9.2.1.Avropa monetar ittifaqının təkamülü və müasir vəziyyəti-2

Delorun məruzəsi və qismən ona əsaslanmış Maas­trixt müqaviləsi 1990-cı illərdə Qərbi Avropa inteq­rasiyasının keyfiy­yətcə yeni inkişaf mərhələsini açdı. Av­ropa birliklərinin Avropa Ittifaqına transformasiyası barədə tarixi Maastrixt müqaviləsi 1991-ci ilin dekabrında imzalanmış, ratifikasiya edilmiş və çətinliklərə baxma­yaraq, 1993-cü ilin noyabr ayında qüvvəyə minmişdir. Maastrixt müqaviləsinin ratifika­si­yası ilə bağlı çətinlklər 1992-ci ildə Danimarkada və Fran­sa­da yaranmış, nə­ticədə vahid Avropanın gələcəyinə və uyğun olaraq AVS-nə olan inam xeyli qırılmışdır. Bu isə 1992-ci ilin sentyabr-oktyabr aylarında Avropa valyutaları bazarının ciddi böhran vəziyyətində olmasına gətirib çıxartdı. Bunun nəticəsi olaraq, Britaniya funtu, Italiya lirəsi AVS-ni tərk edir, ispan pesetası və portuqaliya eskudosu elə həmin ilin noyabrında 6% devalvasiya olunurlar. 1993-cü ilin yanvarında irland funtu 10% devalvasiya olunur, may ayında isə peseta və eskudo düşməkdə davam edir. Be­lə­liklə, Birlik ölkələrinin maliyyə nazirləri Avropa valyu­ta­larının mümkün dəyişmə sərhədlərinin ±15% geniş­lən­dirilməsi ilə bağlı addım atmaq məcburiyyətində qalırlar.
Ardı →

9.2.1.Avropa monetar ittifaqının təkamülü və müasir vəziyyəti

Avropa qitəsində vahid pul sistemini yaratmaq ideyası çoxdan meydana gəlmişdir. Makedoniyalı Isgən­dər­dən və Roma imperatoru Avqustdan başlayaraq, bir çox sərkər­də­lər, alimlər və mütəfəkkirlər Avropa xalqları üçün ümumi pul məsələsini qaldırmışlar. Orta əsrlər Avro­pasında ümumi val­yu­tanı tətbiq etməyə dəfələrlə cəhd göstərilmişdir. Məsələn, 1392-ci ildə şimaldakı alman şəhərləri monetar ittifaq yara­dıb, ümumi pulu kəsməyə başladılar. XIX əsrdə Napoleon Bonapart və Viktor Hüqo ümumavropa pulunu yaratmaq ideyasını irəli sürürdülər.


Ardı →