Luks sinfinə aid yeni Lexus LS

Toyota Motorsport GmbH “Lexus LS Sports 650”konseptinin seriya versiyası üzərində çalışır. Sedanın premium sinfinə aid olacaq ilk avtomobili 2015 – ci ildə təqdim olunacaq.

Çox güman ki, bu sıradan bir avtomobil olmayacaq, çünki bu avtomobilin rəqibləri kimi, Audi S8 və Mercedes-Benz S63 AMG kimi maşınların adı çəkilir. Yeni avtomobil haqda detallı məlumat hələ ki, yoxdur. Lakin gözlənilir ki, prototipin ümumi konsepsiyası saxlanaraq bir çox təkmilləşdirmələr həyata keçiriləcək.

Qeyd edək ki, Lexus LS TMG Sports 650  avtomobili 2012 – ci ildə Essen Motor avtosərgisində təqdim olunub. Konsept 5 litrəlik V8 tipli 650 at gücünə malik mühərriklə təchiz olunmuşdu. Həmçinin mühərrik yenilənmiş 8 pilləli ötürücü qutuya malikdir. Avtomobil saatda 100 kilometr sürəti cəmi 4,2 saniyəyə yığır.


Ardı →

Nissan Qaşqai 2014

Nissan tam olaraq Qaşqai 2014 təqdim etdi. Nissan marketoloqlarının şuarlarına əsasən yeni Qaşqai heç də «Müasir tarixin ən mühüm avtomobili Nissan», «sıfırdan yaradılmış» və «yeni standartlar müəyyən edəcək » bir avtomobil deyil.

Yeni Qaşqai 2014 Nissan-ın Renault ilə birgə inkişaf etdirilən CMF platformasında inşa edilmişdir. Yeni avtomobilin çəkisi 40 kq azalıb. Active Menfez Shutter sistemilə təhçiz olunan radiator barmaqlığı 30 km/s sürəti aşdıqdan sora avtomatik olaraq bağlanır. Qaşqai 2014 7 düymlük sensor ekran və yeni Nissan Connect sistemilə təhciz olunub.

Motorlar :

1.2 litrlik DIG -T (116 a.g ) və fırlanma anı 190 Nm

1,6 litr həcmli DIG -T (150 a.g ) və fırlanma anı 240 Nm

1,5 litrlik DCI (110 a.g )

1,6 litr həcmli DCI (131 a.g )


Ardı →

Pobeda

Pobeda
1945-ci ildə müharibədən sonrakı dövrün avtomobil modellərinə baxış zamanı İ.V. Stalin 6 silindrli mühərriki olan QAZ-20-nin yetərincə qənaətcil olmamasından narazılığını bildirmişdi. Zavod bu avtomobilin mühərrikinin 4 silindrli versiyasını da nəzərdə tutmuşdu.

Zavod rəhbərliyi bu versiyanın adının, əvvəlcə, “Rodina”(Vətən) olmasını nəzərdə tutsa da, Stalinin “Rodina” nı neçəyə satacaqsınız?” sualı bu versiyanı dəyişdirmişdir. Bu hadisədən sonra QAZ-ın direktoru İ.K. Loskutov yeni modelə “Pobeda” adının verilməsini Stalindən xahiş etdikdə ondan belə cavab eşitdi: “Bu, çox da böyük qələbə olmasa da, qoy avtomobilin adı “Pobeda” (Qələbə) olsun”.

“QAZ-20”nin salonuna beş nəfər rahat yerləşirdi. Tam təchiz olunmuş halda 1460 kq çəkisi olan “QAZ-20”-nin ən yüksək sürəti 105 km/saat təşkil edirdi; 100 km/saat sürəti 46 saniyəyə yığa bilirdi, yanacaq sərfi isə hər 100 km üçün 11 litrə bərabər idi.


Ardı →

Lui Reno

Luinin məktəb illərində böyük uğurlar qazandığını söyləmək olmaz, belə ki, onun gündəliyində “qeyri-kafi” qiymətlərinə heç də az-az təsadüf olunmurdu. Amma texniki sahədə o, çoxsaylı bacarıqlarını nümayiş etdirə bilirdi. Adətən Luini texniki işlərlə məşğul olmağa… tənbəllik vadar edirdi. Məsələn, o, kerosin lampasını yandırmaq üçün yatağından qalxmağa ərinirdi. Bina görə də qalvanik batareya düzəltmişdi. İndi yatağından qalxmadan ipi dartmaq kifayət idi ki, plastinlər turşu məhluluna daxil olsun və 4 şamlı lampa otağı işıqlandırmağa başlasın.
15 yaşında ikən Lui bir həftə dərsə getmədiyinə görə direktor onu bərk danladı, amma bu onu məyus etmədi. O, həmin müddəti Ruana yollanaraq tanışı olan ocaqçının köşkündə lokomotiv düzəltməyə sərf etmişdi. Bu, Luinin ocaqçılıq elmini mənimsəməsinə və buxar maşının iş prinsipini dərk etməsinə kifayət etdi.
Davamı →