Daxili planetlər

Bu planetlər Günəş sistemində Günəşə ən yaxın olan dörd planet: Merkuri, Venera, Yer və Marsdır.Əgər Günəşdən daha uzaq məsafədə olan nəhəng planetlər əsasən qazdan ibarətdirsə, ona daha yaxın olan planetlər bərk kütlələrdən əmələ gəlmişdir. Ona görə də həmin planetlərin səthinə kosmik aparatlar enə bilərlər. Bütün daxili planetləri tərkibinə görə tam müxtəlif olan nazik atmosfer təbəqəsi əhatə edir.

      MARSIN RƏNGİ

      Planetin səthində külli miqdarda dəmir tozu var. Həmin toz Marsın atmosferində olan karbon qazı ilə oksidləşərək qırmızı rəng alıb. Marsın üst təbəqəsi qırmızıtəhər olduğuna görə çoxlu kölgələr görünür.

Ardı →

Astronomiya nədir?

Astronomiya ən qədim təbiət elmidir.O, göy cisimlərini öyrənir.Yunanca “astron”-göy cismi,ulduz,”nomos”-qanun,elm deməkdir.Bir neçə elmi istiqamətlərdən və ona daxil olan bölmələrdən ibarətdir.
1.Astrometriya, nəzəri astronomiya və göy mexanikası
2.Astrofizika və ulduz astronomiyası
3.Kosmoqoniya
4.Kosmologiya


Ardı →

Astronomiya nədir və nəyi öyrənir

Kitab dilsiz müəllimdir.


Platon


1. Astronomiya fənni

«Astronomiya» sözü yunanca «astron» — ulduz və «nomos» — qanun sözlərindən əmələ gəlmiş və hərfi mənada «ulduzlar qanunu» kimi məna daşıyır. Astronomiya Kainat haqqında elmdir. O göy cisimlərinin (ulduzlar, Günəş, Ay, planetlər və onların peykləri, asteroidlər, kometlər, meteorlar, meteoritlər) göydə vəziyyətini, hərəkətini, quruluşunu, fiziki halını, kimyəvi tərkibini, əmələ gəlməsini və təkamülünü öyrənir. Bundan əlavə, astronomiya göy cisimlərinin əmələ gətirdiyi sistemlərin (qalaktikalar, dumanlıqlar, ulduz topaları), ulduzlararası mühitin, planetlərarası mühitin və hətta Kainatın bütövlükdə əmələ gəlməsini və təkamülünü öyrənir.



Ardı →