Axmaq | İvan Turgenyev

Biri var idi, bir yox idi, dünyada bir axmaq var idi. O, xeyli vaxt kef içində, firavan yaşadı. Lakin yavaş-yavaş qulağına çatmağa başladı ki, hər yerdə onu kütbeyin bir həyasız kimi tanıyırlar. Axmaq pərt oldu, gecə-gündüz fikirləşdi ki, bu könülbulandıran dedi-qodunu necə kəssin.
Birdən onun qaranlıq beynini qəfil bir fikir işıqlandırdı və o, yubanmadan bu fikri həyata keçirməyə başladı.

Küçədə bir tanışına rast gəldi, tanışı məşhur rəssamı tərifləyirdi.
— Siz nə danışırsınız? – deyə axmaq təəccüblə səsini ucaltdı.
– O rəssam çoxdan arxivə verilib. Siz bunu bilmirdiniz? Ay, ay, mən sizdən gözləməzdim, siz geridə qalmış adamsınız.

Tanışı qorxdu və dərhal axmaqla razılaşdı.
— Bu gün mən necə gözəl kitab oxumuşam! – deyə başqa bir tanışı ona müraciət etdi.

— Siz nə danışırsınız, canım? – deyə təəccüblə səsini qaldırdı.
– Heç utanırsınız? Bu kitabın bir qəpiklik qiyməti yoxdur. Hamı ondan çoxdan üz döndərib. Yəni, siz bunu bilmirdiniz? Siz lap geridə qalmısınız.

Bu tanışı da qorxdu və axmaqla razılaşdı.
— Dostum, filankəs necə gözəl adamdır! – deyə üçüncü tanışı ona müraciət etdi.

— Siz nə danışırsınız? – deyə axmaq yenə səsini ucaltdı. – Filankəs əclafın əclafıdır. Bütün qohum-əqrabasını soyub. Bunu kim bilmir axı?! Siz geridə qalmışsınız.

Üçüncü tanışı da qorxdu və axmaqla razılaşıb öz dostundan üz çevirdi. Axmağın yanında kimi və ya nəyi tərifləsələr, o, həmişə bu cür cavab verərdi. Yalnız ara-sıra məzəmmətlə əlavə edərdi:
Ardı →

Axmaqlar haqqında lətifələr

  1. İki gizirin başının üstündə vertolyot dayanıb. Biri:
    — O, niyə dayanıb?
    — Yəqin, benzini qurtarıb!

  2. Kişi yorğun və acıqlı halda evə gəlir:
    — Arvad, bilirsən, tülkü necə bic heyvandı?
    — Yox. Niyə belə düşünürsən?
    — Meşədə gedirdim. Bir tülkü gördüm. Tuşlayıb atdım. Yıxıldı. Götürməyə gedəndə görürəm ki, bizim tuladı...!!!

Ardı →