Quyunun dibindən atama yazdıqlarım

Bir gün hər kəsin həyatında Şəmsini itirmiş Mövlana,
Yusifini itirmiş Yaqub mərhələsi başlayır...

Səni xəstəxanaya aparan maşın həyətdən çıxan kimi vidalaşdım səninlə. Çünki dönüşü olmayan gedişləri çox yaxşı tanıyıram, Ata. Sən də gedirdin, dönməmək üzrə gedirdin. Gözlərimi yumdum, bütün xatirələrimizi keçirdim ağlımdan… Hamısını bir-bir yenidən yaşadım… Həyatda bundan gözəl bacardığım iş yoxdur, Ata. Xatirələrlə ovunmaq, şaxtadan qorunmaq üçün ötən günlərin istisinə sığınmaq. Sonra başımı səmaya qaldırıb nə qədər çətin olsa da gülümsədim: «Mən səni həmişə gözəl xatırlayacam, yaraşıqlı oğlan» dedim və səninlə sağollaşdım. Amma ruhunla deyil, cisminlə. Əllərinlə, baxışlarınla, mənə sevgi ilə baxan gözlərinlə, qucağınla, gülüşünlə… Mən ayrılığa gülümsəməyi çoxdan öyrənmişəm, Ata. Anamdan soruşurmuşsan ki, qızım necə belə dərin yaza bilir, sanki min ildir dünyanın kədərini daşıyır özüylə… Həə, ata. Düz bilmisən.  Mən min ildir dünyanın kədərini tanıyıram, tanımasam, gedişini bu qədər sakit qarşılaya bilməzdim.

Davamı →

Atanın yaşı və sağlamlığı uşağın sağlamlığına təsir edirmi?

Ananın sağlamlığı, yaşı, hamiləlik zamanı qidalanması, pis vərdişləri və s. uşağın sağlamlığına böyük təsir edir. Bu sübut olunmuş bir faktdır.
Əvvəllər belə hesab olunurdu ki, atanın rolu bu işdə daha azdır. Lakin son araşdırmalar sübut edib ki, bu yanılmadır. Atanın sağlamlığı, yaşı, pis vərdişləri və hətta qidalanması uşağın sağlamlığına ciddi təsir edir. Kişinin sağlam olmayan həyat tərzi onun uşaqlarında inkişaf pozulmalarına, autizm xəstəliyinə, piylənməyə, psixi pozulmalara və s. problemlərə səbəb ola bilər.
Davamı →

Ata olmaq üçün ideal yaş

Elm işçiləri kişilərin ata olmaq üçün ideal yaş dövrünü araşdırıblar. Bir sıra eksperimentlər aparıldıqdan sonra mütəxəssislər nelə qərara gəliblər ki, kişilər üçün öz nəsillərini davam etdirmələri üçün ən optimal yaş dövrü — 30 — 40 yaşdır.

Ekspertlər hesab edir ki, məhz bu yaş dövrü aralıqlarında kişilər ata olmanın məsuliyyət və öhdəliklərini daha yaxşı dərk edə bilirlər. Kişilər həm şüurlu, həm də şüuraltı tərəfdən bu xəbərə daha ciddi hazır olurlar.

Haqqında danışdığımız bu mövzunu araşdıran ekspertlər bildirirlər ki, gözəl və sağlam uşaqlar məhz 30 yaşlı ataların olduğu ailələrdə baş verir. Onu da qeyd edək ki, bu yaş dövrü 40 və ondan daha üstün yaş dövrlərinə uzanırsa, bu artıq doğulacaq körpələr üçün təhlükə saçır. Doğulan uşaqlarda bəzi hallarda, patalogiya və inkişafsızlıq kimi mənfi hallar yaradır.
Davamı →

Yaxşı ata olmaq üçün nələr etməli?

Ata olmaq asan iş deyil. Atalıq evdəki uşaqlara yalnız bazarlıq etməkdən ibarət deyil. Uşaqlarınızın böyüdükdən sonra evdən çıxıb gedəcəyini nəzərə alaraq, bəzi atalara öz uşaqlarına qarşı daha diqqətli və daha qayğıkeş davaranmalarını tövsiyə edirəm.

