Avtomobilin səsi necə ölçülür?

Yəqin ki bir çox sürücüləri avtomobilinin səsisinə görə saxlayıblar. “Avtomobilinin səsi yüksəkdir”,”Bu nə səsdir? Rəis dedi gedək cərimə meydançasına”,”orada aydınlaşdırarıq” deyib cərimə meydançasına aparılanlar da var. Bəs qanun nə deyir? Söhbət hansı səs gücündən gedir və bu nə qədər olmalıdır?

İlk olaraq onu qeyd edək ki, “Azstandard”dan göndərilmiş sorğu məktubuma əsasən bizdə ГОСТ-31333-2006 standartı keçərlidir. Biz bu sənədi 24 iyun 2006-cı ildə qəbul etmişik. Bu standardarda əsasən avtomobilin səsi “Şumomer”lə ölçülməlidir və onun da standardtı ГОСТ-17187-ə uyğun olmalıdır. Və qanuna əsasən şumomer ilk olaraq kalibrə edilməlidir. Yəni yoxlanmalıdır. Kalibrə üsulu istehsalçı tərəfindən müəyən edilir və ya pistonfon adlı cihazla aparılır. Külək güzgüsündən istifadə edilən zaman isə əmin olmaq lazımdır ki, onun səs xətası 0.5-dən yuxarı deyildir.
Davamı →