Havada karbon qazı olmasa nə baş verərdi?

Havada karbon qazının (CO2) olmaması, bəlkə də ilk baxışda bir çoxumuz üçün müsbət bir hal kimi görünə bilər. Karbon qazı istixana effektinə səbəb olur və bu da qlobal istiləşmənin əsas səbəblərindən biridir, elə deyilmi? Lakin məsələni bir az dərindən araşdıranda CO2-nin Yer üzərindəki həyat üçün nə qədər vacib olduğunu görürük. Bu yazıda havada karbon qazı olmadığı təqdirdə nələrin baş verəcəyini müxtəlif aspektlərdən ətraflı şəkildə müzakirə edəcəyik.


Davamı →

Qar necə yaranır?

Qarın gözəlliyi və təbiətdəki rolu həmişə insanların marağını çəkib. Bu bloq yazısında hər kəsin sevdiyi qarın necə yarandığını və onun təbiət üçün əhəmiyyətini  araşdıracağıq. Qarın yaranma prosesi, atmosfer və iqlim şərtləri, ekosistemlər və insan həyatı üzərindəki təsirləri- bu mövzulara dair bütün mövzular haqqında məlumat verəcəyik.


Davamı →

İnsanların niyə görə oksigenə ehtiyacı var?

Oksigen, həyatımızın ayrılmaz bir hissəsi və varlığımızın əsas şərtidir. Gündəlik həyatımızda adətən göz ardı etdiyimiz bu element hər aldığımız nəfəs ilə bədənimizə daxil olur və hüceyrələrimizin normal fəaliyyəti üçün zəruri enerji mənbəyi olaraq xidmət edir. Bu yazıda oksigenin insan orqanizmi üçün nə qədər vacib olduğunu, onun həyatımızdakı rolunu və sağlamlığımız üçün niyə bu qədər əhəmiyyətli olduğunu  araşdıracağıq.


Davamı →

İqlim və onun yaranması

Müəyyən ərazidə meteoroloji elementlərin çoxillik təkrarlanma rejiminə iqlim deyilir. İqlim göstəriciləri hər il eyni vaxtda təkrarlanır, davamlı xarakter daşıyır və yalnız uzun tarixi dövrlər ərzində dəyişir.
Coğrafi enlik, atmosferin ümumi dövranında iştirak edən hava axınları və səth örtüyü əsas iqlim əmələ gətirən amillərdir. İqlimin yaranmasına həmçinin, okean və dənizlərdən uzaqlıq, okean cərəyanları, relyef şəraiti, mütləq hündürlük, dağ yamaclarının yerləşmə istiqaməti də təsir göstərir.
Davamı →

Yağıntıların paylanması

Buludlardan və Yer səthinə yaxın hava qatından onun üzərinə düşən sulara atmosfer yağıntıları deyilir. Atmosfer yağıntıları buludlardan yağış, qar və dolu formasında Yer səthinə düşür. Yer səthinə yaxın hava qatında isə şeh, duman, qırov və sırsıra halında yağıntı əmələ gəlir. Yağıntıların miqdarı, düşən suyun əmələ gətirdiyi qatın qalınlığı mm ilə ölçülür. Yağıntıların 79%-i okean və dənizlərin, 21%-i qurunun üzərinə düşür. Yağışlar düşmə xarakterinə görə leysan, aramsız-narın və çiskin formalı olur. Leysan yağışları qısa müddətli və gursulu olur, əsasən topa-yağış buludlarından yağır. Aramsız-narın yağışlar az intensiv olur.
Davamı →

Siklon və antisiklonlar

Mülayim enliklərdə yaranan hava axınlarında siklonlar və antisiklonlar mühüm rol oynayır. Siklonlar atmosferin qapalı alçaq təzyiq sahəsində əmələ gəlir. Hava kənardakı yüksək təzyiq sahəsindən mərkəzdəki alçaq təzyiq sahəsinə yönəlir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində küləklər Şimal yarımkürəsində saat əqrəbinin hərəkət istiqamətinin əksinə, Cənubda saat əqrəbinin hərəkət istiqamətində əsir. Siklon yaranarkən temperatur kəskin dəyişir, buludluluq artır və yağıntı düşür.

Davamı →

Daimi və mövsümi küləklər

Yer səthinin qeyri-bərabər qızması, materiklər və okeanlar üzərində müxtəlif atmosfer təzyiqi sahələrinin olması nəticəsində havanın hərəkəti baş verir. Hava axınları daimi olaraq yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru yerini dəyişir. Bu küləklərə daimi küləklər deyilir. Onlar Yer kürəsini əhatə edir və atmosferin ümumi dövranının mühüm tərkib hissəsidir. Daimi küləklər hərəkət zamanı istiqamətini dəyişir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan meyletmə – Koriolis qüvvəsinin təsiri ilə üfüqi istiqamətdə hərəkət edən hava axınları Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində isə sola meyil edir. Ekvatordan uzaqlaşdıqca küləklərin meyiletməsi artır.
Davamı →

Hava kütlələri və atmosfer cəbhələri

Troposferin ümumi fiziki xassələrə (temperatura, rütubətliyə, təzyiqə və s.) malik olan və geniş əraziləri əhatə edən axınları hava kütlələri adlanır. Yer səthində hakim küləklərin istiqaməti və yağıntıların paylanması hava kütlələrindən asılıdır.
Ekvatorial hava kütlələrinin təsiri ilə ekvatorial enliklərə bol yağıntılar düşür, burada temperatur yüksəkdir. Yağıntıların çox düşməsi havanın yuxarıya hərəkəti ilə əlaqədardır. Yuxarı qalxan hava axınları tədricən soyuyur, tərkibindəki su buxarı kondensasiya olunur və bulud əmələ gəlir. Tropik hava kütlələri Şimal və Cənub tropikləri ətrafında formalaşır.
Davamı →

Dinozavrlar dövrünə son qoyan Perm-trias

Hər il Yerin atmosferinə daxil olan 10.000 tondan çox meteorit atmosferdə sürtünmə nəticəsində bizim xəbərimiz belə olmadan məhv olur. Ancaq atmosferə sürtünmə ilə məhv olmayan böyük meteoritlər də daxil olur. Məsələn, Meksikada Yukatan körfəzinə düşən təqribən 100 km2-lik meteorit dinozavr dövrünə son qoymuşdur.

Bu toqquşma ekoloji sistemdə köklü dəyişikliyə səbəb olmuşdur. Toqquşma nəticəsində əvvəlcə böyük sahə məhv olmuşdur. Toqquşmanın ardınca vulkanik partlayışlar, dünyanın hər yerində zəlzələlər, sunamilər, güclü fırtınalar, yanğınlar baş vermiş, turşulu yağışlar yağmışdır.


Ardı →