Zefir tortu

Ərzaqlar:
Zefir – 0,5 kq.
Şəkərli peçenye – 150 qr.
Kərə yağı – 180-200 qr.
Qoz ləpəsi – 100 qr.
Qaynanmış qatılaşdırılmış süd – 1 banka

Hazırlanması:
Marketdən istənilən şəkərli peçenyelər alırsız, onları ya blenderin, ya da ətçəkənin köməyi ilə toz halına salırsız.

Qoz ləpəsinin ¼-ni tortu bəzəmək üçün saxlayacaqsız, qalanlarını üyüdürsüz. Kərə yağı ilə qatılaşdırılmış süd mikserdə çalınır. Bura üyüdülmüş qozla peçenyenin 2/3-nü tökürsüz, qarışdırırsız.
Davamı →

Kəsmikli tort

Ərzaqlar:
Kəsmik – 400 qr.
Şəkər tozu – 200 qr.
Xama – 400 qr.
Kərə yağı – 150 r.
Peçenye – 200 qr.
Jelatin – 2 ədəd
Şokolad plitəsi – 100 qr.
Qaymaq – 75 qr.

Hazırlanması:
Tortun əsasını peçenyelər təşkil edəcək. Odur ki, peçenyeləri blenderdə həll edirik. Üzərinə əridilmiş kərə yağını tökürük və qarışdırırıq. Sonra ovuntunu formanın dibinə tökürük, yayırıq, bir müddətliyə soyuducuya qoyuruq.
Davamı →

Ekler tortu

Ərzaqlar:
Peçenye – 450 qr.
Süd – 520 ml.
Yumurta sarısı – 1 ədəd
Şəkər tozu – 7 x.q.
Kakao tozu – 2 x.q.
Kərə yağı – 50 qr.
Vanilin – 1 ç.q.
Nişasta – 2,5 x.q.

Hazırlanması:
Kremi hazırlayırıq: Bunun üçün südü bərabər iki hissəyə bölürük. Bir hissəsini (260 ml.) orta odda qaynayana kimi saxlayırıq. Digər hissəsinə isə nişasta, 3 x.q. şəkər tozu, vanilin, kərə yağı, yumurta sarısı tökürük, qarışdırırıq və onu qaynar südün içinə tökürük. Qarışdıra-qarışdıra qatılaşdığını görəcəyik. O zaman 30 dəqiqəlik soyuducuya qoyuruq.
Davamı →