Atom bombasından sonrakı Yaponiya

1. Yapon dilində “Xibakusiya” sözü var. Bu söz tərcümədə “partlayışın təsirinə davam gətirənlər” mənasını verir. Onlar Xirosima və Naqasakidə atom bombasından sağ qurtulanları belə adlandırırlar.

2.
Naqasakidə bombanın düşdüyü yerin yaxınlığındakı 6 qinkqo ağacı ciddi zədə aldı, amma möcüzə nəticəsində məhv olmadılar. Tezliklə yanmış budaqlarda yeni tumurcuqlar yarandı. O zamandan bəri Yaponiyada qinqko ağacı ümid rəmzi sayılır.

3. Çox adam Yaponiyanın məşhur monstrı Qodzillanın Xirosima və Naqasakidəki partlayışı rəmzləşdirdiyini bilmir.
Davamı →

Taleyin ironiyası

«Mən uşaq olarkən belə bir fikir varıydı. Bəzi heyvanlar bir işdə çox ixtisaslaşıblar deyə nəsilləri kəsilib. Atam həmişə deyərdi, qılınc-diş pələngin kökü ona görə kəsilib ki, onların dişləri həddən çox böyümüşdü və artıq qidalana bilmirdilər.

Atam və qardaşımla oturarkən bir söhbəti xatırlayıram. O demişdi, „Məni insanlığın taleyi maraqlandırır. Görəsən onlar bir-birlərini öldürməkdə çox usta olanda nə baş verəcək?“ Atam heç vaxt xəbər tutmadı ki qardaşım bomba düzəldirdi.»

Atom bombasın yaradıcılarından Richard Feynman’ın bacısı Joan, 1994
Davamı →

Bəzən həyat verir, bəzən də həyatı məhv edən Atomlar

Radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə atomaltı zərrəciklərdən ibarətdir. Bu zərrəciklər insanın bədəninə asanlıqla təsir edir və bədəndəki hüceyrələrə zərər verir. Bu zərər ölümcül xəstəliyin – xərçəngin ortaya çıxmasına səbəb ola bilər və ya çoxalma hüceyrələrinə təsir edə bilər. Bu da gələcəkdə genetik dəyişikliyə gətirib çıxarır. 

 Bütün dünya II Dünya Müharibəsində Xerosima və Naqasakiyə atılan atom bombalarının nə qədər böyük qüvvəyə malik olduğunun şahidi olub. Atılan hər iki bomba yüz minlərlə insanın həyatına son qoyub, bir çox insanda isə bir ömür boyu bərpa olunmayan fiziki qüsurlara gətirib çıxarıb. 

Bir neçə saniyə ərzində yüz minlərlə insanın ölməsinə səbəb olan atomun daxilindəki bu böyük gücün necə ortaya çıxdığını araşdıraq: 

 Partlayış anı…


Ardı →

Mən yazıyam (esse)

Mən yazıyam. Yazılmışam. Qələmin mürəkkəbi sərf olunub mənə. Ya da XXI əsrdi, yəqin klavişlərə yazılmışam. Hər halda artıq yazıyam.

Özümü çox vacib varlıq hesab edirəm. Ən azı ona görə ki, siz mənim hesabıma  minillər əvvəlindən xəbərdar ola bilirsiz. Mən olmasam fikirlərinizi sizin səsiniz yetməyən yerlərə çatdırmağınız mümkün olmayacaq. Mən elə bir əhəmiyyətli varlığam ki, bütün qanunlardan, qaydalardan, məxfi sənədlərdən xəbərdaram. Dövlət işlərinin hamısını bilirəm. Hətta insanların şəxsi həyatlarından da xəbərim var.

Mən bəzilərinin gündəliyi, bəzilərinin ürəyindəkiləri çatdırdğı vasitəyəm. Mən, bəzən düşünülüb, lakin deyilməyə cürət edilməyən fikirlərəm. Mən sizin beyninizəm, düşündüklərinizəm. Mən hekayələr, esselər, məqalələr, məktublaram. Hətta romanlar, epopeyalar da mənəm.

Hə, indi gördüz ki, mən nə qədər əhəmiyyətliyəm. Amma məndən öz miskin fəaliyyətləri üçün istifadə edənlər də var. Mən, yüzlərlə, bəlkə minlərlə və bəlkə də daha artıq müharibənin səbəbkarıyam. Mən olmasam hökmdarların mənasız yazışmaları olmazdı, mən olmasam həmin hökmdarlar bir-birini hədələyə bilməzdilər. Mən olmasam xəritələr olmazdı. Dünya hissələrə bölünməzdi. Mən dünyanın ölkələrə bölünməsinə səbəb olmuşam. Mən ölkələrin bölgələrə parçalanmasına səbəb olmuşam. Ən dəhşətlisi mən, bəzən bir ölkənin iki yerə bölünməsinə səbəb olmuşam.


Ardı →

Atom bombası və onun yaratdığı dəhşət

Hər şey 1939-cu ildə, alman əsilli alim Albert Eynşteynin ABŞ Prezidenti Ruzveltə almanların atomu parçalara ayırmaqla yeni bir bomba hazırlamağa çalışdıqlarını bildirməsi ilə başladı. Həmin tarixdən etibarən Amerikada minlərlə elm adamı atom bombası hazırlamaq üçün gizli olaraq çalışmağa başladı. “Manhetten“ adı verilən layihəyə ümumilikdə 125 min nəfər cəlb olundu. Bomba ilk dəfə 16 iyun 1945-ci il tarixdə sınaqdan keçirildi.



Ardı →