"Mercedes-Benz" tarixi

Mercedes-Benz minik avtomobillərinin istehsalı üzrə ixtisaslaşmış alman markasıdır. O, 1926-cı ildə yaradılıb. Hazırda Daimler AG konserninin törəmə şirkətidir. Mənzil-qərargahı Ştutqartda yerləşir.
1900-cü ildə Qotlib Daymlerin vəfatından sonra avtomobil istehsalı işini onun oğlu Paul və mühəndis Maybax davam etdirdilər. Firmanın idarəçiliyini Qotlib Daymlerin sadiq köməkçisi Maybax bütünlüklə öz üzərinə götürdü. O, 1900-cü ildə yeni avtomobil hazırlamağa başladı. Avtomobilin hissələri klassik qaydada yerləşdirilmişdi: mühərrik və radiator ön tərəfdə kapotun altında idi. Bu mühərrikin gücü altı pilləli transmissiya vasitəsilə arxa təkərlərə ötürülürdü. Yeni avtomobilə 35 at gücünə malik 4 silindrli mühərrik quraşdırıldı. Birinci nüsxə iki yerlik yürüş avtomobili şəklində hazırlandı. Yeni model şirkətin müştərək sahiblərindən biri olan Emil Elinekin qızının şərəfinə Mercedes adlandırıldı.
Təkmilləşdirilmiş konstruksiyalı bu avtomobildə Elinek 1899-cu ilin mart ayında keçirilmiş növbəti yürüşlərdə qələbə qazanaraq Daimler şirkətinin və Mercedes adını şöhrətləndirdi. O vaxtdan bəri Daimler şirkəti bütün minik avtomobillərini Mercedes markası altında istehsal etməyə başladı. İlk Mercedes isə daha təkmil model olan Mercedes Simplex avtomobilinin yaradılması üçün baza rolunu oynadı. Bu model Mercedes markasına aid olan daha güclü və komfortlu avtomobillər əsrinin başlanğıcını qoydu.
Ardı →

Şkoda

1895-ci ildə milad bayramı ərəfəsində Slavia velosipedlərinin istehsalı və təmiri üzrə kiçik bir müəssisə yaradıldı. Onun sahibləri – 30 yaşlı Vatslav Laurin (Václav Laurin) və 27 yaşlı Vatslav Klement (Václav Klement), yəqin ki, axıra qədər bu aqreqatları hazırlamaqda davam edəcəkdilər, amma dahiyanə bir ideya, yəni velosipedin ramasına birsilindrli mühərrik quraşdırmaq ideyası hər şeyi dəyişdi.
Bu, tərəqqiyə doğru kiçik, amma əhəmiyyətli addım idi. 1898-ci ilin sonunda Laurin&Klement markası altında motosiklet istehsal olundu. Bu, gündəlik istismar üçün kifayət qədər etibarlı olan ilk motosiklet idi. “Allgemeine Automobil Zaitung” qəzeti yazırdı: “Fransız konstruktorları Verner qardaşlarının xidmətlərini kiçiltməmək şərti ilə, Çexiya Krallığında Laurin&Klement firmasını ikitəkərli mühərrikli nəqliyyat vasitəsinin yaradıcısı kimi tam əsasla fərqləndirmək olar. Birincilər sadə velosipeddə hər hansı dəyişiklik etmədən ona mühərrik quraşdırdıqları halda, Laurin&Klement tamamilə başqa üsuldan istifadə etdi.
Ardı →

Renault

Lui Reno 1877-ci ilin fevralında Parisin tipik burjua ailəsində doğulub. Reno ailənin kiçik övladı idi, onun iki bacısı və iki qardaşı vardı. Atası Alfred uğurlu biznesmen, anası Luiza isə varlı dükan sahiblərinin qızı idi və əyləncəni, incəsənəti sevirdi. Lui ailədə ərköyün uşaq idi.
Renault kompaniyasının tarixi ilk növbədə bir insanın qeyri-adi taleyi ilə bağlıdır.
Bu oğlan erkən yaşlarından hər cür mexaniki əşya və qurğularla, o cümlədən mühərriklə və elekrtik avadanlıqları ilə maraqlanırdı. Renolar ailəsinin Paris yaxınlığında yerləşən Bilankurda evi vardı. Həmin evin bağçasındakı anbarda Lui özünün ilk emalatxanasını düzəltmişdi. Reno təhsilə çox da meyl etmirdi, buna görə də bakalavr pilləsini başa vurduqdan sonra rahatlıqla nəfəs aldı. Təhsildə nəzərəçarpan uğurlarının olmamasına baxmayaraq, bu azdanışan yeniyetmə həyatda uğur qazanmaq üçün iki mühüm xüsusiyyətə – intuisiya və əməksevərliyə malik idi.
Davamı →

