Dırnaq batması

Dırnağın dərinin içərisinə doğru batması və ya dərinin dırnağın üstünü örtəcək qədər boyüməsi dırnaq batması adlanır. Buna səbəb dırnaqların düzgün tutulmaması, sıx ayaqqabılar və ya dırnaqların anormal şəkildə olmasıdır.

Dırnaq batması zamanı dərinin üstü qızarır, şişkinləşmiş olur və ağrıyır. Adətən dırnaq batması ayağın baş barmağında olur. Bu bütün yaş qrupu adamlarda rast gəlinən xəstəlikdir.
Davamı →

Ayaqqabınız ayağınızı vurursa

Çox sevərək aldığımız ayaqqabılar bəzən günümüzü kabusa çevirə bilir. Gün boyu iş yorğunluğa, uzun yürüyüşlər ayaqların su toplamasına gətirib çıxarır.
Ayaqqabı vurması nəticəsində ayaqda meydana gələn problemlərdən qurtulmağın bir çox yolları var.

Alma sirkəsi — Alma sirkəsinə bir möcüzə desək yalan olmaz. Bir çox şeyə çarə olduğu kimi ayaqqabı vurması nəticəsində ayaqda meydana gələn problemlərə də birbaşa çarədir. Su toplayan yeri alma sirkəsi batırılmış pambıqla silin. Bu vasitə yaranın sürətli yaxşılaşmasını təmin edəcək. Xüsusilə su qabarcığı partladıqdan sonra infeksiyanın qarşısını alır.
Davamı →

Ayaq qaşıntısına çarə

Yay aylarında ayaq qaşınmaları çoxalır əsasən baldır və topuq hissələrdə qaşınmalar daha çox olur. Çünki yayda tərləmələr çoxalır, axan tər daha çox ayaqlara dəydiyindən qaşınmalar ayaqlarda olur.

Deməli, 2 xörək qaşığı təbii alma sirkəsini 1 stəkan suya qarışdırıb gündə 3 dəfə ayaqlarınızı bu suya batırılmış pambıq parça ilə silin.

 fizulihuseynov.com
Davamı →

Ayaq qoxusunu aradan qaldıran 3 üsul

Əksər hallarda pis ayaq qoxusunun səbəbi mikrob və bakteriyalardır. İsti havada ayaqlar tez-tez tərləyir və bu da mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Məhz bu səbəbdən isti havada pis ayaq qoxusu ən yayılmış kosmetik problemlərdən birinə çevrilir.

Sizə pis ayaq qoxusunu aradan qaldırmaq üçün 3 çox sadə vasitəni təqdim edirik. Bu vasitələri hər evdə tapmaq mümkündür.

1. Soda ilə ayaq vannaları. 1 l ilıq su üçün 2 x.q. soda götürülür. Ayaqları vanna edin və yaxşı qurulayın.
Davamı →

Ayaqlarda qabarlar

Ayaqlarda qabarların əmələ gəlməsi çox yayılmış problemdir. Sağlamlıq üçün bu hal təhlükə yaratmasa da, insana ciddi fiziki və mənəvi diskomfort verir. Qabarlar ayaq dərisinin uzun müddət ərzində sürtünməsi və ya sıxılması nəticəsində əmələ gəlir. Bu, faktiki olaraq dərinin bu faktorlara qarşı olan müdafiə reaksiyasıdır. Düzgün seçilməmiş, cod ayaqqabı, keyfiyyətsiz corablar, dərinin həddən artıq tərləməsi ayaqlarda qabarların əmələ gəlməsinə təkan verir.

Qabarlar quru və ya sulu ola bilər. Quru qabarların səbəbi insanda artıq çəkinin olması və ya hündür daban ayaqqabıların müntəzəm geyinilməsidir. Bu insanlarda pəncəyə olan təzyiq artır və nəticədə bu yerdə dəri çox qalınlaşır. Quru qabarın kökü (özəyi) olur, xarici görünüşə görə quru qabar qıfı xatırladır.
Davamı →