Atropatena dövləti

Atropatena dövlətinin yaranması. Makedoniyalı İsgəndarin Şərqə yürüşü nəticəsində e. ə. 330-cu ildə Əhəməni dövləti çökdü. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e. ə. 331) antik müəlliflərin Midiya (Mada) adlandırdığı satraplığın başçısı Atropatın rəhbərliyi altında kadusilərin, albanların və sakasinlərin İsgəndərə qarşı vuruşmaları tarixi mənbələrdə təsdiq olunmuşdur. Strabon yazırdı ki, Midiyadan (Əhəməni) fərqli olaraq Atropat öz ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi. İsgəndərə tabe olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan görkəmli dövlət xadimi və uzaqgörən siyasətçi Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu.


Davamı →

Atropatena və Parfiya dövləti

Atropatenanın böyük imperiyalarla münasibətinə dair mənbələrdə xeyli məlumat var. Atropateniya və Parfiya münasibətləri haqqında mənbələrə əsaslanaraq aşağıdakıları qeyd etmək olar. Abdulla Fazili qeyd edir ki, Atropatena hökmdarları öz müstəqilliklərini qoruyub saxlamaq xatirinə əvvəllər Selevkilər, sonra isə Roma və Parfiya kimi qüdrətli dövlətlər arasında gedən şiddətli çəkişmələrdən daima istifadə etmişlər. Onlar müəyyən dövrlərdə Selevki, Parfiya, bəzi hallarda isə Romanı müdafiə edirdilər. Bu baxımdan da, Atropat Midiyasında Roma münaqişələri bir sıra hallarda atropatenalıların xeyirinə müvəffəqiyyətlə nəticələnirdi.

Böyük Midiyaya gəldikdə isə, o, iki böyük qrup arasında gedən mübarizələrdə daima parfiyalıların mənafeyini müdafiə edirdi. Vətənlərini yadellilərdən müdafiə edən midiyalılar digər tərəfdən partiyalılarla dil və etnik nöqteyi-nəzərdən yaxın idilər. Vətənpərvərlik əhval-ruhiyyəsi ilə çıxış edib parfiyalılaranı tərəfini saxlayan midiyalılar romalılara şiddətli müqavimət göstərmişdir.
Davamı →