Ata olmaq məsuliyyət tələb edir. Hər bir ata söz düşdükdə öz vəzifələrini layiqincə yerinə yetirdiyini söyləyir. Amma mütəxəssislərin bu barədə apardığı araşdırmalar ataların övladlarından çox, işlərinə vaxt ayırdığını göstərir.
Davamı →

Evimizdəki diktator – atamız

  • Esse
Evdə həmişə ağa olmağa öyrəşən, macal tapanda aciz arvadını aşağılayan, onun üstünə yüngül desək, bağıran, həmişə də qohumların dəstəyini alan ər günlərin birində həmin o aciz qadının müdafiəçisi ilə üz-üzə qalır. Gözləri dörd olur. Çünki bu qadını heç vaxt heç kim müdafiə etməyib. Həmişə ər haqlı olub.

Çünki qadını müdafiə edən adamdan bunu heç vaxt gözləməzdi. Bu müdafiəçi kim idi? Oğlu. Hə, o böyüyüb. Artıq ananı qoruyan var. Bunları mənə gənc dostum danışdı. Atasıyla ciddi problemləri olduğunu dedi.
Davamı →

Atadan övlada ötürülən genetik xüsusiyyətlər

Genetika çox qəribə və maraqlı anlayışdır. Anadan övladına bir çox zahiri və daxili cəhət keçsə də, adətən körpələrə atadan daha çox genetik özəllik ötürülür. 

Üzün simmetriyası körpəyə atadan keçir. Əgər ərinizin qalın çənəsi, assimetrik qaşları və burnunda əyriliyi varsa, bilin ki, körpəniz həmin özəllikllərlə doğula bilər. Həmçinin normadan böyük qulaqlar da bu siyahıya aiddir. 

Batıq yanaqlar üz əzələsi ilə bağlı olan özəllikdir və dominantlıq təşkil edir. Əgər atanın yanağı batırsa, övladınız da bu xüsusiyyəti təkrarlayacaq.

Dişlərin keyfiyyəti qədər forması da genetik xüsusiyyət daşıyır. Əgər atanın nə vatsa ağız boşluğunda problemi olubsa, demək körpənizdə də həmin problem yaşanacaq.
Davamı →

Bir uşağın gözündə zənginlik

Bir dəfə zəngin bir ailənin atası insanların nə dərəcədə kasıb ola biləcəyini göstərmək üçün kiçik oğlunu kəndə, fermaya aparmaq qərarına gəlir. Onlar gündüzü və gecəni çox kasıb bir ailənin fermasında keçirdirlər.Evə qayıtdıqları zaman ata öz oğlundan soruşdu:
— Səyahət necə, xoşuna gəldi?
— Bu olduqca gözəl idi, ata!
— Gördünmü, insanlar nə dərəcədə kasıb ola bilir? — deyə, ata soruşdu.
— Bəli.
Ardı →

Vaxtının bir saatını (İbrətamiz hekayə)


