Ayaqları arıqlatmaq üçün pəhriz

Çox vaxt davamlı pəhrizlərdən, çəki itkisindən sonra qadınlar yenə də öz bədən quruluşlarından narazı qalırlar. Məlumdur ki, artıq kilolardan xilas olanda çox vaxt bədənin həcmi heç də lazım olan nahiyələrdə azalmır. Necə etmək olar ki, piylər bədənin məhz istənilən nahiyələrində ərisin? Əlbəttə, mümkün olmayan heç nə yoxdur, lakin bunun üçün bir qədər əziyyət çəkmək lazımdır. Həm də bu zaman təkcə pəhriz kifayət etmir, xüsusi fiziki məşqlər də tələb olunur. Ayaqları arıqlatmaq üçün təyin olunan pəhriz özündə fiziki məşqləri, müxtəlif prosedurları və təbii ki, balanslaşdırılmış qidalanmanı birləşdirir.
Davamı →