Auranı necə bərpa etmək olar?

Aura və ya biosahə bizim qoruyucu sahəmiz və incə bədənimizdir, odur ki, auranın pozulması insanın xəstələnməsinə, sağlamlıqdan psixoloji problemlərə qədər bir çox narahatlıqlara səbəb olur.

Aura qabığı bütövlüyünün pozulması adətən tez-tez qəzəbləndikdə və ya başqalarının aqressiyasına məruz qaldıqda baş verir. Bu kimi hallarda tez-tez pis göz və ya şəxsi xarakterin problemləri haqqında danışırlar. Əslində, ikisi də bir insanın sağlamlığına, cansağlığına və şansına təsir göstərir.

Aura hansısa film və ya nağıl qəhrəmanı olan zalım cadugərlər tərəfindən pozulmur. Onu güclü energetikası olan istənilən insan poza bilər. Biosahənin hücuma məruz qalması – neqativ yüklü duyğusal enerjinin sərbəst buraxılmasıdır.
Davamı →

Evin aurasını təmizləyən bitkilər

jasminBiz gül-çiçəkdən adətən əlamətdar günlərdə evimizi bəzəmək və həyatımızı zənginləşdirmək məqsədiylə istifadə edirik.

Bəzi bitkilər sadəcə dekor rolunu oynamır. Onlar müsbət enerji yayır və havanı təmizləyərək ətraf mühiti yaxşılaşdırmağa kömək edir.

Amerika bağçılıq cəmiyyəti tərəfindən keçirilən araşdırmada tədqiqatçılar aşkar ediblər ki, hava çirkliliyi inkişaf etməkdə olan ölkələrə daha geniş təsir edir. Təmizləmə metodu olaraq bitkilərdən istifadə həmin ölkələrdə qənaət vasitəsi kimi xidmət edə bilər. Çünki çirkləməni önləyən bahalı texnologiya iqtisadi baxımdan onlar üçün əlverişli olmaya bilər.
Davamı →

Pozitiv və neqativ enerjinin sağlamlığa təsiri

Müasir dövrdə belə bir fikir formalaşmışdır ki, insanın şəfa tapması yalnız iynə-dərmanla mümkündür. Bir çox hallarda bu cür müalicə tam sağlamlığa nail olmağa imkan verməsə də, digər yanaşmalar adətən rədd edilir. Müalicə imkanlarını bu cür məhdudlaşdıran əsas səbəb insanın mahiyyətinin düzgün nəzərdən keçirilməməsidir. 

Ənənəvi tibb insanın yalnız fiziki bədənini müalicə obyekti kimi qəbul edir və müxtəlif kimyəvi preparatlarla müalicə xəstəliyi aradan qaldırmanın yeganə üsulu hesab edilir. Halbuki insan bir neçə enerji təbəqəsindən və materiyadan ibarət mürəkkəb quruluşa malikdir.
Davamı →

Auranı necə təmizləmək və gücləndirmək olar?

Aura — bədənimizin ətrafında enerji sahəmizi əhatələyən qoruyucu qalxanımızdır.

Auranın təmizlənməsi nə üçün zəruridir? 
Gündəlik həyatda neçə-neçə insanla ünsiyyətdə oluruq və özümüzdən asılı olmayaraq, bütün neqativ enerjiləri auramıza toplayırıq. Gün ərzində insanların astral bədənləri bir-birinə qarışır və nə qədər çox insanla görüşsək, astral bədənimizə bir o qədər çox düşüncə forması və enerji bağlanır.

Viruslar və fiziki mikroblar kimi, nifrət, kin, paxıllıq, dilxorluq və qanqaralıq və s. neqativ düşüncə və duyğular auramızda toplanır, bütün enerjimizi azaldır, bu da səhətimizi pisləşdirir, insanları bizdən uzaqlaşdırır, qəzalar-bəlalar əmələ gətirir.
Davamı →

Aura və çakralar

Qədim fələsəfəyə əsasən insanın bədənində 7 enerji mərkəzi və ya çakra vardır. Hər çakra bədənin konkret hissəsində yerləşir və müəyyən orqanlara və problemlərə görə cavabdehdir. 

Çakralardan buraxılan enerji ilə Aura — yəni insanın ətrafında işıq saçan, adi gözlə görünməyən energetik sahə formalaşır və hər çakra auranın həmin çakraya aid sahəsinin yaranmasında və dəstəklənməsində xüsusi rol oynayır.

Çakralar tam açıq olmadıqda və ya zədələndikdə aura tutqun və zəif görünə bilər. Eyni zamanda, əgər siz sağlamsınızsa və emosional cəhətdən az-çox açıqsınızsa, sizin çakralarınız daha açıq və aktiv, auranız daha güclü, enerjili və sarsılmaz olacaq. İnsanın energetik bədənində aşağıdakı çakralar mövcuddur:
Davamı →

Neqativ enerji haradan yaranır və sağlamlığa necə təsir edir?

İnsanın energetik quruluşu və mənfi enerjilərin xassələri nəzərə alınmadan ağır xəstəliklərin müalicəsində irəliləyiş gözləmək mümkün deyil. Yalnız insanın energetikasında (aurasında) neqativin müxtəlif fiziki pozuntular törətdiyini qəbul etməklə tam sağlamlığa yol tapmaq olar.

Bu cür neqativin yaranma səbəbləri müxtəlifdir və onlar bir o qədər də vacib deyil. Daha vacib olan — bu təsirin aradan qaldırılmasıdır. Bu neqativ ürək-damar, əzələ və sinir sistemlərinə daha güclü təsir edir. Spazm, ağrı, iflic və s. — bu təsirin əsas əlamətləridir. Damarların spazmı zamanı qan təminatı pozulur və nəticədə, orqanizmin müxtəlif funksiyaları pozulur və xəstəliklər meydana çıxır. 
Davamı →