Ayaqlara qulluğun vacib qaydaları
Mütəxəssislər ayaqlarda gərginliyi azaltmaq üçün gündə ən az bir neçə dəqiqə ayaqyalın gəzməyi məsləhət görür.
Oxucuları ayaq gigiyenası və ayaqlara düzgün qulluq qaydaları ilə tanış edirik:
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Gecəni səhərə kimi yatmayıb, ayaq ağrısından şikəyətlənənlərdə ağrının səbəbi əksər hallarda narahat ayaq sindromu ilə əlaqədar olur.
Narahat ayaq sindromu (NAS) aşağı ətraflarda sakitlik halında, xüsusən də gecə yatarkən baş verən xoşagəlməz hissiyyat və ağrıdır.
Statistika göstərir ki, dünya əhalisinin hər 10 nəfərindən birində həmin narahatlıqlar müşahidə olunur. Bütün yaş qruplarında olanlar narahat ayaq sindromundan əziyyət çəkə bilər, lakin ona daha çox orta yaş qrupu və yaşlılarda rast gəlinir.
Şikayət hallarının yarıdan çoxunda heç bir nevroloji və ya somatik xəstəlik aşkar olunmur. Ona görə də xəstəyə birincili və ya idiopatik NAS diaqnozu qoyulur.
Birincili NAS çox vaxt irsi xarakter daşıyır və 30 yaşa qədər meydana çıxır. Lakin bir çox tədqiqatçılar ağrının yaranmasında xarici mühit faktorlarının da əhəmiyyət daşıdığını qeyd edirlər.
Ayaqlara qulluq əl və üzə qulluq qədər önəmlidir. Ayağa qulluğun ən effektiv və xoşagələn proseduru 15-20 dəqiqə isti vannaya salmaqdır. Təmizləyici vanna 1 litr suya 1-2 ç.q. soda və 1 x.q. sabun ovuntusu əlavə edib dabanlarınızı suya qoyun. Ayaqları canlandırmaq üçün 3 litr isti suya 1 ovuc duz atın. Vannadan sonra ayaqlar ilıq su ilə yaxalanmalıdır. Sakitləşdirici vanna 1 litr qaynar suya 2 x.q. çobanyastığı, yabanı kətan və iynəyarpaq tökün. Bundan başqa, ayaqların sağlamlığı və gözəlliyi üçün müxtəlif ot həlimləri (gicitkən, kalendula, dazıotu) çox kömək edir.