Jaguar

“Yaquar” (Jaguar Cars Ltd.) şirkətinin tarixi ötən əsrin 20-ci illərindən başlayır. 1922-ci ildə Uilyam Layons (William Lyons) və onun ortağı Uilyam Uolmsli (William Walmsley) Britaniyanın şimalındakı dənizkənarı Blekpul (Blackpool) şəhərində Swallow Sidecar (qısa adı SS) kompaniyasının əsasını qoydular. Şirkət əvvəlcə motosikletlər üçün yedəklərin istehsalı üzrə ixtisaslaşmışdı. Olduqca yaraşıqlı Swallow alüminium yedəkləri avtomobil həvəskarlarının diqqətini tez bir zamanda özünə cəlb etdi.
İstedadlı və zirək Uilyam Layons əldə edilən uğurlarla kifayətlənməyərək özünü yeni istiqamətdə – avtomobillər üçün Swallow kuzovlarının hazırlanması sahəsində sınamağı qərara aldı.
Ardı →

Toyota-Yapon möcüzəsi

Heç kim yapon şüuru ilə doğulmur, yapon şüuru sonradan formalaşır. Onların sanki mikroskop altında tədqiq edilmiş avtomöcüzəsini daha da maraqlı edən budur ki, həmin möcüzənin yerini yeniləri – Koreya və Çin möcüzələri tutmağa tələsir…
Böyük problemlər tədricən yaranır. 11 mart 1910-cu ildə kiçik Kunisue firması ilk dəfə 4 yerlik və mühərriki 8 at gücü olan kiçik yapon avtomobilinin seriya ilə istehsalına başlayarkən Detroyt üçün problemlər yaranacağını göstərən heç bir əlamət yox idi (xüsusən Kunisue-nin işinə bir ildən sonra son qoyulduğunu nəzərə alsaq). Yetmiş il öncə toxuculuq dəzgahlarının «kralı» Kiiçiro Toyoda avtomobil sənayesi yaratmağa başlamaq istəyəndə də Toyota Motor-un dünyada ilk beş yeri tutan avtomobil istehsalçılarını mövqelərindən sıxışdıracağını təsəvvür etmək çətin idi.
Ardı →

Jeep

Jeep-in tarixi uzaq keçmişə gedib çıxır. 1938-ci ilin əvvəlində ABŞ silahlı qüvvələrinin rəhbərliyi ənənəvi yedəkli motosikletlə əvəz edə biləcək mobil nəqliyyat vasitəsi yaratmağın zəruriliyini dərk etdi. 1939-cu il dekabrın 22-si üçün Willys Overland kompaniyasının rəhbərliyi tezliklə bütün dünyada “Cip” adı ilə məşhurlaşan orijinal konseptin ilk çertyojlarını hazırladı. Bu, yüngül, manevrli və güclü avtomobil olmalı idi.
İkinci dünya müharibəsi qurtardıqdan sonra Willys Overland bu yetirməsini mülki funksiyaların yerinə yetirilməsinə uyğunlaşdırmağı qərara aldı. Bu məqsədlə müəyyən miqdarda avtomobil hazırlandı.
Onları, sadəcə, CJ (Civilian Jeep-in, yəni “mülki cip”in baş hərfləri) adlandırdılar. Bu prototiplər seriyalı modelin yaradılması üçün baza rolunu oynadı, artıq 1945-ci ilin avqustunda model satışa buraxıldı.
Ardı →

Avtomobilin yaranma tarixi

Avtomobil latın və yunan sözlərindən ibarət olub, özü yeriyən deməkdir.
Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdür.
İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cuildə buxarla işləyən ilk avtomobil icad etmişdir Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət etdi. Bu texnika aləmində böyük sensasiya idi. Və bu da dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi. Hələ 1859-ci ildə fransalı mühəndis Etyen Le Nor avtomobillər üçün nəzərdə tutulmuş yeni tipli mühərrik hazırlamışdı və bu hadisədən sonra, onun alman həmkarı Klerk Nikolas həmin mühərriki təkmilləşdirərək (1876), prinsipcə onu bu günkü formaya saldı.
Davamı →