktor Rable Notrdamda hospitalın baş həkimi və kardinal J.Dyu Bellenin şəxsi həkimi və baş məsləhətçisi olur. Praktik həkim kimi dəri-zöhrəvi xəstəliklərin müalicəsi və müayinəsinə üstünlük verən professor həm də elmi anatomiyanın pioneri hesab olunur.


Ardı →