Avtomobilə oturan kimi pəncərələri açın

Biz maşına minməzdən əvvəl maşının pəncərələrini açmadıqda nə baş verir? Siz hətta maşınınızı kölgədə saxlasanız belə maşının salonunda 400-800 mq benzol toplanır.

Əgər siz maşınınızı günəş şüalarının altında və ya 16*- dən yüksək temperatur olan yerdə saxlamısınızsa bu zaman benzolun miqdarı 40 dəfə artaraq 2000-4000 mq-a çatır. Avtomobilə oturarkən onun pəncərələri bağlı olarsa, maşına minən insan benzollu hava ilə nəfəs alır. Bu zaman toksinlər böyrəkləri, qaraciyəri və beyin toxumasını zəhərləyir.
Davamı →

Maşının mühərrikini qızdırmaq vacibdirmi?

Avtomobili hərəkətə gətirmədən öncə mühərriki qızdırmaq məsələsi illərdir sürücüləri narahat edir. Bəzi sürücülər bunun vacibliyini qeyd etsə də, bir çoxu heç bir əhəmiyyətinin olmadığını hesab edir.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bir avtomobili 10-15 dəqiqə qızdırmağa heç bir ehtiyac yoxdur. 30-40 saniyə bunun üçün kifayət edir:

«Mütəxəssislərin fikrincə, 30-40 saniyə, maksimum isə 1 dəqiqə kifayət edir ki, mühərrik işə salınandan sonra avtomobil hərəkət etsin. Mühərriki yerində qızdırmaq ona görə zərərlidir ki, bu zaman ancaq mühərrik özü qızır, digər detallar isə qalır.
Davamı →

Avtomobildə kəməri düzgün qaydada necə taxmalı?

Düzgün taxılmış təhlükəsizlik kəmərləri qəza zamanı insanın həyati təhlükəsini əhəmiyyətli dərəcədə azaldır. İstər ön, istər arxa oturacaqlarda, istər uzun, istərsə də qısa məsafə qət edilən zaman, şəhər içi və ya şəhər kənarı demədən kəmər taxmaq son dərəcə zəruridir.

Xüsusilə arxa oturacaqda oturanlar kəmərə taxmalıdırlar. Çünki qəza anında sürücü və ön oturacaqda oturanların da həyatlarını təhlükəyə atırlar.
Davamı →

Sükan arxasında yatmamaq üçün 6 tövsiyə

1. Maşını sürərkən yuxu sizə qalib gəlirsə, dərhal dayanmaq və tünd çay, yaxud qəhvə içmək lazımdır.

2. Uzunmüddətli səfərdən qabaq çoxlu yemək olmaz, çünki tox adam maşının isti salonunda yuxuya daha çox meylidir, nəinki ac adam.

3. Maşının salonunda tam sükut tez yuxu gətirir. Belə ki, musiqi yuxudan qoruya bilər. Ritmik və sürətli musiqini seçib, səsini artırın. Sakit musiqi əks nəticə verə bilər. Yan tərəfdə əyləşən sərnişinin olması da pis deyil.
Davamı →

Gecə maşın sürənlərə 10 məsləhət

Birinci məsləhət: Faralar haqqında
Əgər avtomobilinizin faraların avtomatik tənzimlənmə sistemi və gövdənin yol üzərində yerləşməsinə nəzarət edən “ağıllı” asması yoxdursa, gecə səfərindən öncə işıqları müstəqil surətdə tənzimləyin. Önünüzdə gedən avtomobilin sürücüsünün ayna ilə arxanı görməsinə mane olmayın. Hər-hansı bir maşının ardınca hərəkət edərkən, faraların uzaq işıqlarını söndürün. Əsil centlmenlər, bu cür hallarda ümumiyyətlə, tənzimləyicini “3”ə nizamlayırlar (daha doğrusu işıq şüalarını minimuma endirirlər).

Davamı →