Nikolay Kopernik

Milliyətcə polyak olan Nikolay Kopernik astronom, riyaziyyatçı, mexanik, iqtisadçı və ilahiyyatçı olmaqla yanaşı daha çox ilk elmi inqilabın əsası hesab edilən Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi tanınır. 

Nikolay Kopernik 1473-cü il fevralın 19-da Polşanın Toruni şəhərində Almaniyadan gəlmiş tacir ailəsində anadan olub. 9 yaşında atasını itirən Kopernik 1491-ci ildə Krakov universitetinə daxil olmuş, burada riyaziyyat, tibb və ilahiyyat elmlərinə dərindən yiyələnmişdir. Amma o daha çox astronomiya elmi ilə maraqlanırdı. 

1497-ci ildə Kopernik təhsilini davam etdirmək üçün İtaliya gedərək Bolonya universitetinə daxil olur. Burada o, ilahiyyat, hüquq və digər qədim elmlərlə yanaşı astronomiyanı da öyrənmək imkanı əldə edir. Kopernik Padua universitetində tibb elmini öyrənmiş və Ferrara universitetində ilahiyyat üzrə elmi dərəcə almışdı.
Davamı →

Arximed

Böyük alim və mexanik olan Arximed bizim eramızdan əvvəl III əsrdə yaşayıb. O, kiçik Yunan dövlətinin paytaxtı olan və Siciliya adasında yerləşən Sirakuza şəhərində anadan olub. Öz dövründə bir çox texniki kəşfləri ilə məşhurlaşıb. Gəmi və hava vintinin əcdadı olan və onun adı ilə adlandırılan su qaldıran Arximed vinti mexanizmini kəşf edib.

Arximed həmçinin astronomiya ilə də məşğul olub. O, Günəşin görünən (bucaq) diametrini təyin etmək üçün cihaz düzəldib və həmin bucağı dəqiqliklə hesablaya bilib. Bundan başqa o, planetlərin hərəkətini, Ayın fazalarını, Günəş və Ayın tutulmalarını müşahidə edən mexaniki cihaz hazırlayıb.
Davamı →

Qaliley Qalileo

Qalileo QalileyBinoklu götürüb Aya baxaq. Orada nə görürük? Ay sanki yaxınlaşıb. Özü də əvvəlki kimi hamar görünmür. Onun səthində sanki pərgarla çəkilmiş çevrələri görürsənmi? Bunlar Aydakı dağlardır.

Bilirsən, Ayı ilk dəfə bu cür kim müşahidə edib? Böyük italyan alimi, fizik və astronom Qalileo Qaliley. O, çox qeyri-adi insan idi. İlk baxışda əhəmiyyətsiz görünən hadisələrdən mühüm nəticələr çıxarırdı. 

O vaxtlar insanlar hələ də Yer kürəsinin Kainatın mərkəzi olması, Günəşin, planet və ulduzların onun ətrafında fırlanması barədə kilsə təliminə inanırdılar. Kilsə başqa cür düşünənlərə amansız divan tuturdu. Cordano Bruno buna görə 1600-cü ildə tonqalda yandırıldı.

Qalileo Qaliley 1564-cü il fevralın 15-də Piza şəhərində yoxsul zadəgan ailəsində anadan olub. O, uşaqlıqdan ağıllı, fərasətli və diqqətli idi. Qaliley atasının məsləhəti ilə Piza Universitetinin tibb fakültəsinə daxil olur. Lakin təbabətə maraq göstərmədiyindən universiteti buraxır, riyaziyyat və mexanikanı öyrənməyə başlayır.
Davamı →

10 il davam edən səfər tamamlandı!

   Kosmos tarixindəilk dəfə olaraq tədqiqat qurğusu kometin səthinə enib. Avropa Kosmik Agentliyinin Rosetta zondunun “File” modulu Churyumov-Gerasimenko kometinin səthinə noyabrın 12-də çatıb. File modulunda yeri qazan qurğu, fotokameralar quraşdırılıb. Kometdən analiz üçün qrunt götürüləcək və həmçinin onun tərkibi analiz olunacaq. File modulu kometin səthində 4-6 ay işləyəcək. Rosettanın kometə yaxınlşamasına 10 ildən çox vaxt gedib. Kometi 1969-cu ildə sovet astronomları kəşf edib. Bu kometin əhəmiyyəti və ona belə maraq onunla bağlıdır ki,o, 4,5 milyard il bundan əvvəl yaranıb, indiyə kimi onda heç bir dəyişiklik olmayıb. Alimlər onu öyrənməklə, kainatın necə yaranmasını öyrənmək istəyir.  
Ardı →