Bu vərdişlər kişiləri ata olmaqdan məhrum edə bilər

Bir çox kişi əmindir ki, əgər intim münasibətlərdə heç bir problem yaranmırsa, onlarda sonsuzluqla bağlı problemlər yarana bilməz. Ancaq belə deyil. Elə vərdişlər var ki, adi məşğuliyyət kimi görünsə də, kişilərin ata olmaq şansına ciddi şəkildə təsir edir.

Həyat tərzi böyük rol oynayır. Əgər həyat tərziniz sağlamlıqdan çox uzaqdırsa, atalıq şansları aşağı düşür. Fiziki fəaliyyətin olmaması, siqaret, artıq çəki, alkoqol, digər toksik və psixoaktiv maddələrin istifadəsi — bunların hamısı birlikdə və ayrı-ayrılıqda sonsuzluğa səbəb ola bilər.
Davamı →

Ata olmaq üçün ideal yaş

Elm işçiləri kişilərin ata olmaq üçün ideal yaş dövrünü araşdırıblar. Bir sıra eksperimentlər aparıldıqdan sonra mütəxəssislər nelə qərara gəliblər ki, kişilər üçün öz nəsillərini davam etdirmələri üçün ən optimal yaş dövrü — 30 — 40 yaşdır.

Ekspertlər hesab edir ki, məhz bu yaş dövrü aralıqlarında kişilər ata olmanın məsuliyyət və öhdəliklərini daha yaxşı dərk edə bilirlər. Kişilər həm şüurlu, həm də şüuraltı tərəfdən bu xəbərə daha ciddi hazır olurlar.

Haqqında danışdığımız bu mövzunu araşdıran ekspertlər bildirirlər ki, gözəl və sağlam uşaqlar məhz 30 yaşlı ataların olduğu ailələrdə baş verir. Onu da qeyd edək ki, bu yaş dövrü 40 və ondan daha üstün yaş dövrlərinə uzanırsa, bu artıq doğulacaq körpələr üçün təhlükə saçır. Doğulan uşaqlarda bəzi hallarda, patalogiya və inkişafsızlıq kimi mənfi hallar yaradır.
Davamı →

Yaxşı ata olmaq üçün nələr etməli?

Ata olmaq asan iş deyil. Atalıq evdəki uşaqlara yalnız bazarlıq etməkdən ibarət deyil. Uşaqlarınızın böyüdükdən sonra evdən çıxıb gedəcəyini nəzərə alaraq, bəzi atalara öz uşaqlarına qarşı daha diqqətli və daha qayğıkeş davaranmalarını tövsiyə edirəm.

Ata olmaq məsuliyyət tələb edir. Hər bir ata söz düşdükdə öz vəzifələrini layiqincə yerinə yetirdiyini söyləyir. Amma mütəxəssislərin bu barədə apardığı araşdırmalar ataların övladlarından çox, işlərinə vaxt ayırdığını göstərir.
Davamı →

Bürclərə görə atalıq xüsusiyyətləri

Qoç
Qoç bürcü kişiləri liderlik etməyi, yol göstərməyi sevirlər. Bu səbəbdən də uşaqlarının həyatda yol göstərəni ola biləcək xasiyyətə sahibdirlər. Ancaq zaman-zaman bir az sabit fikirli ola bilərlər. İrəliləyən proseslərdə və yetkinlikdə uşağınız atasıyla bu xüsusiyyətləri səbəbindən ziddiyyət təşkil edə bilər.

Amma yenə də həm əyləncəli, həm komik, həm də yol göstərən olması səbəbindən yaxşı ata olacaqlar.
Davamı →

Atadan övlada ötürülən genetik xüsusiyyətlər

Genetika çox qəribə və maraqlı anlayışdır. Anadan övladına bir çox zahiri və daxili cəhət keçsə də, adətən körpələrə atadan daha çox genetik özəllik ötürülür. 

Üzün simmetriyası körpəyə atadan keçir. Əgər ərinizin qalın çənəsi, assimetrik qaşları və burnunda əyriliyi varsa, bilin ki, körpəniz həmin özəllikllərlə doğula bilər. Həmçinin normadan böyük qulaqlar da bu siyahıya aiddir. 

Batıq yanaqlar üz əzələsi ilə bağlı olan özəllikdir və dominantlıq təşkil edir. Əgər atanın yanağı batırsa, övladınız da bu xüsusiyyəti təkrarlayacaq.

Dişlərin keyfiyyəti qədər forması da genetik xüsusiyyət daşıyır. Əgər atanın nə vatsa ağız boşluğunda problemi olubsa, demək körpənizdə də həmin problem yaşanacaq.
Davamı →

Gec yaşda ata olmağın zərərləri

Araşdırmalar nəticəsində məlum olub ki, gec yaşda ata olmaq uşaqda müəyyən xəstəliklər yaradır.

Gənc yaşda ata olan kişilərlə müqayisədə, gec ata olan  kişilərin uşaqları arasında, şizofreniya və otizm xəstəliyinə daha çox rast gəlinir.

Buna görə də mütəxəsisslər gec yaşda ata olmağı məsləhət görmür. Qadının yaşı artdıqca onun uşaq dünyaya gətirmə prosesi çətinləşdiyi kimi, eyni hal kişilər üçün də keçərlidir.

Bəzi alimlərin fikrincə, 35 yaşdan sonra kişilərin ata olmaq ehtimalı azalır. 40 yaşından sonra isə atalıq şansları az olduğu bildirilir.

Belə ki, gec yaşda ata olmaqla dünyaya gələcək körpənin həyatını riskə atmış olurlar.

Bu səbəblə uşaq sahibi olmağı istəyən ata namizədlərin bu mövzuya həssas yanaşmaları və vaxtında düzgün qərar qəbul etmələri vacibdir.


Davamı →

Yaxşı ata seçməyin 8 yolu

yaxşı ataSevdiyiniz insan yaxşı sevgili və yaxud yaxşı ər ola bilər. Ancaq atalıq heç də hamının öhdəsindən asanlıqla gəldiyi bir iş deyil. Beləliklə, sevgilinizi yoxlamaq üçün ən yaxşı 8 yolu təqdim edirik:

1. Əmisi, dayısı uşaqlarının şəkillərini Facebookda paylaşırsa, demək ata olmağa tələsir.

2. O, uşaqları sevir, uşaqlar da onu. Deməli, özünü uşaqlara sevdirməklə bağlı problemi yoxdur.

3. Ailənizin kiçik üzvləri ilə parka, kinoteatra getməkdən zövq alırsa, onlarla daha yaxından tanış olmaq və oyun oynamaqdan bezmirsə, demək ki, ən yaxşı ata namizədini tapmısınız!

4. Ətrafdakı mühitə tez öyrəşən, ortaya çıxan hər hansı problemi həll etmək üçün tələsik alternativ plan quran insan eyni şeyləri uşağına görə də sevə-sevə edər, əmin olun.

5. Dostları ilə pivə içməkdənsə, sizinlə evdə vaxt keçirir. Daha nə istəmək olar? Bu da sizə ailəcanlı ata!


Ardı →