Bürcləri gələn il nələr gözləyir? - 2022-ci ilin astroloji proqnozları

Qoç — Araba (düz vəziyyətdə)
Araba sizə maliyyə və karyera yüksəlişləri vəd edir. Əsas odur ki, yalnız irəli gedin! Bütün şübhələri, xəstəlikləri, gündəlik problemləri keçmişdə buraxın. 2022-ci il qoçaq Qoçlar üçün dönüş nöqtəsi olacaq, lakin məqsədlərinə çatmaq üçün çirkin manipulyasiyalardan istifadə etməmək şərti ilə. Yalnız vicdanlı əmək və intizam işdə uğur qazanmağınıza kömək edəcək. Səhhətiniz yaxşılaşacaq, maneələr möcüzəvi şəkildə öz-özünə dağılacaq. Subay Qoçlar nəhayət ki, gələn il öz yarını tapacaq.

Davamı →

Ulduz falı

Fransız bir astroloq, astrologiyanın dəqiqliyini yoxlamaq məqsədiylə verdiyi ünvana anadan olduğu yeri və tarixi göndərənlərin bürclərinə görə pulsuz xarakter təhlillərini edəcəyini bildirən elan verir. Ona yazan 150 nəfərin hər birinə eyni “bürcə görə xarakter təhlilini” və təhlilin nə qədər doğru olduğunu bildirmələri üçün bir anket göndərir. Respondentlərin 94%-i analizin onları müxtəlif dərəcələrdə xarakterizə etdiyini bildirirlər. Əslində bu təhlil qatil Dr. Petiotun xarakter təhlilidir. Bir ulduz falçısı müştəriləri ilə görüşmədiyi halda bu qədər irəli gedə bilirsə, detallara diqqət edə bilən təcrübəli bir falçının müştərilərini hansı dərəcəyə qədər təsiri altına alacağını düşününmək çətin deyil.

Davamı →

2018-ci il üçün tibbi astroloji proqnoz

Sağlamlığı verən Allah, onu qoruyan isə insanın özüdür. Bəs tibbi astrologiya 2018-ci ildə sağlamlığımız üçün nələri vəd edir?

Qoç Bürcü
Bu bürc altında doğulanlar 2018-ci ildə özlərini əsasən soyuqdəymədən qorumalıdırlar. Əks halda ciddi xəstəliklərin yaranması qaçılmaz olacaq. Ona görə də sağlamlıqla bağlı problemlərin yaranmaması üçün, xüsusilə soyuq havalarda, bu bürc altında doğulanlar səhhətlərinə xüsusi diqqət yetirməlidirlər.

Normal həyat fəaliyyəti üçün kifayət qədər enerjilərinin olmasına baxmayaraq baş ağrılarının yaranma ehtimalı da mümkündür. Nəzərə almaq lazımdır ki, orqanizmdə yaranan ən adi bir problem belə öz-özünə aradan qalxmır. Buna görə həkimlərə müraciət etmək vacibdir. 2018-ci ildə xəstəliklərin müalicəsi və profilaktikası müsbət nəticələr verəcək.
Davamı →

Yapon ulduz falı

Yaponiyada və digər Şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik tsikl daxilində hər bir il müəyyən heyvan işarəsi altında keçir. Müəyyən ildə dünyaya gəlmiş Adam bir sıra fitri xassələr kəsb edir və taleyi bu xassələrdən asılı olur. 
Hər bir bölmədə xarakteristikanın sonunda adamların üç qrupu (heyvan adları altında) sadalanmışdır: a) o adamlar ki, dost və ya ömür-gün yoldaşı kimi sizə tamamilə münasibdirlər; b) o adamlar ki, az çox münasibdirlər; v) adamlar ki, əsla münasib deyillər, qətiyyən yaramırlar və hətta sizə bədbəxtlik gətirə bilərlər


Ardı →