Atlara nal nə üçün lazımdır?

Atlara nə üçün nal vururlar, axı təbiətdəki vəhşi atlar nal olmadan da çox gözəl keçinə bilirlər? 

Atları əhliləşdirmə prosesində onlar öz yaşadıqları şəraitdən uzaqlaşdıqlarına görə dırnaqlarının çox zədələnməsi halları baş verir. Bir tərəfdən, onlar açıqlıqda deyil, tövlədə yaşayırlar. Buna görə də, onlar vəhşi atlardan daha az hərəkət edirlər və dırnaqları daha yumşaq olur. Digər tərəfdən, ev atları ağır fiziki işlər görür — insan və yük daşıyırlar.

Bundan əlavə, onlar daim bərk asfaltda qaçmalı olurlar. Bütün bunlar atın dırnaqlarının yeyilməsinə gətirib çıxarır, dırnaqlar böyüdükdən daha sürətli köhnəlirlər. Vəhşi atlara belə təhlükə yoxdur, çünki onlar açıqlıqda gəzir, öz gedecəkləri yolu özləri seçir və ən yumşaq yerlərdən keçərək maneələri asanlıqla aşırlar. 
Davamı →

Ağ Kamarq atları harada yaşayır?

Fransanın cənubunda geniş ərazidə yerləşən Kamarq qoruğu atlar üçün bir o qədər də münasib yer deyil. Bu rütubətli bataqlıq yerdə adalar dayaz su hövzələri və biçənəklərlə əvəzlənir. Qışda bu yerlərdə yeyəcək tapmaq çətindir, yayda isə çox istidir, ağcaqanad və milçək “buludunun” əlindən tərpənmək olmur. 

Amma bu yerlərdə məskunlaşan vəhşi Kamarq atları çox dözümlüdür. Onlar zəhlətökən həşəratları uzun quyruqlarının köməyi ilə qovur. Kamarqda təqribən 30 vəhşi at ilxısı yaşayır. Kim bilir, bəlkə də Kamarq atlarının əcdadları 17 min il əvvəl yaşamış cütdırnaqlılardır. 
Davamı →

Atların ayaq üstə yatma xüsusiyyəti

Necə olur ki, atlar ayaq üstə yatarkən yıxılmırlar? Çünki  ayaq sümüklərinin kilidlənmə xüsusiyyəti var. Bu xüsusiyyət sayəsində atlar həm ayaq üstə yatır, həm də çox ağır yükləri daşıyırlar. Halbuki, insanlar oturduqları yerdə yuxuya getdikdə belə başları yana düşür.

Atların ayaqları təkcə ağır yük daşımaq üçün deyil, eyni zamanda, daha sürətlə qaçmaq üçün xüsusi yaradılmışdır. Digər heyvanlardakı kimi atlarda körpücük sümüyü yoxdur. Bu onların daha böyük addım atmasına səbəb olur. Bundan əlavə, atların ayaqlarında sürətləndikcə sərf etdikləri gücü azaldan, bunun əvəzində hərəkət qabiliyyətlərini artıran sümük-əzələ mexanizmi var. Bu mexanizmin işləməsini avtomobillərdəki ötürücü mühərrikə bənzədə bilərik. Sürətini artıran avtomobilin sürət qutusunda növbəti sürət çarxına keçməsi kimi, atlar da sürətlərini artırdıqca bir növ növbəti sürət çarxına keçirlər. Bu yolla itələməyə sərf edilən güc azaldılır, hərəkət qabiliyyəti artır.


Ardı →

Atlar haqqında

                                                Nəsli kəsilmiş növü

Zooloji təsnifata görə atlar fəqərəlilər şöbəsinə, məməlilər sinfinə, təkdırnaqlılar dəstəsinə, ataoxşarlar (ekvidlər) ailəsinə və əsil atlar növünə (skuus kobalus) mənsubdurlar. Ekvidlər ailəsinə həmçinin eşşəklər, zebrlər və yarım eşşəklər növləri də daxildirlər.
Prof. B.O.Kovalyovski qazıntılar nəticəsində tapılan təkdırnaqlılar içərisində keçid formalarının olmasını sübut edərək, bunların təkamül nəticəsində meydana gəlməsini göstərmişdir. Onun fikrincə həyat şəraiti dəyişdikcə bunlarda dəyişmiş, bir formadan-digər formaya, yəni şəraitə uyğun bir formaya düşmüşlər.
Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim,yumşaq tropik bitki, rütubətli və bataqlı yerlərdə yaşamışlar.
Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100-120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir.


Ardı →

Mənfəət qurbanları.

«Animal Planet». Bu kanaldakı maraq dolu verlişləri izləməyə dəyər. Canlı aləm, heyvanların dünyası obyektivlərdə o qədər dəqiq, təmiz əks olunub ki, insan bəzən gözünü çəkə bilmir.  Amma bəzən gördüyün haqsızlıqlar da insanın canını yandırır. Düşünürsən ki, biz insanlar öz mənfəətimiz uğurunda çox səhv işlər görür, çox qanlar axıdırıq. Bəlkə də bu təbiətin qanunlarından biridir, belə ki, heyvanlar da, insanlar da- hər kəs nə tapırsa, onunla qidalanır, bunun sayəsində yaşayır. Amma düşünəndə görürsən ki, biz insanlar lap ağını çıxardırıq. Heyvanlardan hər sahədə istifadə edib, pul qazanır və bununla da haqsızlığa yol açırıq.



Ardı →