Ata və qız

0 Yaşında
Ata:
-Bu şirin necədə kiçikdi. İndi bu kiçik şey mənim qızımdı?
-Gözləri də mənə nə qədər çox bənzəyir...
Qızı :
-Bu gözlərini məndən heç ayırmayan kişi yəqin mənim atamdı…


Ardı →

Atanın peşmançılığı

«Qulaq as, oğul. Bu sözləri sən yatarkən söyləyirəm; balaca əlin yanağının altındadır, qıvrım sarışın saçların isə tərləmiş alnına tökülmüşdür. Otağına gizli yolla təkcə gəlmişəm. Bir neçə dəqiqə bundan əvvəl, kitabxanada oturub qəzet oxuyarkən məni ağır peşmançılıq dalğası bürümüşdü. Sənin çarpayının yanına öz günahımı dərk etməklə gəlmişəm.
Gör nə barədə düşünürdüm, oğul; yanına gəlməklə pis əhval-ruhiyyəmi yaxşdaşdırmaq istəyirdim. Məktəbə gedərkən geyinib yaş dəsmalı üzünə yaxınlaşdıran kimi səni danlayardım. Çəkmələrini təmizləmədiyinə görə dərsini verərdim. Paltarından nəyisə döşəməyə atarkən hirslə üstünə qışqırardım.
Nahar vaxtı da səninlə öcəşərdim: Çayı yerə tökdün. Xörəyi acgözlüklə yedin. Dirsəyini stola qoydun. Yağı çörəyin üstünə həddindən artıq qalın yaxdm. Sonra sən oynamağa yollananda, mən də qatara tələsəndə, əl edib qışqırardın: „Salamat qal, ata!“, mən isə üz-gözümü turşudaraq deyərdim: »Çiyinlərini düz tut!"
Davamı →