  — Ata, olar səndən bir şey soruşum?
— Əlbəttə, nə olub ki?
— Ay ata, nə qədər (maaş) alırsan?
— Sənə dəxlisi yoxdur — deyə, özündən çıxdı — həm də, neynirsən ki?
— Elə belə, sadəcə olaraq soruşdum. Xahiş edirəm, de, 1 saata nə qədər alırsan?
— Ümumiyyətlə desək, 1 saata 25 manat, niyə ki?
— Ata… — oğul atasına aşağıdan yuxarıya ciddi baxışlarla baxaraq — Ata, mənə 15 manat verə bilərsən?
— Sən bunu məndən soruşdun ki, sənə hansısa gic-gici oyuncağı almaq üçün pul verim? — deyə qışqırdı, — dərhal otağına get və uzan yat! Day bu qədər də eqoistlik olmaz. Mən bütün günü işləyirəm, dəhşət yoruluram, amma sən özünü səfeh kimi aparırsan.
Uşaq sakitcə otağına gedərək, özündən sonra qapını örtdü. Atası isə qapının arxasında duraraq oğlunun xahişinə qəzəblənirdi. «Axı məndən maaşımı soruşub sonra da pul istəməyi üçün necə cəsarət edir?»
Amma bir müddət keçdikdən sonra onun hirsi soyudu və sağlam düşüncə ilə düşündü: «Bəlkə ona nəyisə almaq zəruridir. Cəhənnəm olsun pullar, axı o indiyə qədər məndən pul istəməyib». Otağa girdiyi zaman oğlu artıq yerində (yatağında) uzanmışdı.
— Oğul, yatmamısan ki?
— Yox, ata. Sadəcə uzanmışam — oğlan cavab verdi.
— Deyəsən mən çox qaba cavab verdim — ata dedi — Mənim günüm ağır keçib və mən sadəcə olaraq birdən birə özümdən çıxdım. Bağışla məni. Al, mənə dediyin (miqdarda) pulları götür.
Oğlan yataqda oturub gülümsədi:
— Ay! Atam, çox sağ ol! — deyə ucadan dedi.
Sonra yastığının altına əlini ataraq bir neçə əlavə əskinaz götürdü. Atası oğlunun pulunun olduğunu görüb yenə də qəzəbləndi. Oğlan isə pulları bir yerə yığaraq diqqətlə pulları saydı və sonra atasına baxdı.
— Əgər sənin pulun var idisə, nə üçün məndən istədin? — deyə donquldandı.
— Ona görə ki, (pulum) çatmırdı. Amma indi tamamilə çatır — deyə uşaq cavab verdi. — Ata, bax burda tam 25 manatdır.

Olar ki, sənin (vaxtının) 1 saatını alım? Xahiş edirəm, sabah işdən bir az tez gəl, istəyirəm ki, bizimlə bir yerdə şam yeməyini yeyəsən.


Tərcümə və tərtib: Fərid Abdullah.

Davamı →

Ata

 Ata

ATAma canim qurban
Ata indi nakam dünyam sənsiz boşalıb
Sən getmisən heyatim mənasız qalıb
Əzrail də erkən səni yanimizdan alıb
Hər an gəlirsən mənim xəyallarıma
Darixma ATA bir gün gəlcəm yanına !!!

Çox gördüm bu dünyada nadanlıqları
Sevdim gecələri,zülmət qaranlıqları
Gənc ikən mən qinadim avamliqlari
Gündüz tək olsam da gecə gəlirsən yanıma
Darıxma ATA BİR GÜN GƏLCƏM YANINA

Misralarım kaş qələmlə yox,qanımla yazılaydı
Kaş ata səndən qabaq mənə qəbr qazılaydı
Atasız vefasız dünyamdansa ömrüm azalaydı
Sənin vəsin üçün qəsdə qıymaram canıma
Darıxma ATA bir gün gəlcəm yanına

Heç kim əvəzin bu həyatda olmaz sənin
Qəlbi qırıqdır atasiz hər atasız kimsənin
Mən isə kimsələr içində övlad tənin
20 yaşında yetimlik düşsə də qanıma
Darıxma ATA bir gün gəlcəm yanına

Olsam da naxələf dünyanın atasız sakini
Hər an xatırlayıram mənə olan sevgini
Kimsə ata deyəndə gizlətməm dərdini
Çox dərd qismət olunsa da alnıma
Darıxma ATA bir gun gəlcəm yanına

Nakam dünya səni mənə çox gördü
Sən vaxtsız getdin qəlbim közə döndü
Parlayan gənclik ulduzum ani söndü
Daha güvənməm nacins dünya malına
Darıxma ATA bir gün gəlcəm yanına

Sən əsl ata oldun mənə həm də qardaş
Getməyinlə qoydun məni həyatla başa baş
Cavanikən qocalıram mən də yavaş-yavaş
Bu yaşımda ağ düşdü mənim qara saçlarıma
Darıxma ATA bir gün gəlcəm yanına

Dəmir paslı qapımızdan içəri girəndə
ATA deyib,ay atam qışqırıb səsləyəndə
İçəri keçib səni evimizdə görməyəndə
Titrəmə düşür kövrək cavan canıma
Darıxma ATA bir gün gəlcəm yanına

 


Davamı →